Resept yazan həkim, arxiv şəkli

Azərbaycanda həkimlər niyə səliqəsiz yazır?

99
(Yenilənib 11:23 12.12.2017)
Həkimlər reseptdə aydın şəkildə dərmanların dozasını, işlənmə qaydasını, istifadə müddəti kimi xüsusiyyətlərini qeyd etməlidir

BAKI, 12 dekabr — Sputnik. Yəqin ki, əksəriyyətiniz həkimlərin əl yazısı ilə tanışdır.  Adətən, çoxları yazılan reseptləri belə oxumaqda çətinlik çəkir.

Sanki  həkimlərin ayrıca əlifbası var və bunu yalnız özləri, eyni zamanda əczaçılar başa düşür. Hətta bəzən əczaçılar belə reseptləri oxuya bilmir. Bu baxımdan, həkimlərin əl yazısı ilə bağlı müxtəlif  fikirlər səsləndirilir.

Maraqlıdır, həkimlərin səliqəsiz, yaxud anlaşılmayan yazılarının səbəbi nədir?

Sputnik Azərbaycan modern.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib: "Bilirsiniz, mən özüm də həkiməm. Həkimlərin əl yazısı,  Tibb Universitetində dərslərin çoxluğu ilə bağlı olan məsələdir. Adətən auditoriyada professorlar öz təcrübələrindən çıxış edərək leksiyalar deyir və başqa ixtisaslardan fərqli olaraq onların yazılması çox önəmlidir. Çox vaxt bu proses sürətli olduğu üçün zamanla xətt də dəyişir. Bu baxımdan, həkimlərin xətlərini oxumaqda çətinlik yaranır. Universitetə girən zaman mənim də gözəl xəttim var idi. Universiteti bitirəndə isə o xətdən əsər-əlamət qalmamışdı. Amma indi leksiya yazan da qalmayıb.

Digər tərəfdən, hazırda  həkim xətti məsələsi əvvəlki əhəmiyyətini itirib. Çünki  texnologiya inkişaf etdi, yazışmaların çoxu elektron formada reallaşdı və nəticə olaraq demək olar ki, həkimlərin nəsə yazmasına ehtiyac qalmır. Hətta reseptlər də elektron qaydada yazılıb apteklərə ötürülür. Bu mənada əl yazısına zərurət yoxdur". 

Deputat qeyd edib ki, həkimlərin əl yazısı ilə bağlı məsələni ciddi problem hesab etmək olmaz: "Vaxt var idi ki, həkimləri ancaq əczaçılar başa düşürdü. Çünki onlar da Tibb Universitetinin Farmakologiya fakültəsini bitirir. Əczaçılar təxmini olaraq dərmanın dozası və ya hansısa xüsusiyyətinə görə həkimin əl yazısını anlaya bilir. Bu gün bir çox apteklərdə elektron sistemlər qurulub. Həkim yazdığı resepti bunun vasitəsilə aptekə yönəldə bilər.

Türkiyədə, Avropa ölkələrinin çoxunda hər bir həkimin öz resept kodu var. Kodlaşdırma da ölkənin bütün aptek şəbəkələrində olur. Ümumiyyətlə bu, ciddi problem deyil. İndiyə qədər həkim yazılarını oxuya biliblərsə, bundan sonra da oxuya bilərlər".

Tibb üzrə ekspert Adil Qeybulla düşünür ki, həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir: "İlk növbədə qeyd etməliyəm ki, çap yazısında belə tibbi terminlərdən istifadə olunduğuna görə insanlar onu oxumaqda çətinlik çəkir. Həkimlərin əl yazısı da problemdir. İndi  yeni  dərmanlar dövrəyə girir. Görürsünüz, Azərbaycanda eyni tərkibdə, müxtəlif adda  çoxsaylı dərmanlar var.

Bunların hamısını yadda saxlamaq  mümkün deyil. Ümumiyyətlə reseptlərin printerdə yazılması daha məqsədəuyğundur. Çünki bu gün dünyanın hər yerində texnologiya geniş inkişaf edib.

Eyni zamanda  həkimlər səliqəli və diqqətli yazmağa fikir verməlidir. Səhiyyə Nazirliyinin tərtib etdiyi konkret reseptlər var və burada dərmanların adı dəqiq yazılmalıdır. Reseptləri daha çox həkimlər və aptek işçiləri oxuya bilir. Xəstə üçün isə həmin dərmanlardan hansı miqdarda, necə qəbul edəcəyi önəmlidir". 

Ekspert bildirib ki, yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də həkimlərin əl yazısını oxumaq çətindir: "Əl yazısı insan xarakterindən irəli gələn formadır. Məsələn, elə adam var ki, əl yazısını ümumiyyətlə oxumaq mümkün olmur. Təbii, əgər həmin adam həkimdirsə, bu, avtomatik reseptdəki yazıya da təsir edəcək. Sizə deyim ki, bu problem yalnız bizdə yoxdur. Həmçinin İngiltərə, Almaniya, Türkiyədə də reseptlərin yazı ilə olması və xəttin çətinliyi məsələləri müşahidə edilir.

Ümumiyyətlə həkimlər reseptdə aydın şəkildə dərmanların dozasını, işlənmə qaydasını, istifadə müddəti kimi xüsusiyyətlərini qeyd etməlidir. Çünki xəstələrin içərisində tibbi təhsili olan çox azdır. Bu kimi halları nəzərə almaq lazımdır".

99
Əlaqədar
Bakıda həkim tanınmış müğənniyə qarşı məhkəmədə qalib gəldi
ABŞ-da oxuyan azərbaycanlı həkim: "Amerikada təhsil əlçatmaz deyil"
Qışa necə hazırlaşmalı: Həkim məsləhəti
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

11
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

11
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat
Xəstəxana, arxiv şəkli

Azərbaycanda İİV xəstələrinin sayı açıqlandı

11
Bir dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb.

BAKI, 1 dekabr — Sputnik. "1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7 247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1 864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1 082 nəfərdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib: "484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır".

11
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

0
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

0
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması