Qrip virusu, arxiv şəkli

Diqqətli olun, kəskin virus yayılıb - ƏLAMƏTLƏR

3682
(Yenilənib 12:00 06.10.2017)
"İnsanların yeni virusa qarşı müqaviməti olmur və bu da müalicəni çətinləşdirir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Havaların birdən-birə soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyaları geniş yayılıb. Mütəxəssislərə görə, kəskin respirator viruslar hava-damcı yolu ilə keçən, tənəffüs yollarının iltihabına səbəb olan xəstəliklərdir. Bura qrip, para-qrip və s. xəstəliklər aiddir.

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, hava soyuyanda kəskin respirator xəstəliklər daha çox müşahidə edilir: "Son günlər böyüklər və uşaqlar arasında həkimə müraciət hallarının əhəmiyyətli hissəsi kəskin respirator viruslarla bağlı olub. Amma hər burnu axana da qrip demək olmaz. Bəzən insanlara qriplə adi zökəmi qarışdırırlar. Buna görə də, xəstələn zaman daha diqqətli olmaq lazımdır".

"Belə ki, qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün virus əleyhinə preparatlar, antibiotiklər, hərarət salan dərmanlar, vitaminlərdən istifadə etmək lazımdır. Qrip virusuna şübhə varsa, ancaq ikincili bakterial infeksiya müşahidə edilmirsə, ağırlaşma yoxdursa, antibiotiklərdən istifadə etmək məsləhət görülmür. Lüzumsuz istifadə edilən antibiotiklər bədən müqavimətini azaldır və virusun bədəndən çıxma müddətini uzadır" — Cəfərova qeyd edir.

Həkim bildirir ki, zamanla qrip virusunun yeni növləri meydana gəlir. İnsanların da yeni növlərə qarşı müqaviməti olmur. Buna görə də, virusun yeni növünə qarşı olan müalicəni çətinləşdirir.

"Qripdən birinci qorunmaq yolu qrip əleyhinə vaksindir. Qrip vaksinləri antigen quruluşları bir-birinə oxşar olan viruslara təsir edir, amma tiplərinə görə bir-birindən fərqlənən viruslara təsir etmir. Qripə qarşı vaksinlər 6 ay – 5 yaşına qədər olan uşaqlara, hamilələrə, 50 yaşından yuxarı olan şəxslərə, ağır xroniki xəstəlikləri, astma, şəkərli diabet, ürək xəstəlikləri olanlara, xüsusi qulluq tələb edən insanlara (qocalar evində və uşaq evində yaşayan insanlar) və bir də tibb işçilərinə verilməlidir" — mütəxəssis diqqətə çatdırır.

Cəfərovanın sözlərinə görə, soyuq havalarda 65 yaşından yuxarı və 1 yaşından kiçik uşaqlara qarşı daha diqqətli davranılmalıdır: "Çünki bu yaş qrupları kəskin respirator viruslara qarşı daha həssas olur və onlarda fəsadlar daha çox meydana gəlir. Hamilələr, ürək-damar, ağciyər xəstəliklərindən, şəkərli diabetdən əziyyət çəkənlər, immun çatışmazlığı olanlar, kimyəvi terapiya qəbul edənlər, daha öncələri qripdən fəsad yaşamış insanlar və kənar şəxslərin yardımına ehtiyacı olan şəxslər (əlillər) daha ehtiyatlı davranmalıdır.

"Xəstəlikdən qorunmaq üçün şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, öskürmə-asqırma zamanı ağzı tutmaq, evi və ev əşyalarını dezinfeksiya etmək, çox adam olan yerlərdən, xüsusən xəstə olan yerdən uzaq durmaq lazımdır. Qrip hərarətin qalxması ilə müşahidə edilirsə, yataq rejiminə riayət etmək lazımdır. Yəni, soyuqdan istiyə, istidən soyuğa çıxmaq olmaz" — həkim vurğulayır.

Əlavə edir ki, yuxu rejiminə xüsusi diqqət yetirmək, mövsümü meyvə-tərəvəz yemək, bol maye qəbul etmək lazımdır: "Qripə yoluxmusunuzsa, boğaz və burun üçün antiseptiklərdən istifadə etməlisiniz. Burunu adi dəniz suyu ilə yumaq olar. Boğazı isə hər hansı bir antiseptik məhlul ilə yumaq lazımdır. Bunu evdə də hazırlamaq olar. 3 faizli perekisin içərisinə 3 həb "Furatsilin" əzib tökərək boğazı yumaq olar".

Sonda mütəxəssis faydalı məsləhətlərini təqdim edir. Belə ki, soyuq havalarda kəskin respirator viruslardan, o cümlədən qripdən qorunmaq üçün:

— Zəncəfilli, limonlu, nanəli çay için;

— Əgər güclü öskürək müşahidə edilirsə, bal ilə limon qarışığı öskürəyin azaldır;

— Yüksək hərarət müşahidə edilirsə, yataq rejiminə riayət edilməlidir;

— İctimai nəqliyyatdan istifadə edirsinizsə, tutacaqlardan tutduqdan sonra əllərinizi yuyun və ya dezinfeksiya edici məhlulla silin;

— Alma, mandarin, portağal, limon və s. bu kimi meyvələrdən çox istifadə edin.

3682
Teqlər:
kəskin respirator virus infeksiyaları, terapevt, Mətanət Cəfərova, müalicə, qrip, virus, həkim, soyuq, uşaq, hava
Əlaqədar
Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub
Türkiyə kurortlarında təhlükəli virus məsələsinə aydınlıq gətirilib
Əhalinin nəzərinə: İstirahət mərkəzlərində dəhşətli virus yayılıb
Azərbaycanda dolaşan qorxunc virus qripdən də təhlükəlidir
Azərbaycanlılar arasında qorxulu virus yayılıb — rəsmi açıqlama
Dodaqlarda yaşayan qorxunc virus
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

28
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

28
 Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Yeni antirekord: Azərbaycanda bir sutkada COVID-ə yoluxanların sayı mini ötdü

106
(Yenilənib 15:42 29.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

106
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı məktəblər

0
(Yenilənib 08:35 30.10.2020)
Tədris müəssisələri bərpa olunandan sonra şagirdlər yenidən Azərbaycanın işğaldan azad olunmuş rayonlarındakı məktəblərə qayıdacaqlar.
İnfoqrafika: İşğaldan azad edilmiş torpaqlarındakı təhsil ocaqları
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə bərpa işləri aparılacaq və həmin rayonlarda həyat yenidən canlanmağa başlayacaq.

İşğaldan azad edilmiş torpaqlarda təhsil müəssisələrinin fəaliyyətinin bərpası bu işin bir parçası olacaq. Tezliklə sözügedən ərazilərdəki məktəblərin uzun fasilədən sonra öz qapılarını neçə şagirdin üzünə açacağını Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə bilərsiniz.

Hazırlanmış materialda məktəblərin, əvvəllər orada işləyən müəllimlərin və bu məktəblərdə təhsil alan  şagirdlərin sayı barədə məlumatlarla da tanış ola bilərsiniz.

0