Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hansı böyrü üstə yatmaq daha faydalıdır

CC0 / StockSnap / GirlЖенская рука, фото из архива
Женская рука, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin rəyinə görə, sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır

BAKI, 11 noyabr — Sputnik. Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır.

AZƏRTAC xəbər verir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin “lehinə” və “əleyhinə” tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər belə nəticəyə gəliblər ki, bədənin sol tərəfi üstündə yatmaq daha faydalıdır.

Mütəxəssislərin rəyinə görə, sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.

Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.

Mədəaltı vəzi və mədə sol tərəfə meyilli yerləşdiyindən sol böyrü üstə yuxulama onların işini tənzimləyir, həm də qıcqırma əmələ gəlməsi riskini azaldır.

Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.

Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir.

Xəbər lenti
0