Model, arxiv şəkli

Model olmaq istəyənlər arıqlamasın, çünki...

28
Qadağaya digər məşhur brendlər - "Christian Dior" və "Saint Laurent" firmaları da qoşulub

BAKI, 6 sentyabr — Sputnik. Fransada nəhəng moda brendləri "LVMH" və "Kering", manekenlərin səhhətini qorumaq üçün 16 yaşdan kiçik qızların, həmçinin yaşından asılı olmayaraq hədsiz dərəcədə arıq modellərin çəkilişlərdə və tədbirlərdə podiuma çıxmalarına qadağa qoyub.

Sputnik Türkiyə xəbər verir ki, qadağaya digər məşhur brendlər — "Christian Dior" və "Saint Laurent" firmaları da qoşulub. Onlar buna səbəb kimi, cəmiyyətdə anoreksiyanın təbliğ edilməsinə qarşı olmalarını göstəriblər.

28