ELM

Robotlar tibb bacılarının "çörəyini" əllərindən alacaqlar

© AFP 2023 / Toru YAMANAKAToyota şirkətinin hazırladığı robot, arxiv şəkli
Toyota şirkətinin hazırladığı robot, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər

BAKI, 7 yanvar — Sputnik. Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.

Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.

Xəstəxanada robotlardan ilk mərhələdə bir il müddətinə istifadə ediləcək. Əgər bu layihə uğurlu olarsa “Toyota” şirkəti ilə daha uzunmüddətli müqavilə imzalanacaq.

Xəbər lenti
0