Qazanılmış İmmun Çatışmazlığı Sindromu simvollu döş nişanı

Ölkəmizdə homoseksuallarla bağlı həyəcan təbili

128
(Yenilənib 17:23 05.10.2017)
Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub

BAKI, 5 oktyabr — Sputnik. Son 3 ildə Azərbaycanda İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) homoseksual yolla yoluxanların sayı artıb. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İİV-ə yoluxanların 1,8 faizi bu infeksiyaya homoseksual yolla yoluxub. Zülfüqarov bildirib ki, 2008-ci ildən etibarən ölkədə İİV-ə yoluxmaya görə risk qrupları müəyyən olunub. Onlar homoseksuallar, "kommersiya seks işçiləri", məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir. 

Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur: “Hazırda homoseksuallar arasında yoluxma yolu çox olmasa da, onlar risq qrupuna daxildir. Onlar müxtəlif yaş qruplarında, sosial statusda olurlar. Bizi maraqlandıran əsas məsələlərdən biri onların ailəli olub-olmamasıdır. Ailəli şəxsdə İİV virusu varsa, bu, onun həyat yoldaşına, həyat yoldaşından isə onların izdivacından dünyaya gələcək körpəyə keçir”.

Zülfüqarov qeyd edib ki, buna görə də hazırda homoseksuallar arasında ölkədə zərərin azaldılıması layihəsi, könüllü məsləhət-müayinə tədbirləri həyata keçirilir.

128
Teqlər:
QİÇS, İİV-ə yoluxma, Azərbaycan Səhiyyə Nazirliyi, Natiq Zülfüqarov, Azərbaycan
Əlaqədar
İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
İranda 7,4 min nəfər QİÇS-dən ölüb
Peşəkar Futbol Liqasından QİÇS-lə mübarizəyə dəstək
Pasiyentə iynə vurulması, arxiv şəkli

Dünyada ilk koronavirus vaksininin sınağı bitdi

12
Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Tədqiqatı aparan universitet və institutun rəhbərləri könüllülərin durumunu izah ediblər

BAKI, 12 iyul — Sputnik. Seçenov Universitetində koronavirus əleyhinə dünyada ilk vaksinin sınaqları uğurla başa çatıb, könüllülərin ilk qrupu artıq çərşənbə günü evə yazılacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Tibbi Translyasiya və Biotexnologiyalar İnstitutunun direktoru Vadim Tarasov deyib. 

Rusiya Müdafiə Nazirliyi iyunun 18-də Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarının keçiriləcəyini bildirmişdi.

“Seçenov Universiteti könüllülər üzərində dünyada ilk koronavirus vaksininin sınağını uğurla tamamlayıb”, - Tarasov deyib.

Tibbi Parazitologiya, tropik və transmissiv xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev RİA Novosti-yə bildirib ki, tədqiqatın bu mərhələsinin vəzifəsi vaksinin insan sağlamlığına təhlükəsizliyini göstərmək idi və buna da nail olundu.

Könüllülər iki qrupa bölünüblər – birincilərə bir, ikincilərə iki doza vaksin vurulub. Lukaşevin sözlərinə görə, peyvənddən sonrakı ilk günlərdə hərarətin qalxmasından başqa onlarda heç bir neqativ reaksiya müşahidə olunmayıb, hamısı özünü əla hiss edir.

Öz növbəsində Tarasov qeyd edib ki, könüllülər uzun müddət təcriddə saxlanılıb, xarici mühitlə əlaqələri hələ sınaqlardan əvvəl dayandırılıb ki, koronavirusa yoluxma halları istisna edilsin.

Tarasovun sözlərinə görə, uzunmüddətli təcrid könüllülərin psixoloji durumuna təsir edib. Tədqiqat zamanı münaqişəli situasiyalar yaranıb, emosinal gərginlik artdığından işə psixoloqlar cəlb edilib ki, çətin şəraitdə yaranan gərginliyi azaltsınlar.

Ancaq o deyir ki, yaxın günlərdə könüllülər adi həyatlarına dönə, idmanla məşğul ola, təhsil ala, işə gedə  bilərlər. İyulun 15 və 20-də evə yazıldıqdan sonra onların səhhəti tibb işçilərinin nəzarətində olacaq, həkimlər onların immunitetinin “özünü necə apardığını” öyrənəcəklər. 

Vaksinin sonrakı hazırlanma planı artıq onu düzəldənlərin strategiyası, eləcə də virusla bağlı epidemioloji situasiya və istehsalın mümkün miqyası ilə təyin olunacaq, Lukaşev deyib.

“Seçenov Universiteti pandemiya şəraitində təkcə maarifləndirici müəssisə deyil, həm də dərman preparatları kimi vacib və mürəkkəb məhsulların yaradılmasında iştirak edən elmi-texnoloji mərkəz kimi özünü göstərdi. Biz bu vaksinlə hələ kliniki tədqiqatlardan və protokolun hazırlanmasından öncə də işləyirdik, indi isə kliniki tədqiqatları aparırıq”, - Tarasov deyib.

Lukaşev isə əlavə edib ki, koronavirus infeksiyası əleyhinə vaksinin təhlükəsizliyi kliniki sınaqlar vasitəsilə təsdiq olunub.

“Bu mərhələdə vaksinin təhlükəsizliyi sübut olundu. O, hazırda bazarda mövcud olan vaksinlərin təhlükəsizlik səviyyəsinə uyğun gəlir”, - Lukaşev bildirib.

O qeyd edib ki, kliniki sınaqlardan öncə könüllülər hərtərəfli yoxlanılıblar, hətta onlarda koronavirusa qarşı anticisimlərin olmadığı da müəyyən edilib. Sonra onları iki həftəlik təcrid ediblər ki, yoluxmaasınlar. Bundan sonra isə immunizasiya aparılıb və tədqiqat başlanıb.

 

12
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyadan cavab gözləyir: üç vaksinə görə əməkdaşlıq istəyirlər
Sonun başlanğıcı – Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb
Rusiya koronavirus vaksininin sınaqlarının yekun mərhələsinə başlayıb
Siqaret, arxiv şəkli

ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək

3
(Yenilənib 01:39 12.07.2020)
  Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək

BAKI, 12 iyul — Sputnik.  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 xəstəliyinin nikotin istifadəçiləri üçün ağır fəsadlarını nəzərə alaraq, nikotin asılılığına qarşı kampaniyaya start verib. Sputnik Azərbaycan-ın məlumatına görə, kampaniyanın məqsədi dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin istifadəçilərini bu vərdişdən əl çəkməyə, eləcə də terapiya imkanlarından yararlanmağa sövq etməkdir.

ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası siqaretdən əl çəkmək üçün əsl fürsət rolunu oynaya bilər. Statistik araşdırmalara görə, siqaret çəkənlərin 60 faizi bu vərdişi tərgitmək arzusundadır və beynəlxalq qurum onları bu istiqamətdə dəstəkləyəcək. Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək.

Kampaniyaya İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində də təqdim ediləcək. İordaniya gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasına görə seçilib.

3
Mövzu:
Dünyanı cənginə almış bəla
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

0
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0