Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Spirtli içkilərin yeni fəsadları aşkarlanıb

CC0 / berryvaring / vodkaРюмки со спиртным. Архивное фото
Рюмки со спиртным. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, daha əvvəl Texas Universitetinin araşdırmaçıları spirtli içkilərin sinir hüceyrələrini məhv etdiyini və yenidən yaranmasına mane olduğunu bildirmişdi

BAKI, 23 noyabr — Sputnik. Tədqiqatçılar dünyanın 21 ölkəsində 18-31 yaşlı içki aludəçiləri arasında araşdırma aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatın gedişində içki aludəçiləri içki qəbul etdikdən sonra özlərini necə hiss etdikləri barədə danışıblar. 53 faiz respondent bildirib ki, spirtli içki qəbulundan sonra onlar özlərini rahat hiss edirlər. Bu şəxslərin 50 faizi rahatlığı pivə içdikdən sonra hiss etdiyini bildirib. 20 faiz iştirakçı isə daha sərt içkilərdən sonra cin, araq və viski qəbulundan sonra özünü rahatl hiss edirlər.

Araşdırma iştirakçılarının təxminən yarısının sözlərinə görə, sərt içkilərdən sonra özlərini aqressiv hiss edirlər. Qeyd olunur ki, kişilər qadınlara nisbətən sərt içkilərdən sonra özlərini 6 dəfə artıq aqressiv hiss edirlər. Qırmızı şərab 2,5 faiz iştirkaçıda aqressiya yaradır.

Xatırladaq ki, əvvəllər Texas Universitetinin araşdırmaçıları spirtli içkilərin sinir hüceyrələrini məhv etdiyini və yenidən yaranmasına mane olduğunu bildirmişdi.

Yeri gəlmişkən, kişilər tərəfindən spirt istehlakı spermanın keyfiyyətinə mənfi təsir göstərir, sonsuzluğa səbəb olur və körpələrdə sağlamlıq problemlərinə yol açır.

Xəbər lenti
0