Saç, arxiv şəkli

Belə halda yatmayın, yoxsa...

2332
Mütəxəssislər, saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər

BAKI, 25 avqust — Sputnik. Yuduqdan sonra saçları tam qurutmadan yatmaq ziyanlıdır. Sputnik Azərbaycan saglamolun.az-a istinadən nəm saçla yatmağın zərərlərini diqqətə çatdırır:

1. İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.

2. Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.

3. Nəm saçla yatmaq səhər boyun və baş ağrılarına səbəb ola bilər.

4. Nəm saçla yatan insanın yastığı artıq suyu özünə hopdurur. Yastıqlarda mikroskopik gənələr yaşayır. Az miqdarda olanda bu gənələr sağlamlığımıza ziyan vurmur. Lakin nəm mühitdə onlar tez çoxalmağa başlayır. Bu gənələr allergiya və hətta astmanın inkişafına səbəb ola bilər.

2332
Teqlər:
yatmaq, zərər, yuxu, saç
Əlaqədar
Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir
Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun
Gözlərini sevgisinə qurban verən gənc: "Yuxuda görə bilirəm"
Yuxusuzluq beynin fəaliyyətini pozur