Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Pivəsevərlərə şad xəbər

© AFP 2023 / KARL-JOSEF HILDENBRANDAlmaniyadakı Oktoberfest xalq şənliyində pivə paylayan adam, 20 sentyabr 2015-ci il
Almaniyadakı Oktoberfest xalq şənliyində pivə paylayan adam, 20 sentyabr 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bunlara riayət etdikdən sonra kökəlməyəcəksiz və pivə orqanizminizə mənfi təsir etməyəcək.

BAKI, 17 avgust — Sputnik. Məlum olduğu kimi alkoqol ən kalorili ərzaqlardandır. Üstəlik alkoqollu içkiləri karbohidrogenlərlə zəngin və yağlı qidalarla birlikdə qəbul etdikdə rasiondakı kalorinin miqdarı xeyli artır. Məhz bu səbəbdən də alkoqol artıq çəkinin əmələ gəlməsinə səbəb olur.

Sputnik Azərbaycan Vesti.ru-ya istinadən xəbər verir ki, pivəyə gəlincə, hətta yüksək keyfiyyətli xammaldan hazırlandıqda belə qarın piylərini artırır və uzunmüddətli perspektivdə ərinməyən piylərə çevrilir. Bu halla ən çox kişilər üzləşir və adətən iri qarını olan kişilərə "pivəqarınlar" deyirlər. Bu yazıda biz artıq çəki və qarın piyləri yığmamaq üçün pivəni düzgün qəbul etməyin yollarını izah edəcəyik.

Tələsməyin

 

"Böyük piyalə pivəni, bir stəkan çaxırı və bir qədəh arağı süzmək üçün qaraciyərə 1 saat vaxt lazımdır" deyə Medical Daily nəşrinə müsahibəsində dietoloq Keyt Ayob (Keith Ayoob) bildirib. Bu isə o deməkdir ki, azca içki bir saat ərzində metobolimz proseslərinə və orqanizmdə piyin əriməsinə dramatik təsir göstərir. Bunu öz növbəsində American Journal of Clinical Nutrition-da yayımlanmış tədqiqatın nəticələri də göstərir. Eyni alkoqollu içkidən bir saat ərzində bir piyalədən çox içən şəxslərin orqanizmində ikinci saatda piyin ərinməsi prosesi 73% azalır.

Diqqətlə seçin

 

"Yüngül" pivə, "az alkoqollu" pivə və "az karbohidratlı" pivə variantları öz fiqurasının qayğısına qalan insanlar üçün cəzbedici görünə bilər. Lakin onların bir-birilərindən nə ilə fərqləndiklərini bilmək lazımdır. Şəffaf pivə daha az spirtli və az kalorili olur. Aşağı karbohidratlı içkilərdə isə karbohidratların kütləsi bir qədər az olur.

Light adı altında təqdim olunan pivənin isə əsas xüsusiyyətləri bunlardır: а) marketinq fəndi; б) az alkoqollu pivə adətən daha çox istehlak edilir ki, bu da rasiondakı ümumi kalorini artırır. Eyni zamanda ekspertlər bildirirlər ki, tünd rəngli pivələr acı dada malik olduğu üçün yavaş-yavaş içilir. Eyni zamanda onların tərkibində alkoqol çox olduğundan, adətən tünd pivə az içilir.

Su için

 

Beyni ayıq saxlamaq və dietaya ziyan gətirməməyin ən yaxşı yolu hər stəkan alkoqollu içkidən sonra arada 1 stəkan su içməkdir. Əvvəla bu, mədəni tez dolduracaq və siz daha az yemək yeyəcək, içkini də az içəcəksiz. İkincisi, siz özünüzü daha yaxşı hiss edəcəksiz. Eləcə də səhər yuxudan oyananda yaxşı vəziyyətdə olacaqsız. Çünki su ilə qəbul olunduqda alkoqol orqanizmdən daha tez xaric olur. Nəticədə dəriniz yaxşılaşır və dəmliyiniz də tez keçir.

"Optimal həcmdə nəmliliyi saxlamaq və orqanizmdəki su çatışmazlığını təmin etmək üçün siz alkoqollu içki qədər su içməlisiz" — deyə Keyt Ayob bildirir.

Stəkana diqqət edin

 

İçki içilən stəkanın forması da bizim alkoqolu qəbul etməyimizə təsir göstərir. 2015-ci ildə alimlər eksperiment nəticəsində bu qənaətə gəlmişdilər ki, əgər pivə əyri və müxtəlif rəngli stəkanlara tökülürsə, daha çox içilir. Həmçinin həmin stəkanlarda pivənin içilmə intensivliyi 10 dəqiqə artır.

Protein yeyin

 

Bu yaxınlarda aparılan tədqiqat göstərib ki, qazlı içkilərlə birlikdə proteinli qidalar qəbul etmək yaxşı ideya deyil. Amma söhbət alkoqollu içkilərdən gedirsə, burada vəziyyət tamamilə əksinədir. İş ondadır ki, protein tərkibli qidaların termik effekti 20-30%-dir. Məhz bu kalori həzmə yaxşı kömək edir. Bu mənada bol proteinli qidalar içki içilən zaman qanda alkoqolun səviyyəsinə nəzarət edir. Tədqiqat zamanı o da məlum olub ki, alkoqolun sorulma sürəti eyni zamanda onun parçalanmasını tezləşdirir.

Əgər siz içmək, yoxsa içməmək seçimi qarşısında qalmısızsa, yaxşı olar ki, ikincini seçəsiz. Məhz bu variant sizi alkoqollu içkinin gətirdiyi risklərdən xilas edəcək.

Xəbər lenti
0