Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlı həkim kökəlmənin səbəblərini açıqladı

CC0 / jarmoluk / fatKök adam
Kök adam - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı həkim kökəlmənin səbəblərini və ondan çıxış yollarını açıqladı

BAKI, 29 yanvar — Sputnik. Statistik məlumatlara görə, Azərbaycanda reproduktiv yaş həddində olan qadınların 30-60%-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir. Ölkə kişiləri də artıq çəki və piylənmədən əziyyət çəkməkdədirlər. Çoxları bunu qeyri-sağlam qidalanma, qidaların keyfiyyətinin aşağı olması və hərəkətsizliklə əlaqələndirir.

Həkim-dietoloq Pərvin Sadıqzadə artıq çəki yaradan 8 əsas səbəbi və çəki artımının qarşısını almağın sirlərini "Facebook"da paylaşıb.

1. Az yatmaq

Yuxu azlığı nəticəsində melatonin, serotonin və dofamin hormonlarının balansı pozulur. İş ondadır ki, insan az yatdıqda leptin və qrelin hormonlarının ifrazı pozulur. Bu hormonlar isə müvafiq olaraq, toxluq və aclıq hisslərini tənzimləyir. Az yatmaq sistemli xarakter aldıqda leptinin səviyyəsi aşağı düşür, qrelinin səviyyəsi isə artır. Bu zaman güclü aclıq hissi müşahidə olunur və beləliklə, insanlar əksər hallarda normadan artıq qida qəbul edirlər. Əgər siz saat 23.00-dan gec yatırsınızsa, orqanizminizi piyyandırıcı hormonlarsız qoymuş olursunuz. 

Toyuq bulyonu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toyuq bulyonunun bilmədiyiniz faydaları

2. Sarsıntı (Stress)

Çəki artımının ikinci səbəbi sarsıntıdır. Bu prosesdə iştirak edən hormonlar leptin, insulin və kortizoldur. Bu haqda növbəti materialda daha ətraflı danışacağıq. Yorğunluq, əsəbilik və sarsıntı, yəni xoşbəxtlik hormonunun çatışmazlığı artıq çəki yaradan əsas amillərdəndir.

3. Orqanizmdə bəzi maddələrin çatışmazlığı.

Məsələn, mikroelementlər və xüsusilə vitamin D-nin çatışmazlığı. D vitamini insan orqanizmi üçün əvəzolunmaz elementdir. Bu vitaminin çatışmazlığı artıq çəki yaratmaqla yanaşı, bir çox başqa xəstəliklərə (zökəm, yüksək qan təzyiqi, xərçəng və.s) belə yol aça bilər. D vitamini qıtlığından əziyyət çəkməmək üçün rasionunuza süd məhsulları, yumurta və treska balığının ciyərini əlavə etmək tövsiyyə olunur.

4. Südün tərkibindəki zülala qarşı olan həssaslıq

Bəzi insanların orqanizmi kazeini qəbul etmir. Bunun nəticəsi kimi təkcə allergiya deyil, həm də mayenin orqanizmdə saxlanılmasına meyillilik müşahidə olunur. Əhalinin demək olar ki, 8-12 %-i bundan əziyyət çəkir.

5. Antibiotik və immunomodulyatorların müntəzəm olaraq çox miqdarda istifadəsi 

Растительное масло,фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qida yağlarının ən faydalısı müəyyənləşdirilib

Bu, orqanizmdə toksinlərin artmasına şərait yaradır, bu da maddələr mübadiləsinin zəifləməsinə səbəb ola bilər ki, nəticədə mütləq çəki artımı müşahidə edilir. Həmçinin, KOK (Kombinə edilmiş Oral Kontraseptivlər – hamiləlik əleyhinə dərmanlar), hormonal vasitələr, steroid və betablokatorlar bilavasitə və ya dolayısı ilə çəkinin artmasına şərait yaradır. Preparat qəbulu zamanı çəki artımı müşahidə olunduqda həkimə müraciət etməyiniz tövsiyə edilir.

6. Yaş

İnsanın yaşı artdıqca maddələr mübadiləsi zəifləyir və bu da çəki artımına səbəb olur. Həm də yaşlı insanlar daha passiv həyat tərzi sürürlər və normadan artıq qidalanırlar, bu da təbii ki, kökəlməyə gətirib çıxarır. Belə insanlara aktiv həyat sürmək, qida rejiminə və rasionuna yenidən baxmaq tövsiyyə olunur.

7. Mayenin kifayət qədər qəbul olunmaması 

Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Piylənmə kişiləri "qadınlaşdırır"

Su – orqanizmdən toksinləri və piy parçalanmasından yaranan artıqları xaric edən əsas maddədir. İnsan orqanizminin bir sutkada hər kq çəki üçün 30 ml təmiz suya ehtiyacı var. Əgər hüceyrələrarası mühitdə suyun miqdarı kifayət qədər olmazsa, o zaman piy hüceyrələrinin fəaliyyəti zamanı ifraz olunan maddələrin orqanizmdən çıxarılması çətinləşir. Metabolik proseslər və piylərin parçalanması prosesləri yubanır. Bu isə o deməkdir ki, çəkinin aşağı salınması mümkünsüz olur — əksinə çəki artır.

8. Alkoqol

Spirtli içkilərin 1ml-ində təxminən 7.5 kkal enerji var. Bundan başqa, orqanizmə düşən alkoqol artıq mayenin çıxarılması prosesini yubadır. Üstəgəl, spirtli içki adətən ya karbohidratlarla, ya da piylərlə zəngin qidaların normadan artıq qəbul olunması ilə müşahidə olunur.

Xəbər lenti
0