Meşə gilası

Bu bitki pəhrizi əvəz edir şəkərin dərmanıdır

1074
Meşə gilasının oduncağı çox qiymətlidir və yaxşı hamarlandığına görə xarratlar ondan müxtəlif mebel avadanlığı hazırlayırlar

BAKI, 30 iyul — Sputnik. Meşəgilası hündürlüyü 2 metrdən 10 metrədək olan kol və ya ağac bitkisidir. Onun yaşlı gövdə və budaqlarının qabığı qəhvəyi rəngdədir, üzərində qara-boz rəngdə mərcilər yerləşir. Mayda çiçək açır, avqust-sentyabr aylarında meyvələri yetişir.

Meşə gilasının oduncağı çox qiymətlidir və yaxşı hamarlandığına görə xarratlar ondan müxtəlif mebel avadanlığı hazırlayırlar. Ağacın qabığından isə yaşıl boyanın hazırlanmasında istifadə olunur.

AZƏRTAC xəbər verir ki, vaxtilə Şah Süleyman Səfəvinin saray həkimi olmuş Məhəmməd Mömin yazırdı: “Gilas orqanizmdə tez həzm olur, qəbizlik zamanı faydalıdır. O, həmçinin öskürəyə kömək edir. Gilas adamı tez doyurur və iştahanı qaçırır. Ona görə də arıqlamaq istəyənlərə nahardan əvvəl gilas yemək məsləhət görülür. Şəkər xəstəliyinə düçar olanlar üçün gilas üzümdən daha çox faydalıdır. Həmin meyvələri tox vəziyyətdə yemək olmaz. Gilasın saplağını dəmləyərək sidikqovucu vasitə kimi içirlər. Meyvənin tumlarını üyüdərək dərini yumşaldan və üzün rəngini yaxşılaşdıran maska hazırlanır”.

Xalq təbabətində meşəgilasının meyvə, çiçək və yarpaqları, cavan gövdə və budaqlarının qabığından istifadə olunur. Meyvələrindən hazırlanan mors və ya kiselin qəbul edilməsi ishal və mədə-bağırsaq traktının pozğunluqlarında təyin edilir. Meyvə və çiçəklərinin dəmləməsi gözün selikli qişasının iltihabi xəstəliklərinin müalicəsində islatma dərmanı kimi tətbiq edilir. Cavan gövdə və budaqlarının qabığının bişirməsi tərqovucu vasitə kimi, dəmləməsi isə revmatizm əleyhinə faydalı təsir göstərir.

Tərdən baş verən bişməcə, ekzema və ayaqlarda rast gəlinən göbələk xəstəliklərində meşəgilasının yarpaqlarından bişirmə hazırlayıb qəbul edilir.

1074
Rusiya Prezidenti Vladimir Putin

Putin koronavirus peyvəndlərinin effektivliyindən danışdı: "Sovet məktəbi sağdır"

21
(Yenilənib 22:53 29.10.2020)
Putin vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar.

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın koronavirus əleyhinə olan hər iki vaksini təhlükəsiz və effektivdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiya vaksinlərinin sınaqları davam edir, ümid edirəm ki, bu ilin sonunda kütləvi vaksinləşməyə başlaya bilərik", - deyə Prezident qeyd edib.

O vurğulayıb ki, ilk növbədə Rusiya vətəndaşları koronavirus əleyhinə vaksinlər ilə təmin olunacaqlar. Lakin Rusiya vaksinlər üzrə intellektual mülkiyyətin satışını həyata keçirməyə və ya xarici tərəfdaşların meydançalarında onların istehsalını təmin etməyə hazırdır.

Putin eyni zamanda qeyd edib ki, Rusiyada koronavirus əleyhinə vaksinin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbi sağdır.

21
 Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Yeni antirekord: Azərbaycanda bir sutkada COVID-ə yoluxanların sayı mini ötdü

105
(Yenilənib 15:42 29.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

105
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0