Xəstəxana dəhlizi, arxiv şəkli

Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun

8780
(Yenilənib 23:33 20.08.2017)
Alimlər xərçəngin 5 əsas əlamətini ortaya çıxarıblar

BAKI, 19 avqust — Sputnik. İnsanların bir çoxu özləri bilmədən onkoloji xəstəliklərin dasıyıcısı olaraq yasayırlar. Bahalı bir prosedur olduğu ucun heç də hər kəs xərçəngə dair yoxlamadan keçmir. Lakin alimlər sağlamlıq məsələsində qənaət etməyərək yoxlamadan keçməyi məsləhət görürlər. Bu arada isə orqanizminizə də diqqət edin, çünki xərçəngin olduğunu göstərən müəyyən əlamətlər mövcuddur.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər xərçəngin 5 əsas əlamətini ortaya çıxarıblar.

  1. Daimi zəiflik. Şiş özünün ifraz etdiyi məhsulları qana ötürür və bununla da zəiflik, başgicəllənməsi və ürək qalxmasına səbəb olur. Həmçinin ilk mərhələdə o müxtəlif orqanlarda keyiməyə səbəb olur.
  2. Yüksək hərarət. Bir çox hallarda xərçəngin erkən əlaməti olaraq bədənin hərarətinin yüksəlməsini göstərmək olar. İş ondadır ki, şiş immun sistemini yorur və o, bu yükə belə reaksiya verir.
  3. Sürətlə çəki itirmə. Bir çox mütəxəssislər məhz bunu xərçəngin ən birinci əlaməti sayırlar. Söhbət bir neçə ay ərzində sürətlə arıqlamaqdan gedir. Bu dövrdə şiş orqanizmi bioloji aktiv maddələr istehsal etməyə məcbur edir və nəticədə normal metabolik proseslər pozulur.
  4. Şişin orqanizmdəki normal mübadilə proseslərini pozması səbəbindən tüklərin və dərinin vəziyyətinin dəyişməsi. Məsələn, qaraciyər xərçəngi zamanı dəri saralır, böyrəküstü vəzin xərçəngi zamanı isə qaralır. Qalxanabənzər vəzin şişi isə tüklərin sürətlə tökülməsinə səbəb olur.
  5. Ağrılar. Xərçəngə tutulmuş insan müxtəlif ağrılar və orqanizmdə qeyri-normal hisslərlə qarşılaşır, lakin onlara fikir vermir. Onun səhvi də elə budur. Çoxları xatırlayırlar ki, xərçəng diaqnozu qoyulmamışdan bir neçə il və ya ay əvvəl bu və digər orqanda ağrılar və yaxud "yad cisim" hiss edirmişlər.
8780
Teqlər:
şiş, əlamət, ağrı, xərçəng
Əlaqədar
Gündəlik menyumuzda olan bu qida xərçəngi inkişaf etdirir
Bunlar prostat vəzi xərçənginin düşmənidirlər
Xərçəngin müalicəsi tapıldı, bir şərtlə...
Xərçəngdən əziyyət çəkənlərə xoş xəbər
Amerikalı alim beyin xərçəngi ilə bağlı xəbərdarlıq etdi
İnsan qanı ilə dolu paket, arxiv şəkli

Gəlin, qan verin! Koronavirusdan sağalanlara yeni müraciət

5
(Yenilənib 19:27 06.07.2020)
"Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir"

BAKI, 6 iyul — Sputnik. Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilərlər: "Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir".

Qeyd edək ki, Mərkəzi Qan Bankı bir müddət əvvəl də koronavirus infeksiyasından sağalmış insanların ağır xəstələrə donor olmaları ilə bağlı müraciət etmişdi. Mərkəzi Qan Bankının əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.

5
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Prezident birinci xanım modul tipli hospitalın açılışında

14
(Yenilənib 16:38 06.07.2020)
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.

BAKI, 6 iyul – Sputnik. İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Sputnik Azrbaycan xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

  • Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında
    © Official website of President of Azerbaijan Republic
  • Bakıda koronaviruslu xəstələr üçün tikilən yeni modul tipli hospital
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

14
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0