Vegeterian pəhrizi

Vegetarian pəhrizi intellektuallığa zərərlidir

52
(Yenilənib 10:38 30.01.2018)
Süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir

BAKI, 29 yanvar — Sputnik. Yeni tədqiqatlara görə, süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Ekspertlər vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar. Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "MedDaily" portalı məlumat yayıb.
Diyetoloq Helen Bondun fikrincə, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbin əks-göstəricilərini düşünərək süd məhsullarından imtina edirlər.

Rasionumuzda əsas yod mənbəyini süd məhsulları təmin edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.

Surrey Universitetinin alimləri 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz azdır. Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.

52
Teqlər:
IQ, intellektual, vegeterian, süd, pəhriz
Əlaqədar
Bu böcək dişlədiyi adamı vegeterian edir
Dieta - bəlkə pisixoloji pozğunluq?
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

16
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

16
Peyvənd, arxiv şəkli

Azərbaycanda hansı peyvənd sınaqdan keçirilir? Açıqlama

14
(Yenilənib 18:47 28.11.2020)
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə Azərbaycanda koronavirusa görə peyvəndin sınaqdan keçirildiyinə dair məlumat yayılıb. Məlumatlara görə, Azərbaycanda da dünyanın bir sıra ölkələrində uğurlu sayılan peyvəndlər sınaqdan keçirilir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın hələlik koronavirusa qarşı heç bir ölkədən peyvənd almadığını deyib.

O bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.  Qeyd edək ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Bu günədək koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95% effektiv olub. Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb:

“Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.

Onu da qeyd edək ki, Rusiyada orduda da koronavirusa qarşı peyvəndləməyə başlanılıb.

14

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam