Ağzında əmzik olan uşaq, arxiv şəkli

Həyəcan siqnalı: Cəmiyyət arasında təhlükəli vərdiş yayılır

1380
"Analar öz rahatlıqları üçün normal körpələrə də əmzik verirlər"

BAKI, 2 noyabr — Sputnik. Bir çox analar körpə dünyaya gələn kimi onu əmziyə öyrədirlər. Çünki pediatorların bir qismi iddia edir ki, əmzik uşağı sakitləşməsi üçün ideal vasitədir. Son araşdırmalar isə bunun tam əksini sübut edir.

Bir neçə gün öncə Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən tədbirdə mütəxəssislər bildiriblər ki, valideynlər körpələrini əmziklərdən uzaq tutmalıdırlar. Süni vasitə uşaqların səhhəti üçün ziyanlıdır. Bəs əmziklər uşaq orqanizmi üçün doğrudanmı təhlükə yaradır?

Pediator Günay Rəsulova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşağa əmzik verilməsinin tərəfdarı deyil: "Lakin vaxtından tez doğulmuş uşaqlar olur ki, onlarda əmmə reseptorunu formalaşdırmaq üçün əmziklərdən istifadə edirik. Çünki uşaq əmməyə alışmalıdır ki, şüşədən süni qidanı yeyə bilsin".

"Amma bəzi analar rahatlıqları üçün normal körpələrə də əmzik verirlər. Bu, doğru deyil. Çünki həm uşaqlarda çənə aparatının düzgün formalaşmasına mane olur, həm də əmzik əmən uşaqlarda nitqin inkişafı ləngiyir" — həkim bildirib.

Onun sözlərinə görə, eyni zamanda, əmzik gigiyenik cəhətdən çox zərərlidir: "Çünki uşaq yerə düşən əmziyi yerdən götürərək yenidən ağzına aparır və bu zaman da müxtəlif bakteriyalarla da təmas olur. Bu da bir çox xəstəliklərə səbəb olur. Xüsusilə, uşaqlarda mədə-bağırsaq pozğunluğu müşahidə olunur. Həm də əmzik çox istifadə edilib dəyişdirilməyəndə, bir qədər böyük uşaqlarda vaxtından tez diş çürüməsi baş verir".

Pediator Vaqif Qarayev da əmziyin qəti əleyhinə olduğunu deyib: "Əgər uşaq ana südü ilə qidalanırsa, çənəsinin işləməsi üçün ana döşü ən ideal vasitədir. Uşaq ana südü əmərək yatır. Bu zaman valideynlər yatan uşağa əmzik verir. Uşaq da refleks hesabına yata-yata əmziyi əmir. Bu zaman körpənin çənəsi yorulur və ana növbəti dəfə uşağı əmizdirəndə körpə yorulmuş çənəsi ilə döşü əmə bilmir. Nəticədə körpə ac qalır və narahat olur".

"Əmzik gigiyenik cəhətdən düz deyil. Əmzik yerə düşür və uşaq çirkli əmziyi yerdən götürüb yenidən əmir. Uşaq əmzik əmərkən daha çox mədə şirəsi ifraz edir. Bu da körpədə diskomfort yaradır. Bir sözlə, heç bir əmzik ana döşünü əvəz edə bilməz. Əmziyi nə tibbi baxımdan, nə mənəvi-psixoloji baxımdan qəbul etmirəm" – deyə pediator əlavə edib.

Uşaq psixoloqu Aynur Bünyadovanın sözlərinə görə, əmziklərdən yaranan psixoloji problemlərlə ona müraciət edən xəstələr olur: "İldə ən azı 3-4 belə xəstə müraciət edir. 2 yaşa kimi uşağın əmzik əmməsi normaldır. 2 yaşdan sonra uşaq əmzik əmirsə, deməli psixoloji problemləri var. Bu da ana ilə düzgün təmasın qurulmaması ilə bağlıdır".

"Belə uşaqlar əmzikdən bərk yapışır və saatlarla əmziyi əmir. Analara məsləhət görürük ki, uşaqlara diqqət və qayğı ayırsınlar, can rahatlıqları üçün uşaqlara əmzik verməsinlər. Uşaq narahat olarsa, körpəni sinəsinə basıb sakitləşdirsinlər. Körpə diqqət, qayğı tələb edir. Buna diqqət yetirmələri lazımdır" — o bildirib.

1380
Teqlər:
Günay Rəsulova, əmzik, pediator, ana südü, Sputnik Azərbaycan, zərər, həkim, psixoloq, körpə, ana, uşaq
Əlaqədar
Düzgün qidalanmamaq uşaqlarda hansı xəstəliklərə səbəb olur
Azərbaycanda min nəfərə yaxın uşaqda qeyri-uşaq xəstəliyi aşkarlanıb
Azərbaycanda oğlan uşaqlarının sayı çox artıb - Səbəb
Uşaq tapança ilə yoldaşlarını yaraladı
Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu
Bakıda karantin rejimi zamanı insanlar

Böyük dövlətlərin oyunu "əjdaha" gənclərimiz - Bakılılara çənəni sevdirən qadağa - FOTO

2
(Yenilənib 14:38 26.11.2020)
"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram" - Bakı sakini

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Paytaxtda maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Şəhərimizin bəzi sakinləri isə belə düşünmürlər. Sputnik Azərbaycan bu gün paytaxt sakinlərinin karantin qaydalarına necə əməl etdiklərini müşahidə edib.

Əksər vətəndaşlar karantin qaydalarına əməl edərək maskalardan istifadə edirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Bəziləri isə maskanı sadəcə cərimə edilməmək üçün çənələrinin altına taxırlar.

Məsələn, Bakı sakini 56 yaşlı Əsəd Əliyev deyir ki, koronavirus infeksiyasının varlığına inanmır. Bakı sakini elə hesab edir ki, bu, dünyanı idarə edən ölkələrin oyunudur.

Maska taxmaq məsələsinə gəldikdə isə, o deyib ki, maskanı sadəcə cərimə edilməmək üçün taxır: "Görürsünüz ki, çənəmin altında maska var. Yəni qanuna tabe oluram. Amma xəstəliyə inanmıram".

Qeyd edək ki, paytaxtda daha çox yaşlılar karantin qaydalarına əməl etmirlər. Yaşı 60-ı ötmüş vətəndaşlar maska taxmağı əhəmiyyətli hesab etmirlər.

Gənclər isə maskanı çənənin altına taxmağa üstünlük verirlər.

İnsanların kütləvi toplaşdığı yerlərdə, məsələn, dayanacaqlarda sosial məsafəyə əməl edilməsə də, vətəndaşlar maska taxırlar.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Nigar Eyyubova deyir ki, pandemiya başlayan gündən maska taxıb. Və o, bunu hansısa məbləğdə cərimə edilməmək üçün yox, sağlamlığın önəmli olduğunu fikirləşdiyi üçün edib:

"Mənim evimdə yaşlı anam-atam var. Mən özümü qorumalıyam ki, onları da qoruya bilim. Virusun olduğuna inanıram. Belə yalan ola bilməz. Buna görə də, özümü qoruyuram ki, yoluxmayım. Maska da taxıram, çantamda spirt və antibakterial salfet də gəzdirirəm. Bacardığım qədər insanlarla yaxın ünsiyyətdə olmuram".

28 yaşlı Ələddin Məmmədov isə hesab edir ki, virus gənclərə yoluxmur. Yoluxsa da, gənclər bu xəstəliyi ağır keçirmirlər.

"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram. Cəmi 500 manat maaş alıram. Onun da 100 manatını cəriməyə versəm, nə qaldı ki..."

  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Ə.Məmmədov siqaret aludəçisi olduğu üçün maska taxmaq ona bəzən yorucu gəlir. Amma cərimə edilməmək üçün siqaret çəkmədiyi zamanlar da olur.

Şəhərimizdə qanunlara tabe olub maska taxanlar da var, cərimə edilməkdən qorxub maska taxanlar da, özünü xəstəlikdən qorumaq üçün maska taxanlar da... Maska taxmayanlar isə bunu maska almağa pulları olmaması ilə izah edirlər. Məsələn, süpürgəçi işləyən 58 yaşlı Naibə xanımın sözlərinə görə, hər gün maska almağa pulu çatmır. Deyir, özü üçün evdə xüsusi maska tikməyə də vaxtı yoxdur. Amma söz verir ki, bu həftəsonu qanunlara tabe olmaq adına özü üçün maska tikəcək.

Belə...

Xatırladaq ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilirlər.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslərə 3 min manatdan 4 min manatadək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə edilirdilər.

2
Teqlər:
cərimə, maska, qaydalar, Koronavirus, epidemiya, COVID-19, Bakı
Xəstəxana, arxiv şəkli

Bakıda daha bir hospital xəstə qəbulunu dayandırdı - COVID-19-a görə

22
Hospital 20 noyabr 2020-ci il tarixindən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Burada yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

BAKI, 26 noyabr — Sputnik. Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a hospitaldan məlumat verilib. Məlumatda bildirilir ki, hospital 20 noyabr 2020-ci il tarixindən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Burada yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.

Mərkəzi Gömrük Hospitalının planlaşdırma və marketinq şöbəsinin piar mütəxəssisi Dilara Zamanova Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, pasiyentlər də tez-tez zəng edərək bu məlumatın dəqiq olub-olmadığını soruşurlar: "Biz bu məlumatı Hospitalın Facebook səhifəsində də paylaşmışıq".

22
Teqlər:
yoluxma, epidemiya, Koronavirus, COVID-19, Bakı, dayandırma, xəstə qəbulu, Mərkəzi Gömrük Hospitalı
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər