Azərbaycanda hemofiliyalı xəstələrin problemləri necə həll olunur? mövzusunda keçirilən mətbuat konfransı

"Respublikanın iri şəhərlərində hemofiliyalı xəstələrin sayı artıb"

40
(Yenilənib 13:14 17.04.2018)
Elmira Qədimova: "Bu gün ölkə ərazisində 54 ağır hemofiliyalı uşaq ilkin profilaktika müalicəsi alır"

BAKI, 17 aprel — Sputnik. "Elmi-Praktik Hemofiliya Mərkəzində 2017-ci ildə 1585 xəstə dispanser qeydiyyatına alınıb". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutun Hematologiya kafedrasının müdiri Elmira Qədimova deyib.

O bildirib ki, ölkəmizdə bu xəstəlikdən əziyyət çəkənlərin mümkün qədər tam dispanser qeydiyyatı və pasportlaşması həyata keçirilib: "2005-ci ildə "Hemofiliya və tolesimiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı" dövlət proqramı qəbul olunub. Dünya ölkələrinin 80 faizində bu cür xəstələr dərman preparatları ilə təmin edilmir. Azərbaycan isə o 20 faiz ölkələrdəndir ki, burada xəstələr dövlət hesabına dərman preparatları ilə təmin olunur".

"Ümumi statistikaya nəzər saldıqda görürük ki, ölkəmizin iri şəhərlərində hemofiliyalı xəstələrin sayı artıb. Xəstələrin 60 faizindən çoxu Bakı və ətrafında yaşayır. Son vaxtlar ambulator və ev şəraitində müalicə alan xəstələrimizın sayı artıb. Bu gün ölkə ərazisində 54 ağır hemofiliyalı uşaq ilkin profilaktika müalicəsi alır", — E.Qədomova vurğulayıb.

40
Teqlər:
"Elmi-Praktik Hemofiliya Mərkəzi, Elmira Qədimova, dövlət, müalicə, xəstə
Əlaqədar
Həkim: Mədə kiçiltmə əməliyyatına hər xəstə gedə bilməz
Yoluxucu xəstəliklərlə bağlı vəziyyət aydınlaşdı - Vətəndaşlara müraciət
Xəstə ona yardıma gəlmiş həkimləri döydü
Bu ölkənin baş naziri xəstəxanaya yerləşdirildi
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul edib

9
Pandemiya dövründə qüvvədə olan qaydalara uyğun olaraq səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

BAKI, 26 fevral — Sputnik. BMT Təhlükəsizlik Şurası yekdilliklə yeni növ koronavirus infeksiyasına qarşı istifadə eilən peyvəndlərin bərabər paylanması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasında Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord məlumat verib.

Pandemiya dövründə qüvvədə olan qaydalara əsasən səsvermə dünəndən bəri yazılı olaraq reallaşıb.

9