BAKI, 12 fevral — Sputnik. Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" sərəncam imzalayıb.
Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək. Bununla əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.
BAKI, 22 yanvar — Sputnik. Rusiyanın koronavirus əleyhinə "Sputnik-V" peyvəndi birvektorlu preparatlardan daha yaxşı nəticə göstərir – bu fikri Rusiya vaksini üzrə beynəlxalq elmi məsləhət şurasının mütəxəssisi Karlos Sala səsləndirib.
"Yüksək effektivlik fərziyyəsi səbəbindən adenovirusun müxtəlif vektorlarının istifadəsi strategiyası hər zaman bizi maraqlandırıb və indi bu, öz təsdiqini tapdı, çünki eyni platformadakı peyvəndlərlə müqayisədə nəticələr daha yaxşıdır", – deyə RİA Novosti ondan sitat gətirərək bildirir. Ekspert bunu "yenilikçi nəticə" adlandırıb.
Qeyd edək ki, "Sputnik-V" peyvəndi SARS-CoV-2 virusunun spark zülalının daxil olduğu adenoviral vektorlar əsasında yaradılıb. Adenovirusların özləri çoxalma qabiliyyətindən məhrumdur - onlar insan orqanizminin hüceyrələrinə genetik material (antigen) çatdırma funksiyası daşıyır.
Avqust ayında Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış və Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birlikdə istehsal olunan COVID-19 əleyhinə dünyada ilk peyvəndi qeydə aldı. Ona "Sputnik-V" adı verildi. Preparat üç həftəlik fasilə ilə iki komponentin tətbiq edilməsini nəzərdə tutur.
Koronavirusa qarşı ikinci rus peyvəndi olan "EpiVacCorona" "Vektor" Novosibirsk mərkəzinin preparatıdır. Bundan başqa, Rusiya Elmlər Akademiyasının Çumakov adına İmmunobioloji Tədqiqatların Araşdırılması və İnkişafı Mərkəzində "canlı" peyvəndin klinik sınaq mərhələsi davam edir. Artıq qeydiyyatı üçün sənədlər Səhiyyə Nazirliyinə təqdim olunub.
Xatırladaq ki, bir qədər bundan əvvəl Sputnik radiosu Macarıstanda bu məsələləri tənzimləyən qurumun "Sputnik-V" peyvəndinin təsdiqlənməsini tövsiyə etdiyi barədə məlumat vermişdi.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda sentyabr ayından bu günədək koronavirusa yoluxmuş müəllim və şagird kontinentinin sayı açıqlanıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib. O bildirib ki, sentyabr ayından indiyədək 14 758 nəfər şagird koronavirusa yoluxub. Təhsil işçiləri arasında yoluxma sayı isə 7090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15%-dir. V-IX siniflərdə 4411, X-XI 7525 olub. Bu da ümumi şagirdlərin 51%-dir" .
Onun sözlərinə görə, yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər olubsa, təhsil işçiləri arasında bu rəqəm həmin dövrdə 5 nəfər təşkil edib.
BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.