Kinder şokoladı

"Kinder"dən uşaqlara təhlükəli "sürpriz" - SOS

420
(Yenilənib 10:06 12.12.2017)
"Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda, ilk növbədə "Kinder"in adını çəkirik"

BAKI, 11 dekabr — Sputnik. Bir neçə ildir uşaqların sevimlisinə çevrilən "Kinder" şokoladları haqqında mətbuatda ara-sıra xoşagəlməz məlumatlar yayılır. Bu yaxınlarda yerli və xarici mətbuatda bu barədə növbəti qalmaqallı xəbər yayımlandı.

Həmin məlumata görə, bir neçə ay öncə Böyük Britaniya vətəndaşı Sofiya Braun oğluna "Kinder" şokolad alıb. Oyuncağın bağlamasının üzərində "Minionlar"ın (Minions — Amerikanın animasiya komediyasının qəhrəmanları — red.) şəkli olduğundan ana fikirləşib ki, yumurtanın içində də bu seriyadan olan oyuncaq çıxacaq.

Lakin qadın yumurtanın içindəki plastik qabı açanda, gözlərinə inanmayıb. Belə ki, yumurtadan oyuncaq əvəzinə həblər çıxıb. Qadın həblərin nə olduğunu araşdırarkən dəhşətli həqiqət üzə çıxıb. Sən demə, bu, narkotik maddə imiş.

Sputnik Azərbaycan Azərbaycanda da kifayət qədər alıcı kütləsi olan "Kinder" sürprizlərin uşaqlar üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıb. Pediatr Günay Rəsulova bildirib ki, "Kinder" şokoladlarını qəti şəkildə uşaqlara vermək olmaz.

"Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda birinci növbədə "Kinder"in adını çəkirik. Həm şokoladın tərkibi çox keyfiyyətsizdir, həm də şokoladın içinə qoyulan plastmas qabın özü də keyfiyyətsizliyi ilə seçilir" — mütəxəssis deyib.

"Beləliklə, plastmas qabda olan zəhərli maddələr şokolada keçir. Nəticədə uşağın zəhərlənməsi baş verir. Alsalar da, oyuncağı ilə uşaqlar oynasın, amma qətiyyən şokoladını uşağa verməyin. Bir sözlə, ən təhlükəli, ən zərərli şokolad "Kinder"dir" — G. Rəsulova əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında diqqətə çatdırıb ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları hər üç ildən bir dünya konqreslərində bu cür malların uşaqlar üçün zərərli olduğunu qeyd edir: "Bildirirlər ki, bu cür malların reklamı az olsun və düzgün təbliğat aparılsın ki, uşaqlar bu mallardan uzaq dursun".

"O cümlədən, "Kinder" şokoladlarının da zərərli olması istisna deyil. Hətta "Kinder"dən çıxan oyuncaqların qoparaq uşaqların udlağında, boğazında qalması ilə bağlı ölüm halları da baş verib" — E. Hüseynov vurğulayıb.

"Bizim təşkilata da "Kinder" ilə bağlı şikayət daxil olub. Bu şikayət dükanlarda satılan "Kinder"lərin vaxtının keçməsi ilə bağlıdır. Mən dəfələrlə aidiyyatı orqanlara bu haqda məlumat versəm də, bu şokoladı satan istehsalçı ilə danışsam da, cəhdlərim boşa getdi. Beləliklə, vaxtı keçmiş "Kinder"lər dükanlarda satıldı. Azad İstehlakçılar Birliyinin sədri olaraq bildirirəm ki, mən bu şokoladın satılmasına qarşıyam. Valideynləri də bu şokoladı almamağa çağırıram" – deyə ekspert bildirib.

420
Teqlər:
"Kinder" şokoladları, Günay Rəsulova, Sputnik Azərbaycan, Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyi, oyuncaq, yumurta, məlumat, narkotik, uşaq
Əlaqədar
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Hər 10 dəqiqədə 1 uşaq ölən məmləkət
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü
Uşaqların bu təhlükədən qorunması üçün 1,5 milyon ayrıldı
Uşaqlarımız nəyə baxır?
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

25
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

25
Mövzu:
Dünyanı cənginə almış bəla
Ciyerlərin rentqeni, arxiv şəkli

Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?

851
(Yenilənib 14:29 11.07.2020)
"Koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır. Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son günlər koronavirusa yoluxma şübhəsi ilə kompüter tomoqrafiyasına (KT) üz tutanların sayı kəsin artıb. Məlumatlara görə, test zamanı koronavirusa yoluxduğu aşkarlanmayanların KT zamanı bu virusa yoluxduğu müəyyən edilir. Əsas əlamət isə ağciyərdə “buzlu şüşə” effektinin yaranmasıdır.

Amma bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa Diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın "buzlu şüşə”nin mahiyyətini açıqlaması müəyyən suallara yol açıb. Radioloq deyib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” effekti əsasən koronavirusun fəsadıdır: "Belə halda ağciyərdə qan dövranında durğunluq əmələ gəlir. Bu da infeksiyanın öz təsirini göstərməsi ilə bağlıdır. Çünki koronavirus nəticəsində qanda durğunluq yaranır".

E.Məmmədbəyovun sözlərinə görə, ağciyərdə “buzlu şüşə” düzgün müalicə apardıqda tez aradan qalxır: "Əsas odur ki, vaxtında müraciət edib, vaxtında aşkarlamaq lazımdır. Əgər çox gec müraciət edilsə ağciyər üçün böyük fəsad verə bilər".

Baş fitiziatr bildirir ki, KT-ni kor-koranə etdirmək olmaz: "Xəstə KT-ni həkim göndərişi əsasında etdirməlidir. İlk növbədə həkim ağciyərlərə qulaq asmalı, xəstəni müayinə etməlidir. Xəstədən məlumat toplayıb qərar çıxartmalıdır ki, KT lazımdır, yoxsa yox. Bundan sonra ehtiyac olarsa xəstəyə KT etdirmək tövsiyə olunur".

E. Məmmədbəyov bildirir ki, rentgen ağciyərdə “buzlu şüşə” effekti ilə bağlı düzgün cavab verməyə bilər.

Elmi-Tədqiqat Ağciyər İnstitutunun İkinci Pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva isə əks fikir söyləyir. S. Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” digər pnevmoniyalarda da qeydə alına bilər. Amma S. Mustafayeva ağciyərdə “buzlu şüşə” effektinin koronaviruslu xəstələrdə fərqləndiyini söyləyir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır: "Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox. Bu həkimin KT müayinəsi ilə aşkarlanır. Həmin kompüter tomoqrafiyaya baxan həkim bunu asanlıqla müəyyən edir".

851
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0