Təcili tibbi yardım

Zirədə şok əhvalat: Camaatı zəhərləyəcəkdilər, özləri zəhərləndilər

915
(Yenilənib 13:21 07.08.2017)
İstixana işçiləri öz məhsullarından zəhərləniblər

BAKI, 7 avqust — Sputnik. Bakının Xəzər rayonunda qarpızdan kütləvi zəhərlənmə qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Zirə qəsəbəsində yerləşən, 1977-ci il təvəllüdlü Rəşad Abdullayevə məxsus istixanada baş verib. Məlumata görə, nahar vaxtı Binə qəsəbəsinin 7 sakini özlərinin nitrat verərək yetişdirdikləri qarpızı yeyərək zəhərləniblər. Bu qarpızlar satış üçün nəzərdə tutulubmuş.

Bazar günü Toksikologiya Mərkəzinə kömək üçün 1982-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmnəzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov, 1986-cı il təvəllüdlü Araz Camalov, 1971-ci il təvəllüdlü Kəklik Əliyeva, 1989-cu il təvəllüdlü İradə Atayeva və 1977-ci il təvəllüdlü İradə Kərimova müraciət edib. Hazırda zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Xəzər rayon 1 saylı polis şöbəsində araşdırma aparılır.

915
Teqlər:
kütləvi zəhərlənmə, Səbinə Bahadurova, Nicat Nəsirov, Binə qəsəbəsi, Xəzər rayonu, Bakı
Əlaqədar
Azərbaycanda şənlikdə kütləvi zəhərlənmə: günahkar kimdir
İstirahət zəhərlənmə ilə başa çatdı
Səkkiz nəfər nişan tortundan zəhərləndi
Bu ətlər kurorta gələnləri zəhərləyə bilərdi
Spirtli içkidən zəhərləndi