Tərxun

Ürək damarların təbii dərmanını yaxından tanıyın

2064
(Yenilənib 22:35 08.10.2017)
Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir

BAKI, 8 oktyabr — Sputnik. Tərxun (estraqon) bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən tərxunun ürək və damarların sağlamlığı üçün mühüm faydaları ilə tanış olmağı təklif edir.

Tərxun C və P vitaminlərlə zəngindir. C vitamini tərxunda az qala sitrus meyvələrində olduğu qədərdir.

Digər faydalı xüsusiyyətlərlə yanaşı C vitamini damarların sağlamlığı üçün ən vacib olan vitamindir. C vitamini damarları möhkəmləndirir, onların elastikliyini artırır. Bu isə ürək-damar sisteminin sağlamlığı üçün ən vacib amillərdən biridir.

P vitamini (rutin) isə kapilyarların divarlarını möhkəmləndirir, damarların keçiciliyini zaldır, damarlarda sklerotik dəyişikliklərin qarşısını alır, damarları genişləndirir, təzyiqi normallaşdırır, qan dövranını yaxşılaşdırır, varikoz xəstəliyinin inkişafının qarşısını alır.

P vitamini C vitamininin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.

Beləliklə, bu 2 vacib vitaminə görə tərxunu ürək-damar sistemi üçün ən faydalı məhsullardan biri hesab etmək olar.

2064
Əlaqədar
Avropada təlaş: insanlara dərman paylanılır
Polisdən xəbərdarlıq: Bazarda ucuz qiymətə saxta xərçəng dərmanları dolaşır
Bu bitki pəhrizi əvəz edir və şəkərin dərmanıdır
Keçəllərə müjdə: dərmanınız tapıldı

Azərbaycanda son sutkada koronavirusa yoluxan ölənlərin sayı açıqlandı

26
(Yenilənib 19:03 25.01.2021)
İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

BAKI, 25 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azəbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.

26
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Tünzalə Ağayeva, arxiv şəkli

Bir vaxtlar "evdə qal" kampaniyasını təbliğ edirdi, indi TƏBİB-ə şikayət edir

34
(Yenilənib 15:40 25.01.2021)
"Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Facebook" səhifəsində yazıb: "Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdə qal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, i̇ncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir".

Xalq artisti həmkarlarının acınacaqlı vəziyyətindən danışdı: "Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox yazıq, digərləri də paramparça vəziyyətdədirlər. Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir".

Müğənni əlavə edib ki, Azərbaycan tanınmışları haqqında əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var: "Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq çox yaxşı qazanmaq deməkdir. Albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil. O, Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100% durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı peşəkarların itkisinə aparır".

34
Teqlər:
müraciət, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Tünzalə Ağayeva
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0