Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada hemofiliyalı xəstələrin 80 faizi dərmanla təmin olunmur

© Sputnik / Kemale AliyevaElmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova
Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova - Sputnik Azərbaycan
Abunə olmaq
Gülnarə Hüseynova: "Hemofiliya xəstəlikləri ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir"

BAKI, 18 aprel — Sputnik.  Hər il aprelin 17-də Ümumdünya Hemofiliya Federasiyası (World Federation of Hemophilia, WFH) və Ümumdünya Səhiyyə Təşkilatının üzvü olan bir çox ölkələrdə Ümumdünya Hemofiliya Günü (World Hemophilia Day) qeyd olunur.

Bununla bağlı "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində təşkil olunan tədbirdə ölkəmizdə hemofiliyalı xəstələrin müalicəsi barədə müzakirələr aparılıb.

© Sputnik / Kemale Aliyeva"Azərbaycanda hemofiliyalı xəstələrin problemləri necə həll olunur?" mövzusunda keçirilən mətbuat konfransı
Azərbaycanda hemofiliyalı xəstələrin problemləri necə həll olunur? mövzusunda keçirilən mətbuat konfransı - Sputnik Azərbaycan
"Azərbaycanda hemofiliyalı xəstələrin problemləri necə həll olunur?" mövzusunda keçirilən mətbuat konfransı

Tədbirdə çıxış edən Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova bildirib ki, 2005-ci ildə ölkəmizdə "Hemofiliya və tolesimiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı" dövlət proqramı qəbul olunub: "Dünyada bu xəstəlikdən əziyyət çəkən şəxslərin 80 faizi lazımi dərman preparatları ilə təmin olunmur. Sadəcə 20 faiz ölkə bu xəstələri dərmanlarla təmin edir ki, bunların içində Azərbaycan da var. İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Azərbaycanda da hemofiliyalı xəsətələr ev şəraitində, ambulator və stasionar müalicə olunurlar".

"Ölkəmizdə 1-5 yaş arası 98, 5-15 arası 231 hemofiliyalı xəstə qeydiyyata alınıb. Bu ümumi sayın 21 faizini təşkil edir. Ölkə ərazisində xəstəliyin yayılma tezliyi öyrənilib və müəyyən edilib ki, Bakıda, Sumqayıtda və Mərkəzi Aran regionunda xəstələrin sayı artıb. İldən-ilə stasionar müalicə alanların sayı azalır. Bu gün ölkə ərazisində 54 ağır hemofiliyalı uşaq ilkin profilaktika müalicəsi alır" — deyə E.Qədimova bildirib.

© Sputnik / Kemale AliyevaHemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova - Sputnik Azərbaycan
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova

"Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası"nın prezidenti Gülnarə Hüseynova deyib ki, 2018-ci ildə bu xəstəliklə mübarizə çərçivəsində 3 layihənin reallaşdırılması nəzərdə tutulub: "Bu xəstələrin maarifləndirilməsi çox vacibdir. Çünki bu həm müalicənin keyfiyyətinə müsbət təsir göstərir, həm də dövlət proqramı çərçivəsində keçirilən tədbirlər daha effektiv olur. İl ərzində bu xəstəliklə bağlı 30-dan çox seminar və konfranslar təşkil olunub. Ancaq bütün xəstələrə yetişmək imkanımız olmadığı üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsinə ehtiyyac var".

Qeyd edək ki, 2017-ci ildə Elmi-Praktik Hemofiliya Mərkəzində 1585 hemofiliyalı xəstə dispanser qeydiyyatına alınıb.

Xəbər lenti
0