Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova

Nazirliyin mətbuat katibi ilə bağlı əmr verildi

79
(Yenilənib 17:20 28.12.2017)
Nazir mətbuat katibini "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edib

BAKI, 28 dekabr — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin mətbuat katibi Liya Bayramova ilə bağlı əmr imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin 88 nömrəli 26 dekabr 2017-ci il tarixli əmri ilə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat şöbəsi media ilə səmərəli əməkdaşlığı ilə seçilir. KİV-lərin Səhiyyə Nazirliyinə ünvanladığı sorğular vaxtında cavablandırılır, keçirilən tədbirlərdə medianın iştirakı üçün şərait yaradılır.

79
Teqlər:
mətbuat katibi Liya Bayramova, Səhiyyə naziri Oqtay Şirəliyev, əmr, Səhiyyə Nazirliyi
Əlaqədar
Mətbuat Şurası hüquq mühafizə orqanlarına müraciət etdi: Konkret tədbir görün
Nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxdı
Bakıda qəzada mətbuat xidməti rəhbərinin oğlu xəsarət alıb
Prezidentin mətbuat katibi: "Azərbaycana iftira atmaq cəhdləri nəticəsiz olacaq"
Prezidentin Mətbuat Xidməti mühüm açıqlama yaydı
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

3
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
Rusiya, Koronavirus, COVID-19
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

12
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

12
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB