Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Heç bir yoxlamadan keçmədən, harada, necə gəldi, satırlar..."

© AFP 2023 / OLI SCARFFGün eynəklərinin satışı, arxiv şəkli
Gün eynəklərinin satışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Sertifikatlaşdırılmayan, heç bir yoxlamadan keçməyən, harada və necə gəldi satılan, müxtəlif ölkələrdən gətirilən gün eynəkləri insanların görmə qabiliyyətini zəiflədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev ötən günlərdə bu haqda açıqlama vermişdi. O, bildirmişdi ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb.

Eynək satışı, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hər kəs hər yerdə sata bilməz - qanunvericilik sərtləşdirilir

"Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik" — deputat qeyd etmişdi.

M. Quliyev vurğulamışdı ki, bir çox ölkələrdə belə qanunlar var: "Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir".

Deputat onu da diqqətə çatdırmışdı ki, optik eynəklər də, gün eynəkləri də həkim məsləhəti ilə alınmalıdır: "Gün eynəklərini də hər kəs, hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".

Məsələ ilə əlaqədar həkim-oftalmoloq Əhməd Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında, gün eynəklərinin əsas vəzifəsinin gözləri günəşin ultrabənövşəyi şüalarından qorumaq olduğunu deyib: "İnsan gözünə ən çox ultrabənövşəyi şüa, istər yay olsun, istər qış olsun, məhz günəşdən gəlir. Mövsüm fərq etmir. Məsələn, qışda ətraf qarlı olanda, günəş şüaları qardan əks olunur, gözə qamaşma verir. Yəni, ultrabənövşəyi şüalar həddindən çox gözə daxil olur. Günəş varsa, məsləhətdir ki, gün eynəyi taxılsın".

Участок нанесения оптических покрытий на линзы в научно-производственной компании - Sputnik Azərbaycan
SƏHİYYƏ
Eynək və linzaların dövrü bitir

Onun sözlərinə görə, gün eynəyi taxılan zaman ən önəmli faktor şüşənin tərkibində ultrabənövşəyi şüaları keçirməyən filtrlərin olmasıdır: "Filtr barədə məlumat günəş eynəyinin qutusunun üzərində yazılır. Ya "Uv" filtr yazılır və yaxud da "polaroid" yazılır. Belə bir yazı varsa, həmin günəş eynəyini alıb istifadə etmək olar. Amma filtr yoxdursa, gün eynəyini gözə taxmağın çox da bir faydası olmayacaq. Hətta birbaşa ultrabənövşəyi şüaları keçirdiyinə görə, bu, fəsadlara səbəb ola bilər, gözün görmə mərkəzinə birbaşa təsir göstərə bilir. Ultrabənövşəyi şüaların təsiri, hətta, görmə azlığına səbəb ola bilər".

Həkimin fikrincə, günəş eynəyinin taxılmasında həkim məsləhətinə, rəyinə çox ehtiyac yoxdur: "Sadəcə olaraq bu barədə insanlar məlumatlandırılmalıdır. Yəni, gün eynəyi alan zaman təkcə yaraşma məsələsinə deyil, eyni zamanda, filtrin olub-olmamasına baxsınlar. Əgər filtr varsa, gün eynəyini rahat taxa bilərlər. Burada elə də ciddi bir problem yoxdur".

"Optik eynəyin ölçüsü mütləq həkim tərəfindən ölçülməlidir. Düzgün nömrələr olmayanda bu, gözdə yorğunluğa, baş ağrılarına səbəb ola bilər. Gözdə hətta spazma səbəb ola bilər. Optik eynəklər həkim nəzarətində olmalıdır, ancaq, günəş eynəklərində o qədər də ehtiyac görmürəm" — Ə. Abdullayev vurğulayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında, illər boyu Azərbaycanda gün eynəklərinin harada və necə gəldi satıldığını deyib: "Azərbaycan vətəndaşları nədənsə gün eynəklərinə çox vurğundurlar. Nə üçün qışda gün olmayan havada, xüsusən Azərbaycan qadınları, qara eynək taxıb avtomobil sürürlər? Buna təəccüb edirəm və cavabını tapa bilmirəm".

Gün eynəyi taxmış gənc qadın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər

"Düşünürəm ki, sertifikatlaşdırılmayan, heç bir yoxlamadan keçməyən, harada və necə gəldi satılan, müxtəlif ölkələrdən gətirilən gün eynəkləri insanların görmə qabiliyyətini zəiflədir. Çünki bu sahədə müəyyən tədqiqat aparılmır, heç bir ekspertiza yoxdur. Eynəklər sertifikatlaşdırılmır" — Hüseynov bildirib.

Onun sözlərinə görə, eynəkləri müəyyən edən qurğular, həkim personalı da yoxdur: "Düşünürəm ki, belə bir qanun qəbul olunarsa, normal diaqnozun qoyulması, seçimin olması üçün paralel həkim kadrlar hazırlanmalı, avadanlıqlar gətirilməlidir".

"Əhaliyə onu da demək istəyirəm ki, hər bir eynəyin satış şəbəkəsinin özünün testi olur. Məsələn, "polaroid" eynəkləri alanda onun testini tələb etmək olar. Testi olmayan, sertifikatı olmayan eynəkləri almasınlar. İstehlakçılar bu məsələlərdə diqqətli olsunlar" – deyə mütəxəssis əlavə edib.

Xəbər lenti
0