ELM

Cücərdilmiş qozun inanılmaz faydaları

© pixabay / Conger DesignQoz
Qoz - Sputnik Azərbaycan
Abunə olmaq
Qozun faydalarından daha çox yararlanmaq istəyirsinizsə, yeni üsuldan istifadə edin

BAKI, 28 oktyabr — Sputnik. Qozun orqanizmə faydaları haqqında çoxlarımız bilirik. Amma onun faydalarının 100 dəfə artırmağının üsulunu yəqin ki, az adam bilir. Bu inanılmaz səslənsə də, həqiqətdir. Sınaqdan keçirsəniz şahidi olacaqsınız ki, cücərdilmiş qoz sağlamlıq üçün əvəzolunmaz bir məhsuldur.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda hamı üçün maraq doğuran mövzunu təqdim edir.

Qozun faydalarından daha çox yararlanmaq istəyirsinizsə, yeni üsuldan istifadə edin.

Bunun üçün 1 kiloqram təmizlənməmiş qozu şüşə qaba boşaldın. Üzərinə soyuq su əlavə edin. Su şüşə qabdakı qozun üzərini örtməlidir. Sonra həmin qabı 14 gün pəncərənin qarşısında saxlayın. Hər gün suyu dəyişin və qabın içərisindəki qozları səhər və axşam qarışdırın. İki həftədən sonra cücərdilmiş qozlar istifadəyə hazırdır. Məhz bu müddətdən sonra həmin qabı su ilə birlikdə soyuducunun alt gözündə saxlayın.

Hər gün iki dəfə axşam və səhər 3 ədəd qozu təmizləyib yeyin.

Yəqin ki, ən maraqlı sual cücərdilmiş qozun orqanizmə necə təsir göstərməsidir.

1. Bütövlükdə orqanizmdə yeniləşmə prosesi baş verəcək;

2. Sinir sisteminin fəaliyyəti daha da yaxşılaşacaq;

3. İmmun sistemi bərpa olunacaq;

4. Orqanizmin qocalma prosesi ləngiyəcək;

5. Orqanizm toksinlərdən və zərərli maddələrdən təmizlənəcək;

6. Xroniki yorğunluq aradan qalxacaq.

Bu yalnız sizin müşahidə etdikləriniz olacaq. Ümumilikdə isə bütün daxili orqanlarınız cücərdilmiş qozun faydasından bəhrələnəcəklər.

Sağlam olmaq istəyirsinizsə, adi qozun faydasını 100 dəfə artıran bu üsuldan siz də istifadə edin. Bir dəfə sınaqdan keçirsəniz sonra vərdiş edəcəksiniz.

Mədəaltı vəzində problem olanlar cücərdilmiş qozdan məhdudiyyətlə istifadə etməlidirlər.

Xəbər lenti
0