Xəstəxana palatasında yatan qadın, arxiv şəkli

Ölkəmizdə 131 cütlükdə ağır xəstəlik aşkarlanıb

137
(Yenilənib 13:56 10.01.2018)
Cari il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib

BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi 364 284 nəfər müayinədən keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlama verib.

O bildirib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub".

Direktorun sözlərinə görə, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: "Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir".

137
Teqlər:
talassemiya daşıyıcılığı, icbari tibbi müayinə, direktor, cütlük, QİÇS, xəstəlik, Azərbaycan, nikah
Əlaqədar
Xanvəli: “Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb”
Xəstəxanaya yerləşdirilməkdən imtina edən turist vəfat etdi
Artıq bu xəstəlikdən əziyyət çəkən olmayacaq — Müalicəsi var
Ukraynada azərbaycanlı gənci psixi xəstəxanaya salıblar
Bakıda xəstə əməliyyat masasında öldü
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

21
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

21
Çində epdimioloji vəziyyət

Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu

30
(Yenilənib 21:06 26.05.2020)
Bu günə olan son məlumata görə, hazırda dünyada COVİD-19-a qarşı 83 peyvənd üzərində işlər davam edir.

BAKI, 26 may — Sputnik. ABŞ-ı və Avropadakı rəqiblərini geridə qoyan Çin koronavirus peyvəndinin kliniki sınaqlarını tamamlayan ilk ölkə oldu. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, klinik sınaqların nəticələri də ümidverici olub.

Belə ki, 18-70 yaşlı 108 könüllünün qatıldığı testlərdə hər kəsin 2 həftə sonra koronavirusa qarşı müxtəlif səviyyələrdə antikor inkişaf etdirdiyi aşkar edilib. 28 gün sonra isə bu şəxslərin qanlarında virusla savaşan T hüceyrəsinin yüksək olduğu aşkarlanıb ki, bu da sınaqlaırn uğurla yekunlaşdığını göstərir.

Bu günə olan son məlumata görə, hazırda dünyada COVİD-19-a qarşı 83 peyvənd üzərində işlər davam edir.

30
İrlandiyanın Baş naziri Leo Varadkar və Boris Conson, arxiv şəkli

Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi

0
Hökumət vətəndaşlardan sosial məsafəni gözləməyi, gərəksiz yerə küçəyə çıxmamağı, pikniklərə getməməyi xahiş etdiyi günün sabahısı Baş nazir dostları ilə parka əylənməyə yollanıb

BAKI, 27 may — Sputnik. İrlandiyanın Baş naziri Leo Varadkar koronavirus pandemiyası səbəbilə elan etdiyi karantin qaydalarını pozaraq dostları ilə piknikə gedib. Ölkə əhalisi və KİV isə onun bu hərəkətini qəti surətdə pisləyiblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post yazıb.

Jurnalistlər Varadkarı parklardan birində, köynəksiz günəşlənəkən görüntüləyiblər.

Hökumət vətəndaşlardan sosial məsafəni gözləməyi, gərəksiz yerə küçəyə çıxmamağı, pikniklərə getməməyi xahiş etdiyi günün sabahısı Baş nazir dostları ilə parka əylənməyə yollanıb.

Ölkə liderinin bu hərəkəti yerli sakinlər tərəfindən şiddətlə qınanılıb. Onların əksəriyyəti Baş nazirdən dərhal istefa verməyi tələb edir.

Varadkarın mətbuat katibi ona haqq qazandırmaq üçün deyib ki, hökumət başçısı heç bir qaydanı pozmayıb, çünki yaşadığı yerdən 3 mil aralıda olub və dincəldiyi qrupda insanların sayı 4 nəfərdən çox olmayıb.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusla bağlı qərar, 10 gün davam edəcək
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Koronavirusla bağlı Avropadan daha bir qərar
İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır – ekspert