Bal

Hər gün 1 qaşıq bal yeməyin inanılmaz faydaları

3421
Amerikalı mütəxəssislərin yeni araşdırmalarının nəticəsinə görə, hər gün yalnız 1 qaşıq bal yeyən insan sağlamlığını xeyli yaxşılaşdıra bilər

BAKI, 26 sentyabr — Sputnik. Bütün dünyada bal ən faydalı məhsullardan biri sayılır. Çoxsaylı elmi araşdırmalar balın orqanizmə olan unikal müalicəvi və profilaktik təsirini dəfələrlə təsdiq edib.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, amerikalı mütəxəssislərin yeni araşdırmalarının nəticəsinə görə, hər gün yalnız 1 qaşıq bal yeyən insan sağlamlığını xeyli yaxşılaşdıra bilər.

Belə ki, balın gündəlik istehlakı:

 

  • orqanizmi cavanlaşdırır
  • toksinlərdən təmizləyir
  • orqanizmdə iltihabı azaldır
  • xolesterinin səviyyəsini aşağı salır 
    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
    © Official website of President of Azerbaijan Republic
  • damarları daxildən təmizləyir, onların elastikliyinin artırır
  • dərinin vəziyyətini yaxşılaşdırır
  • antiseptik təsir edir
  • immun sistemini möhkəmləndirir
  • insanı daha gümrah edir
  • stressi azaldır
  • yaddaşı yaxşılaşdırır.

 

3421
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Son sutka ərzində qədər insan vaksinasiya olunub?

0
(Yenilənib 17:51 21.04.2021)
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 908 672 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 458 218 olub.

BAKI, 21 aprel — Sputnik. Bu gün Azərbaycanda 14 680 nəfərə vaksin vurulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələdə isə bu rəqəm 5 221 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1 366 890 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 908 672 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 458 218 olub.

0
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub

8
Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb

BAKI, 21 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 2480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 12 679, hazırkı dövrədək isə 3 141 335 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 305 933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

8