Gəzişən adamlar

Dövlət orqanlarının birgə qərarına əsasən əhaliyə təcili müraciət

23837
(Yenilənib 15:32 18.01.2018)
Onlara rast gələnlərdən rəsmi quruma məlumat vermələri xahiş olunur

BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni "Lactalis Group"un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatları geri götürüləcək. Sputnik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar 12 yanvar 2018–ci il tarixdə Fransanın iqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib.

"Lactalis Group" Beynəlxalq Fransa şirkətinin ölkəmizdəki təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi" MMC şirkətidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə "Lactalis Group"a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, müvafiq quruma "Lactalis" nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmayıb. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən quruma verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətin "Picot", "Milumel" və "Celia" uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməmiş, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilmişdir ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.

Bundan əlavə, "Lactalis Group"un Azərbaycandakı nümayəndəliyi "Lactalis Caspi" MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə "Celia" nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir.

Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən "Lactalis Group"a məxsus "Picot", "Milumel" və "Celia" nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda QTA-nın (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.

23837
Teqlər:
QTA, "Lactalis Group", süd məhsulları, Qida Təhlükəsizliyi Agentliyi, qida, media, Fransa, şirkət, uşaq
Əlaqədar
Uşağın ağıllı olması üçün hamilə qadınlar bu qidadan yesin
Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur
Hansı qidalar xərçəngi də sağalda bilər?
Geni dəyişdirilmiş qida əlavələri müsadirə olundu
İnsan ömrünü uzadan maddə bu qidada tapıldı
Bu dörd qidanı menyunuzdan əskik etməyin
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

11
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

11
Teqlər:
Rusiya, Koronavirus, COVID-19
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

14
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

14
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər