Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sonsuzluqdan əziyyət çəkən ailələrin nəzərinə

Abunə olmaq
Dünyadakı cütlüklər arasında yaranan problemlərin mütləq əksəiyyəti qeyri-sağlam cinsi münasibətlərdən əmələ gəlir

BAKI, 16 iyul — Sputnik. Siqaretin sonsuzluğa səbəb olduğu artıq elm adamları tərəfindən sübuta yetirilib. Müəyyən edilib ki, siqaretin tüstüsü və yaydığı kanserogen maddələr 300-dən çox politsiklik hidrokarbonla sonsuzluğa səbəb olur. Androloq Ağa Ağazadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, siqaretin tüstüsünün tərkibində olan kadmium, arsen, butan, amonyak, karbon monooksid, formaldehid və başqa bir maddələr sonsuzluğa səbəb olan maddələrdir. Asılılıq yaratmaqdan əlavə, metabolizm vasitəsilə vazokonstruksiyaya səbəb olan nikotin, cinsi orqanlara aid toxumalarda toplanmaq xüsusiyyətinə malikdir. Siqaret sərbəst oksigen radikalları olan zərərli maddələri və spermada leykositləri artıraraq sonsuzluğa səbəb olur.

"Çəkilən siqaretin miqdarı və çəkilmə vaxtı ilə ortaya çıxan mənfi təsirlər arasında korellyasiya vardır. Sonsuzluğu olan siqaret çəkən şəxslərdə insulinə bənzər böyümə faktoru (IGF-1) getdikcə spermanın tərkibində azalaraq sperma hüceyrələrinin hərəkətliyini aşağı salır" – deyə androloq bildirib. 

Məişət tullantılarının yandırılması, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu ətrafda yaşayan insanlar sonsuzluqdan əziyyət çəkirlər

Onun sözlərinə görə, ümumiyyətlə siqaretin tərkibində olan maddələr sperma parametrlərində ciddi dəyişikliklərə səbəb olur. Belə ki, sperma həcmində, konsentrasiyasında, sperma hüceyrələrinin sayı və hərəkətliliyində ciddi şəkildə azalma baş verir.

Həkim bildirir ki, sonsuzluqla müraciət edən passientlərdə siqaret faktoru varsa, siqaretin tərgidilməsi yönündə təlqinlər, pasientlərin bu yöndə cəsarətləndirilməsi müalicənin ilk və önəmli addımlarındandır.

Yəqin ki, bu yazını oxuyarkən oxucuda belə bir sual yaranacaq ki, əgər belədirsə, onda dünyada n sayda siqaret çəkən adamlar niyə sonsuz olmayıblar?!

Məsələ bundadır ki, sonsuz olmaq təkcə ümumiyyətlə uşağı olmamaq demək deyil.

Reproduktiv funksiyanın istəkdən asılı olmayaraq azalması sonsuzluq adlanır. Başqa sözlə, bir il müddətində qorunmasız və mütəmadi cinsi əlaqənin olmasına baxmayaraq hamiləliyin baş verməməsinə sonsuzluq deyilir. Adətən sterillik termini də sonsuzluq mənasını ifadə edir. Lakin sterillik reproduktiv qabiliyyətin tamamilə itirilməsini ifadə edən termin olub, sonsuzluq qrupunun kiçik hissəsini əhatə edir. Orta hesabla evli cütlüklərin 15 %-i sonsuzdur. Qadınların təxminən 1/5 hissəsi sonsuzluq səbəbi ilə həkimə müraciət edir. 

Dilgüşə Məmmədova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda narkoman ata-ana övladlarını küçədə diləndirir

Normal hamiləliyin inkişafı üçün aşağıda sadalanan əsas şərtlər bir yerdə və əskiksiz olmalıdır:

— Kifayət qədər mayalanma qabiliyyətinə malik spermatozoidlər uşaqlıq yoluna buraxılmalıdır. Bunun üçün normal quruluşlu spermatozoidlər, cinsi əlaqə və eyakulyasiya lazımdır.

— Uşaqlıq yoluna buraxılan sperma uşaqlıq boynundakı selikli qişaya yapışmalı və uşaqlıq boynu kanalına düşməlidir.

— Yumurta və spermatozoidin birləşməsinə mexaniki maneə olmamalı, yəni uşaqlıq boruları açıq olmalıdır.

— Mayalanma xüsusiyyətinə malik yumurta hüceyrə olmalıdır. Bunun üçün normal quruluşlu follikula malik yumurtalıqlar və follikulun yaranması üçün normal orqanizm zəruridir.

— Spermatozoid yumurta hüceyrəni mayalandıra bilməlidir. Burada xüsusilə immunoloji mexanizmlərin rol oynadığı düşünülür.

— Mayalanmış yumurta hüceyrə uşaqlığa yapışmalıdır. Burada yenə sağlam uşaqlıq daxili selikli qişa, hormonal və immun tarazlıq olmalıdır. 

Суд - Sputnik Azərbaycan
HADİSƏ
Övladını çəkiclə qətlə yetirən şəxsə hökm oxunub

— Embrionun hamiləlik boyunca inkişafını davam etdirməsi üçün uyğun uşaqlıq daxili selikli qişa və uşaqlıq boşluğu lazımdır.

Odur ki, siqaret-filan bəhanədir, bunun sonsuzluğa dəxli yoxdur, deyib keçməyin. Nəzərə alın ki, söhbət təkcə uşağın olub-olmamasından getmir, həm də sağlam cinsi münasibətlərdən gedir. Psixoloqlar bildirirlər ki, dünyadakı cütlüklər arasında yaranan problemlərin mütləq əksəiyyəti qeyri-sağlam cinsi münasibətlərdən əmələ gəlir. Cinsi münasibətlər sağlam olanda, cütlüklər özlərini daha əmin və xoşbəxt hiss edirlər!

Xəbər lenti
0