Xəstəxana dəhlizi

Millət vəkili əhalinin sağlamlığı naminə bu addımı atmağı təklif etdi

63
(Yenilənib 13:04 08.11.2017)
"Heç olmazsa, 10 faizlik artımı nəzərdə tutmalıyıq. Əhalinin sağlamlığı vacibdir və buna daim fikir verilməlidir"

BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda səhiyyə xərclərinin 10 faiz artırılması təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə noyabrın 8-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, Azərbaycanda səhiyyə xərcləri qənaətbəxş deyil: “Heç olmazsa, 10 faizlik artımı nəzərdə tutmalıyıq. Əhalinin sağlamlığı vacibdir və buna daim fikir verilməlidir. Vətəndaşların ehtiyaclarının ödənilməsi istiqamətində birgə çalışmalıyıq”.

63