Həsən İmanlı

ABŞ-da oxuyan azərbaycanlı həkim: "Amerikada təhsil əlçatmaz deyil"

1240
(Yenilənib 17:31 01.11.2017)
İlk dəfə ürək xəstəliklərinə səbəb olan amillərin ortaya çıxmasını öyrənmək üçün tədqiqat 1979-cu ildə İngiltərədə aparılıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son dövrlər Azərbaycanda həkimlərin əksəriyyəti rezidentura keçmək üçün xarici ölkələrə, xüsusilə də Türkiyəyə üstünlük verirlər. Gənc həkim Həsən İmanlı isə bir qədər çətin olanı seçib, o təhsilini davam etdirmək üçün Amerikaya üz tutub.

Həsən İmanlı, Xətai Rayon Heydər Əliyev adına Liseyi bitirdikdən sonra, Xaricdə Təhsil proqramının dəstəyi ilə 2007-2014-cü illər arasında İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin ingilis dili bölməsində təhsil alıb. Son 2 ildir ki, "University of Maryland Medical Center"də Kardiak elektrofiziologiya sahəsində Ventrikular Taxikardiya xəstələri üzərində tədqiqat aparır (postdoktoral aspirant olaraq). Bu müddət ərzində, "Maryland Arrhythmia and Cardiology Imaging Group" (MACIG) tərəfindən dərc edilən 11 məqaləyə onun adı salınıb, 3 məqalədə birinci müəllif kimi qeyd edilib. Amerikada tədqiqatdan əlavə, "MD Anderson Cancer Center", "University of Texas Health Science Center", "University of Maryland", "MedStar Franklin Square Hospital" kimi xəstəxanalarda təcrübə keçib. Amerikada rezidentura imtahanlarının hamısını uğurla verərək, ECFMG sertifikatını alıb. Həkim, hazırda Azərbaycanda Tibb fakültəsini bitirən gənclər arasında təşviqat aparır, onların təhsilini davam etdirmək üçün Amerikanı da seçə biləcəklərini bildirir.

Gənc həkim Həsən İmanlı
© Sputnik / Irade JELIL
Gənc həkim Həsən İmanlı: mən tələbələrin Amerikaya və yaxud Türkiyəyə getməyini təşviq etmək istəyirəm

Amerikada uğurlu təcrübə keçən həkimin bir neçə günlüyə Azərbaycan-a gəlməsindən istifadə edib, onu redaksiyamıza dəvət etdik. Sputnik Azərbaycan Həsən İmanlı ilə ona müsahibəni təqdim edir.

— Bir neçə gündür ki, Azərbaycandasınız. Gəlişinizin səbəbini öyrənmək olarmı?

— Mənim Azərbaycana gəlişimdə əsas məqsədim Tibb fakültəsini bitirən gənclərə xarici ölkələrdə təhsilini davam etdirməyin yollarını göstərməkdir. Əvvəllər mənə də bu çətin gəlirdi. Mən tələbələrin Amerikaya və yaxud Türkiyəyə getməyini təşviq etmək istəyirəm. Bu mümkündür. Kim istəsə, məni "Linkedin"-də tapıb yaza bilər. Bizim tələbələr əsasən Türkiyəyə getməyə üstünlük verirlər. Amma təhsili Amerikada da davam etdirmək mümkündür. Düzdür, mən Türkiyədən getmişəm, amma prosedurlar eynidir, imtahanlar eynidir. Hazırda Amerikada Rauf Cavadov adlı bir dostumuz var ki, o artıq rezidenturadadır. Onların xəstəxanasında Nərgiz Muğanlinskaya adlı bir həkimimiz də var. Tibb fakültəsini bitirib, təhsilini Amerikada davam etdirmək istəyən bütün tələbələr mənimlə əlaqə saxlaya bilər. Mən söz vermirəm ki, onların rezidenturaya daxil olmasına yardım edəcəyəm. Xeyr! Sadəcə, yollarını göstərə bilərəm. Bunu hamı edə bilər, heç kim çəkinməməlidir. Mənə Təhsil Nazirliyinin "Xaricdə təhsil 2015-2017" proqramı çox dəstək oldu.

— Gəlin, bir qədər sizin sahə – Kardiak elektrofiziologiya haqqında danışaq. Bu sahə Azərbaycanda inkişaf edibmi?

— Kardiak elektrofiziologiya ürəyin ritm xəstəliklərinin müalicəsi ilə məşhurdur. Ayaqdan, qoldan və ya boyundan kateterlə şah damara daxil olub, orada ritmə səbəb olan bölgələri taparaq yandırılır.

— Anju kimi?

— Anju sadəcə damarın tutulub-tutulmadığını göstərir. Bu isə xüsusi kateterdir. Kateterin ucunda ürəyin içindəki gərginliyi ölçən sensor var və eyni zamanda orada elektrik axını ilə yandırma xüsusiyyəti var. Bu müalicə üsulu ritmin əvvəlki vəziyyətə qayıtmağına gətirib çıxarır. Azərbaycanda bu sahə yenicə inkişaf etməyə başlayıb və bu sahə üzrə ölkədə çox az mütəxəssis var.

Gənc həkim Həsən İmanlı
© Sputnik / Irade JELIL
Gənc həkim Həsən İmanlı

— Mütəxəssisimiz azdır dediniz. Bu boşluğu doldurmaq üçün Azərbaycana qayıdacaqsınız?

— Düşünürəm ki, ABŞ çox böyük ölkədir və orada azərbaycanlıların sayı çox azdır. Onu da qeyd edək ki, ABŞ dünyaya meydan oxuyan bir ölkə olaraq söz haqqında sahibdir. Və ermənilərin sayı Amerikada yüz minlərlə, azərbaycanlıların sayı isə minlərlədir. Amerikada Azərbaycanı çox tanımırlar. Bu səbəbdən də Amerikada qalıb, fəaliyyət göstərmək belə, Azərbaycanın adı üçün önəmlidir.

— Dünyada ürək xəstəliklərinə səbəb olan əsas amillər hansıdır?

— İlk dəfə ürək xəstəliklərinə səbəb olan amillərin ortaya çıxmasını öyrənmək üçün tədqiqat 1979-cu ildə İngiltərədə aparılıb. Həkimlər avtobus sürücüləri və "konduktor"lar arasında araşdırma aparıb. Həkim apardığı araşdırma nəticəsində müəyyən edib ki, "konduktor" gün ərzində dəfələrlə enib, qalxır, sürücü isə bütün gün eyni yerdə əyləşib. Həkimlər bunu illərlə müşahidə edib və tədqiqatın nəticəsində ciddi fərqlər ortaya çıxıb. Müəyyən edilib ki, ürək infarktından ölənlərin sayı arasında sürücülərin sayı konduktorlara nisbətən 3 qat daha çoxdur. Bu da idman və gündəlik məşqlərin həyatımızdakı önəmini ortaya çıxarır.

İnfarkt risklərinin ən böyük səbəbi hərəkətsizlik, metobolik sindrom, hərəkətsizliyin səbəb olduğu kökəlmə, şəkər xəstəliyi, yüksək təzyiq və bədən kütlə indeksinin 25-dən yuxarı olmasıdır. Bunların hamısı risk faktorudur.

Ürəyinizin sağlam olmasını istəyirsinizsə, gün ərzində yarım saat olmaqla həftədə 5 dəfə idman etməyiniz, sürətli piyada gəzməyiniz vacibdir. Ürək xəstəlikləri çox kilolu və hərəkətsiz insanlarda müşahidə edilir.

— Ürək ağrısı özünü necə büruzə verir?

— Sinə ağrıları ilə həkimə müraciət edənlərin çoxunda bu ağrı ürəklə bağlı olmur. Ürək xəstəliklərinin də riskli yaşı var. İnsanlar zənn edir ki, hər sinə ağrısı ürək ağrısıdır. Amma belə deyil. Xəstə 20 yaşındadırsa və aylardır ki, ürək ağrısı çəkdiyini düşünürsə, dərhal onun ürək xəstəsi olduğuna qərar vermək olmaz. Əgər xəstə 120 kiloqramdırsa və yaşı 50-ni keçibsə, təbii ki, belə bir xəstə üçün ürək ağrısı, ürək xəstəliyi riski daha böyükdür. Belə insanların şəkəri, təzyiqi ola bilər. Buna görə də, ilk növbədə onun ürəyində problemin olub-olmamasını müəyyən etmək üçün qan testləri edilməlidir. Əgər sinənizdə ağrı yaranıbsa, özbaşına klassik ürək dərmanlarından istifadə etməyin, həkimə müraciət edin, müayinələrdən sonra verilən diaqnozlar əsasında dərmanlar qəbul edin. Özbaşına dərman içməyin əleyhinəyəm.

— Deyirlər ki, ürək öz fəaliyyətini hissə-hissə itirir və insan, ürək 45 faiz işlədikdə belə yaşaya bilir. Bu nə dərəcədə doğru fikirdir?

— Bəli, bəzən olur ki, ürəkdə olan böyük bir damar işləmir və ürəyin böyük bir hissəsinə gedən qan kəsilir. Ürəyin həmin qisminə qan getmədiyi üçün həmin hissə ölür. Və xəstələr bu problemlə uzun müddət yaşaya bilirlər. Ürəyin sağlam olmasını ürəyin içinə dolan qanın, ürək tərəfindən necə boşaltdığını müəyyən etməklə müəyyən etmək mümkündür. Bu əsasən 50-60 faiz olur. Belə vəziyyətdə ürək normal hesab edilir. Amma bəzi insanlarda bu, 20 faiz də ola bilir və insanlar bu problemlərlə yaşaya bilirlər. Xəstədə ürək çatışmazlığının simptomları varsa, o zaman deyirik ki, bu insanda ürək çatışmazlığı var.

— Ürək çatışmazlığının simptomları hansılardır?

— Təngənəfəslik, təngənəfəsliyin zamanla artması, pilləkənlə qalxan zaman təngənəfəslik ürək çatışmazlığının əsas simptomudur. Məsələn, xəstə 5 il əvvəl iki mərtəbəni təngənəfəs olmadan qalxa bilirdisə, indi bir mərtəbə qalxan kimi təngənəfəs olursa və yaxud şəhər içində 100 metr yeridiyi zaman təngənəfəs olursa, bu, ürək çatışmazlığının əlamətidir. Ancaq onu da qeyd edim ki, hər təngənəfəslik ürək xəstəliyinin əlaməti deyil. Əgər bu problemi 60 yaşında kişi yaşayırsa, böyük ehtimalla ürək çatışmazlığı ola bilər.

Ayaqlarda şişkinlik və ödəm varsa, bu da ürək çatışmazlığının göstərici ola bilər. Əgər ayaqqabılarınız ayağınızı sıxmağa başlayırsa, axşama doğru ağrı yaranırsa və corablarınızı çıxaran zaman, rezinlərin yeri ayağınızda qalırsa, bu da ürək çatışmazlığının əlaməti ola bilər. Buna görə də, hər bir halda həkimə müraciət etmək lazımdır.

— Deyilənə görə, kişilər qadınlara nisbətən ürək xəstəliklərindən daha çox əziyyət çəkir və ürək xəstəliklərindən daha çox dünyasını dəyişir. Bunun səbəbi nədir?

— Bəli, bu, həqiqətən belədir. Buna səbəb qadınların qanında ostrogen hormonun olmasıdır. Ostrogen hormonu qan damarlarını qoruma xüsusiyyətinə malikdir. 45 yaşa qədər kişi və qadınları müqayisə edən zaman kişilərdə ürəkdən ölüm riski daha çoxdur. Qadınlar 45-50 yaşından sonra klimaks dövrünə girdiyi üçün 50 yaşından sonra onlarda da ürək xəstəliklərindən ölüm riski artır. 60 yaşlı qadın və kişilər arasında ürək xəstəlikləri ilə ölüm səviyyəsi demək olar ki, eynidir. Klimaksa girməmiş qadınların ürək və qan damarları təmiz və sağlam olur. Klimaks dövründən sonra risk artır. Riski azaltmaq üçün idman etmək, arıq qalmaq lazımdır.

— Bütün xəstəliklər kimi kardioloji xəstəliklər də cavanlaşıb. Artıq uşaqlarda da ürək xəstəlikləri halları artıb. Bunun səbəbi nədir?

— Bunun səbəbi fast-food və yağlı qidalardır. Onu da deyək ki, son dövrlərdə şəkər xəstəliyi də gəncləşib. Şəkər xəstəliyi ürək damarlarının tıxanma səbəblərindən biridir. Gənclərin az idman etməsi, şəkərli, yağlı və karbohidrat faizi yüksək olan qidalar qəbul etməsi problemi, nəinki Azərbaycanda, bütün dünyada, eləcə də Amerikada da artmaqdadır. Bu səbəbdən də ürək xəstəlikləri bütün dünyada cavanlaşır. Onu da nəzərinizə çatdıraq ki, son zamanlar həyat oturaqlaşıb. Bir əsr əvvələ qədər belə işlər yox idi. Hamı tarlada, əkin-biçin işlərində idi. Qadınlar bulaqlardan su daşıyardı. Buna görə də, insanlar uzunömürlü idi.

Ürək çatışmazlığının əsas səbəblərdən biri də stressdir. Hər bir sahədə stress var. Ancaq onu da deyim ki, idmanla məşğul olmaq da stressi azaldır. Siqaret, alkoqollu içkilər də ürək xəstəliklərinin yaranmasına səbəb olur. Xüsusilə də, siqaret çəkmək sağlamlıq üçün son dərəcə zərərlidir. Bir insan bir dəfə infarkt keçiribsə, o siqaretdən birdəfəlik imtina etməlidir. Amma təəssüf olsun ki, indi gənclərin çoxu siqaret çəkməyə üstünlük verir.

— ABŞ-la müqayisə etsək, ürək xəstəlikləri harada daha çoxdur?

— Amerika və ya Azərbaycan, fərqi yoxdur, insanlar hər yerdə eynidir. Özünə fikir verən insanlar var və sağlamlığına əhəmiyyət verməyən insanlar var. ABŞ-da insanlar idmanın daha çox önəmli olduğunun fərqindədir.

Ürək çatışmazlığına düçar olmaq istəmirsinizsə, gündəlik qida rasionunuzda şəkəri azaltmaq, meyvə və tərəvəzə daha çox üstünlük vermək, gün ərzində 2500 Kalori dəyərində qida qəbul etmək (arıqlamaq istəyənlər 1500 k), zərərli vərdişlərdən uzaq olmaq, idman etmək, bədən kütlə indeksinin 25-dən çox artmasına icazə verməmək lazımdır.

Bunun üçün çəki boyun kvadratına bölünür. Məsələn boyunuz 160, çəkiniz 60-dırsa, (60: 160 kvadratı) alınan cavab 25-dən aşağıdırsa, siz normal çəkidəsiniz.

1240
Əlaqədar
Tanınmış həkim intihar etdi
Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu
Azərbaycanlı həkim mühüm beynəlxalq toplantıda iştirak edib
Qurbanlıq bazarından reportaj: nəzarətçi yoxdur, həkim xəstələnib, qiymətlər...
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

65
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

65
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

134
Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1702 nəfərdir. Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

134
Teqlər:
ölüm, yoluxma, test, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib
COVID-19 peyvəndi yaşlı nəsil üçün bir o qədər faydalı olmayacaq
COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
(0:19 / 2.46Mb / просмотров видео: 4)

Azərbaycan Ordusu Ermənistan mövqelərinə qüvvətli artilleriya zərbələri endirir - VİDEO

0
(Yenilənib 12:21 30.09.2020)
Bütün cəbyə boyu döyüşlər davam edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ordumuzun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyi andan video yayıb. Daha ətraflı - videoda.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

0