Anten

Bu mühitdə həddən artıq dayandıqda, qorxulu xəstəliklərə düçar olacaqsınız

515
(Yenilənib 10:02 13.11.2017)
Radio, wi-fi, kompüter heç mobil telefonlar qədər təhlükəli deyil

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Çox zaman hava haqqında məlumatı dinləyəndə "meteohəssas insanlar diqqətli olmalıdır, havada maqnit dalğaları müşahidə ediləcək" ifadəsi ilə qarşılaşırıq. Həkimlər də müəyyən havalarda meteohəssas insanları diqqətli olmağa çağırır, maqnit dalğalarının onlarda başağrısı, ürək ritminin pozulması və s. bu kimi problemlərin yaranacağını bildirirlər. Bundan əlavə, telefon, radio, kompüter, Wİ-Fİ və s. bu kimi elektron vasitələrin də maqnit dalğalarının olduğu və bu kimi əşyalarla çox ünsiyyətdə olan insanların müxtəlif xəstəliklərə yoluxduğu iddia edilir. Bəs maqnit dalğaları nədir, niyə yaranır? Həqiqətənmi bu dalğaların insanlara mənfi təsirləri iddia edilən qədər dəhşətlidir?

"Energetika və Ekologiya" MİB-in sədri Vaqif Əliyev Sputnik Azərbaycan-a deyib ki, vizual olaraq görünməyən atmosfer çirklənmələri ətraf mühit üçün daha təhlükəli sayılır. Bu amil onun geniş əraziləri əhatə etməsilə səciyyələnir. Məsələnin mürəkkəbliyi ondadır ki, bu çirklənmələrin mənbəyi sənayedə və məişətimizdə istifadə edilən elektrik qurğularının və cihazlarının yaratdığı elektromaqnit çirklənməsidir. Yəni, istər-istəməz insanlar və digər bioloji varlıqlar məcburən bu cür fiziki təsirlərə məruz qalırlar: 

"Düzdür, bu şüalar radioaktiv şüalar kimi insan və digər bioloji varlıqların bədənində kumulyasiya olunmurlar, amma bu mühitdə yol verilən həddən artıq dayandıqda, qorxulu xəstəliklərə düçar olmaq qaçılmazdır".

Ekoloq bildirir ki, günəş aktivliyi dəyişdikdə belə, maqnit qasırğaları yaranır və bu insanların sağlamlığına mənfi təsirini göstərir:

"Yəni, bu təsirlər bizim həyatımıza çox geniş spektorda daxildir, lakin kifayət qədər öyrənilməyib. Misal üçün elektrostimulyator ritmi ilə yaşayan insanın kustar hazırlanmış radio ötürücünün iş zonasında ürəyinin dayanması halları olub".

Ekspert bildirir ki, elektromaqnit təsirlər ürək-damar xəstəlikləri olan insanlara daha çox təsir edir. Elektromaqnit təsirlər hətta atmosferdə ildırım aktivliyinə də təsir göstərir:

"Təbiət təsirləri qaçılmazdır. Biz bu təsirlərə sadəcə adaptasiya olunmaq məcburiyyətindəyik. Antropogen təsirləri isə yumşaltmaq və eyni zamanda yenə də adaptasiya olunmaq lazımdır. Əks halda daha qorxunc xəstəliklərin yaranması mümkündür (qan xəstəlikləri, ürək-damar, ürək çatışmazlığı, şiş xəstəlikləri, əsəb pozulmaları, xərçəng və s.)." 

Ekoloq deyir ki, Azərbaycan üçün xas olan gigiyena normalarına riayət olunmaması, elektromaqnit intensivliyi zonasında yol verilən həddən çox qalmaq sonda xəstələnmələrə səbəb olur. Bu normaların iş yerlərində pozulması daha tez-tez rast gəlinən hallardır:

"İnsan bədəni üçün təhlükəli elektrik intensivliyi həddi 10 mA/m2, maqnit intensivliyi isə 4 kA/m sayılır. Bu halda əsas mühafizə tədbiri kimi (adaptasiya olunmaq) işçilərin sanitar normalara riayət etməsi sayılır. Məsələn, intensivliyi 10 kV/m sahədə işçi gündə 3 saatdan artıq, 20 kV/m-də isə 10 dəqiqədən artıq dayana bilməz. Hava elektrik xətləri üçün sanitar mühafizə zonası: 1150 kV – 300m; 110 kV – 20m; 20 kV – 10m. Bu məsafədən az olduqda uşaqlarda leykoz xəstəliyi yaranır. Bundan əlavə, tipik radio-televiziya stansiyaları üçün sanitar mühafizə zonası işçi tezlikdən və çıxış gücündən asılı olur. Yüksək tezlikli 5 – 1000 kVt üçün sanitar mühafizə zonası müvafiq olaraq 10-dan 2500 m-ə kimi qəbul olunub. Burada sığortalanmış rejim üçün intensivlik 20 V/m istifadəçi üçün isə 4 V/m qəbul olunub".

Beləliklə, elektromaqnit şüalanmasında əsas mühafizə üsulu həmin zonada məsafəyə, qalma müddətinə normativlə riayət etmək və bəzi hallarda həmin zonada ekranların qurulmasıdır.

Ekspertin sözlərinə görə, məişətimizə gündəlik tələbat kimi daxil olmuş kompüterlərin displeylərindən (ekranından) şüalanma səhhətimizə kifayət qədər ziyan yetirir (astenopiya xəstəliyi).

Digər şüalanmalara səs-radio şüaları aid etmək olar. Bu radiasiya növü daha təhlükəlidir. Bu dalğaların yolunda ekran olmasa, 6000 km məsafəni qət edə bilir. Əsasən insan sağlamlığına və tərkibində ferromaqnit maddələr olan bitkilərə və ağaclara təsir edir. 

"Qəbələ RLS-in fəaliyyəti nəticəsində Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Qəbələ, İsmayıllı, Oğuz və digər rayonların əsas kənd təsərrüfatı məhsulu sayılan qiymətli "Qızıləhmədi" alma növünün kökünün kəsilməsi təhlükəsi yaranmışdı. Bu şüaların təsir sektoruna məruz qalan "Eldar" şamları qısa zamanda məhv oldu. Stansiyanın fəaliyyəti dayandıqdan sonra həmin növlərin populyasiyası məsələsi gündəmə gəlməlidir. "Qızıləhmədi"nin populyasiyası bölgənin iqtisadi vəziyyətinə və insanların sağlamlığına müsbət təsir edə bilər. Yaddan çıxarmaq lazım deyil ki, bu növ həm də stenofaq növdür. Bu növü digər bölgələrdə becərdikdə lazım olunan effekti vermir və biomüxtəliflik pozulur" — deyə Vaqif Əliyev bildirib. 

Tibb eksperti Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində, wi-fi, kompüter, radio, mobil telefonların yaydığı şüalar radio-dalğalardır və onların arasında ən təhlükəlisi mobil telefonların yaydığı dalğalardır:

"Mobil telefonların bəziləri böyük tezliklə çalışır. Təsəvvür edin, bu, hər yerdə var. Hamı zəng edir. Hər evin damında bir antena var. Radio, wi-fi, kompüter mobil telefonlar qədər təhlükəli deyil".

Adil Qeybullanın sözlərinə görə, bu, radioaktiv şüalanma deyil. Radioaktiv şüalanma sonda xərçəngə gətirib çıxarır. Amma bu şüalanma da insan orqanizmi üçün təhlükəli hesab edilir. Bu şüalar hüceyrələrin funksiyasını pozur. Uşaqlara, hamilə qadınlara daha ciddi təsir göstərir. 

Ekspert bildirir ki, insanlar bacardıqları qədər mobil telefonlardan uzaq olmalıdır:

"Bəzən insanlar ucuz olmasından istifadə edib, saatlarla telefonla danışır. Bu, orqanizm üçün təhlükəlidir. Wi-fi–ın yayılma dairəsi 30 metrdir, “blutuz”–un (bluetooth) dairəsi 5 metrdir, mobil telefonun şüalanma dairəsi isə kilometrlərlə ölçülür. Bunlar qeyri-ionlaşdırıcı şüalardır, radioaktiv deyil".

A.Qeybulla qeyd edir ki, əvvəlki kompüterlərin ekranı müəyyən qədər şüalanmaya səbəb ola bilərdi. Amma hazırda müasir texnika sadəcə gözlərə təsir edir:

"Yaxşı olar ki, hər yarım saatdan bir kompüterin qarşısından qalxıb gəzişəsiniz. Gözlərinizi tez-tez qırpın. Çünki kompüterlərin ekranı gözün qurumasına səbəb ola bilər".

Maqnit dalğalarından qorunmaq üçün:

— İlk növbədə evinizdəki müxtəlif elektromaqnit şüa mənbələrinin şüalanma dərəcəsini müəyyən edin;

— Xüsusi dozimetrdən istifadə edin;

— Kompüter, mobil telefon və s. növbə ilə qoşmaqla dozanı öyrənin;

— Şüa mənbələrini evdə elə yerləşdirin ki, onlar qrup təşkil etməsin;

— Elektrik cihazlarını yemək masasından və istirahət yerlərindən uzaqda saxlayın;

— Elektrik cihazlarını uşaq otaqlarından uzaqda saxlayın;

— Radiotelefon bazası sutkada 24 saat şüa buraxır, onun radiusu 10 metrdir. Onu yataq və iş yerində saxlamayın. 

Həkim, arxiv şəkli
© Sputnik / Konstantin Chalabov

— Məişət elektrik cihazlarının yalnız polad korpuslu olanınıalın, onlar şüadan qorumaq üçün ekran rolunu oynayır. Antropogen təsirləri isə yumşaltmaq və eyni zamanda yenə də adaptasiya olunmaq lazımdır, əks halda daha qorxunc xəstəliklərin yaranması mümkündür (qan xəstəlikləri, ürək-damar, ürək çatışmamazlığı, şiş xəstəlikləri, əsəb pozulmaları, xərçəng və s.). Azərbaycan üçün xas olan gigiyena normalarına riayət olunmaması, elektromaqnit intensivliyi zonasında yol verilən həddən çox qalmaq sonda xəstələnmələrə səbəb olur. Bu normaların iş yerlərində pozulması daha tez-tez rast gəlinən hallardır.

515
Teqlər:
Şüalanma, "Energetika və Ekologiya" MİB, Vaqif Əliyev, Adil Qeybulla, Qəbələ rayonu, Oğuz rayonu, İsmayıllı rayonu
Əlaqədar
Ermənistandan uçan təyyarədə radioaktiv maddə aşkarlanıb
Yaponiyadan gətirilən avtomobillərdə radioaktiv şüalanma aşkarlandı
Əl və ayaqların üşüməsi hansı xəstəlikdən xəbər verir?
Sağalmaz xəstəliyin müalicəsi tapılır?
Hər il 90 min insan bu xəstəlikdən ölür
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır

13
(Yenilənib 15:56 19.01.2021)
"Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək" - Günay Quluzadə

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda tətbiq edilən peyvəndin saxlanma qaydaları açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, peyvəndlər temperatur və zərbə kimi ola biləcək kənar təsirlər hesablanaraq, paketlənir. Bu səbəbdən peyvənd ampulları istiliyə davamlı şüşələrdən seçilir.

"Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə Günay Quluzadə bildirib.

13
Teqlər:
Sinovac Biotech, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda universitetdə peyvəndləmə başladı

22
(Yenilənib 15:59 19.01.2021)
Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb:

"Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda, demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub".

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib. Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.

22
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0