Milli Məclis

Milli Məclisdə dinləmələr keçiriləcək

95
(Yenilənib 13:24 22.01.2018)
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaz sessiyasında müzakirəyə çıxarılacaq

BAKI, 22 yanvar — Sputnik. Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə Səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı, həmçinin "Dərman vasitələri haqqında" qanunda dəyişiklik daxil edilib.

Xəstəxana. Arxiv şəkli
© Sputnik / Aleksey Kudenko

Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, hesabat dövründə komitənin 4 iclası keçirilib və 6 məsələ müzakirə edilib ki, onlardan 4-ü qanun layihəsidir: "Həmin qanun layihələrindən 4-ü Milli Məclisin müzakirəsinə tövsiyə edilib və parlament tərəfindən qəbul edilib. Komitədə 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər üzrə hesabat dinlənilib və 2017-ci ilin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib".

Ə.Əmiraslanov bildirib ki, hesabat dövründə komitəyə 191 ərizə və şikayət daxil olub, komitənin adından müxtəlif ünvanlara aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün 175 məktub göndərilib: "Ərizə və şikayətlər, əsasən vətəndaşlara ödənişsiz əməliyyatlar, müalicə, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Hesabat dövründə komitənin sədri tərəfindən 42 vətəndaş qəbul edilib. Bundan başqa, payız sessiyası dövründə komitədə bir sıra görüşlər, tədbirlər və iclaslar keçirilib".

İclasda Səhiyyə komitəsinin 2018-ci ilin yaz sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər bunlardır: Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "Psixoloji yardım haqqında", "Reproduktiv sağlamlıq haqqında" qanun layihələri.

Komitə sədri qeyd edib ki, yaz sessiyasında komitə tərəfindən bir sıra dinləmələr keçiriləcək: "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsinə dəyişikliklərin hazırlanmasına dair, "Unun icbari zənginləşdirilməsi haqqında" qanun layihəsinin hazırlanmasına dair, "Optika və optikaçılıq haqqında" qanun layihəsinin hazırlanmasına dair, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanun layihəs ilə bağlı, autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələr keçiriləcək".

İclasda "Dərman vasitələri haqqında" qanunda dəyişikliyə də baxılıb.

95
Teqlər:
Səhiyyə komitəsi, dinləmə, Əhliman Əmiraslanov, Milli Məclis, sədr, iclas
Əlaqədar
Azərbaycanın "səhiyyə naziri" sehrli dərman təklif edir
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Komitə sədrindən səhiyyənin səviyyəsi barədə sərt sözlər
Səhiyyə şöbəsində ciddi nöqsan…