Aptek

Əsəbilik, qan azlığı, zəiflik bu vitaminin çatışmazlığından xəbər verir

1986
Orqanizmdə bu vitaminin çatışmazlığı xüsusi laborator analizi vasitəsilə təyin olunur.

BAKI, 26 iyul — Sputnik. Vitaminlər orqanizmdə mikrodozalarda mövcud olduğuna baxmayaraq orqanizmdə gedən bütün vacib proseslərdə əsas rollardan birini oynayır.

Bu səbəbdən bu və ya digər vitaminin çatışmazlığı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, B12 də məhz belə vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərə təsir edir.

B12 qanyaratma proseslərində əsas rollardan birini oynayır. B12 çatışmazlığı zamanı onurğa beyini hüceyrələrinin bölünmə prosesləri pozulur ki, bu da eritrositlər və digər qan hüceyrələrinin yetişməsini azaldır. Bu səbəbdən B12 vitamininin çatışmazlığı qanazlığına səbəb olur. 

B12 vitamini ürək-damar sistemimizi qoruyur, infarkt və insultun inkişafının riskini azaldır

B12 həmçinin qaraciyərin hüceyrələrini bərpa edir, qaraciyərin piylənməsinin qarşısını alır.

B12 vitamini sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir — insanın streslərə olan davamlığını artırır, sakitləşdirir, depressiyanın inkişafının qarşısını alır. Bu səbəbdən B12 vitaminin çatışmazlığı bir çox nevroloji simptomların inkişafına səbəb olur — əsəbilik, əhvalın tez-tez dəyişilməsi, depressiya, yaddaşın zəifləməsi, baş gicəllənməsi və s. Bəzən B12 vitamininin çatışmazlığının simptomları hətta ən ağır nevroloji xəstəliklərdən biri olan dağılmış sklerozun simptomlarına bənzəyir.

B12 osteoporoz (sümük kütləsinin əriməsi) kimi təhlükəli xəstəliyin inkişafının qarşısını alır.

B12 vitaminin çatışmazlığının digər simptomları arasında: dilin iltihabı qlossit (dil qıpqırmızı olur), dəridə arabir sancma, keyimə, qaşınma.

B12 vitamini ət, balıq, yumurta və süd məhsulları ilə orqanizmə daxil olur. Bu səbəbdən pis qidalanan, daim balanslaşdırılmamış pəhrizlərdə oturan insanlarda, vegetarianlarda bu vitaminin çatışmazlığı müşahidə oluna bilər. 

Həzm sistemi xəstəlikləri, bəzi dərmanların qəbulu (antibiotiklər, immunomodulyatorlar, C vitamini preparatları və s.) B12 vitamininin orqanizm tərəfindən mənimsənilməsini pisləşdirir.

Həmçinin bu vacib vitaminin çatışmazlığı yaşlı insanlarda da müşahidə oluna bilər.

Orqanizmdə bu vitaminin çatışmazlığı xüsusi laborator analizi vasitəsilə təyin olunur. Daha sonra həkim lazım olan müalicə kursu təyin edir.

1986
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0