Dərmanlar

Bu dərmanı qəbul etmək təhlükəlidir

2064
(Yenilənib 23:20 11.07.2017)
Mütəxəssislər belə dərmanları yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi məsləhət görür

BAKI, 11 iyul — Sputnik. Mədədə qıcqırma, turşuluğun artması zamanı biz əksər hallarda həkimlə məsləhətləşmədən qıcqırma əleyhinə preparatları qəbul edirik.

Bir çox ailələrdə belə dərmanlar dərman qutusunda daim saxlanılır və yerli-yersiz istifadə olunur. Lakin son elmi araşdırmalar göstərir ki, "ziyansız" zənn etdiyimiz bu dərmanlar heç də belə deyillər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, tibbdə bu dərmanlar "proton pompası inhibitorları" (PPİ) adlandırılır. Bu dərman qrupuna çox populyar omeprazol, ezomeprazol, lansoprazol və s. aiddir. Bu preparatlar bir çox həzm sistemi xəstəliklərinin müalicəsində (qastrit, xora xəstəliyi, duodenit, reflüks ezofagit və s.) istifadə olunur. 

Xarici mətbuatın məlumatına görə, Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, PPİ qrupuna aid olan dərmanların çoxlu sayda ciddi yanaşı təsirləri var: ürək və böyrək xəstəlikləri, sınıqlar və pnevmoniyanın riskinin artması və s.

Ən təhlükəlisi isə odur ki, uzun müddət ərzində qəbul olunduqda bu preparatlar vaxtından tez ölümün riskini 25% artırır.

Yalnız ABŞ-da bu dərmanı 50 mln.-dan çox insan qəbul edir və alimlərin fikrinə görə, bir çox insanlar bu preparatlardan sui-istifadə edir ki, bu da onlarda ölüm riskini artırır.

Mütəxəssislər belə dərmanları yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi və qıcqırma ilə mümkün qədər digər üsullarla (qidalanmada dəyişikliklər etməklə, siqaret çəkməkdən imtina etməklə və s.) mübarizə etməyi tövsiyə edirlər.

2064
DİN əməkdaşları, arxiv şəkli

Saatlı polisi koronavirus xəstəsini küçədə tapdı

11
T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

BAKI, 4 dekabr — Sputnik. Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxan şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bir nəfər rayon sakini, T.Hüseynovun karantin qaydalarına zidd davranaraq evini tərk etdiyi və qonşuluqda yaşayan sakinlərin evinin həyətinə daxil olaraq xəstəliyin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətlərinin qarşısı alınıb və müalicəsini davam etdirmək üçün yenidən yaşadığı ünvana gətirilib.

Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

11
Mağazada qadın, arxiv şəkli

Siyəzəndə mağazada satıcı işləyən COVID-19 xəstəsi müəyyən edilib

7
(Yenilənib 18:26 04.12.2020)
Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib

BAKI, 4 dekabr — Sputnik. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən R.Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən RPŞ-də araşdırmalar aparılır.

7
Teqlər:
Daxili İşlər Nazirliyi, Koronavirus, Siyəzən
Şam

Rusiyanın məşhur aktrisası vəfat edib

0
(Yenilənib 20:43 04.12.2020)
Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi

BAKI, 4 dekabr — Sputnik. Rusiyalı aktrisa Nina Akimova vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.

Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, "Duel", "Qar fırtınası" və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.

0
Teqlər:
Rusiya, aktrisa