Tibb bacısı

Səhiyyə Nazirliyi: "Onlar dövlət xəstəxanalarında işləyə bilməzlər"

711
(Yenilənib 20:11 10.07.2017)
Nazirlik: "Bu məsələ gündəmə gələrsə, o klinikanın sertifikatı əlindən alınacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Son zamanlar Bakıda və regionlarda müxtəlif şirkətlər və fərdi sahibkarlar tərəfindən xeyli tibb kursu açılıb. Bu kurslara istənilən şəxs yazıla bilər. Bir neçə ay davam edən dərslərdən sonra kursda iştirak edənlərə sertifikatlar təqdim olunur.

"Diplomunu" əlinə almış kurs iştirakçıları isə bir neçə aylıq "təhsilə" arxalanaraq tibb bacısı kimi fəaliyyət göstərməyə başlayırlar. Ən azı, ailə üzvlərinə, qonşulara, hətta qohumlarına tibbi yardım göstərirlər. Belə sertifikatlarla işləyənlərin sayı az deyil.

Bəs sertifikatla tibb bacısı kimi işləmək nə dərəcədə doğrudur? Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sertifikatla işə düzəlmək mümkün deyil. Onun sözlərinə görə, səhiyyə sistemində işə qəbul mərkəzləşmiş vəziyyətdədir.

"Dövlət xəstəxanalarında işə düzəlmək üçün öncə həmin insanın Azərbaycanda və ya xaricdə təhsil alaraq əldə etdiyi diplom Təhsil Nazirliyi tərəfindən təsdiqlənir. Daha sonra Səhiyyə Nazirliyi o diplomu təsdiq edir. Bundan sonra həmin şəxslər xüsusi sertifikatlaşdırmadan keçirlər. Daha sonra işə qəbul üçün xüsusi imtahan verməlidirlər. Eyni zamanda, onlar bizim Təkmilləşdirmə İnstitutunun kurslarını bitirməlidir. Qanuna görə, heç kim adi kurs bitirərək dövlət xəstəxanalarında işləyə bilməz. Amma kimsə qonşularına tibb bacısı adı ilə yardım göstərirsə buna biz artıq müdaxilə edə bilmərik" — L. Bayramova bildirib.

O ki qaldı özəl klinikalara, mətbuat xidmətinin rəhbəri, bu sahənin nazirliyin səlahiyyətində olmadığını deyib: "Onlara işə qəbula biz baxmırıq. Özəl olduqları üçün oranın rəhbərliyi işə qəbul qaydalarını müəyyən edir. Amma deyim ki, indiyə kimi özəl klinikalardan bu barədə bizə şikayət gəlməyib. Amma adi kurs sertifikatı ilə özəl klinika rəhbərliyi kimisə işə götürərsə, bu, onun riskidir. Çünki müdiriyyət yaxşı bilir ki, bu məsələ gündəmə gələrsə, o klinikanın sertifikatı əlindən alınacaq".

Bayramova qeyd edib ki, bu günə kimi belə bir problemlə qarşılaşılmayıb: "Əminliklə deyə bilərəm ki, dövlət xəstəxanalarında, məsləhətxanalarında və poliklinikalarında dövlət təhsili olmayan şəxslər işləyə bilməzlər".

İynə
© Photo : Karikatura
İynə

Həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a bildirib ki, bu, qanunda olan boşluqlardan sui-istifadə hallarıdır: "Bəzən bir çox firmalar və şirkətlər tibb kursları təşkil edir və sonda iştirakçılara sertifikat verir. Bu kursları bitirən insanlar xəstələrə ilkin yardım göstərə bilərlər. Amma tibb bacısı diplomu olmadan bu vəzifəni yerinə yetirmək olmaz".

"Çünki tibb bacısı üçün nəzərdə tutulan proqram var ki, onu tələbə mükəmməl qavramalıdır. Bunun üçün isə tibb bacısı ixtisasına mükəmməl yiyələnmək lazımdır" — A. Qeybulla vurğulayıb.

711
Teqlər:
tibb kursları, poliklinika, sertifikat, klinika, Sputnik Azərbaycan, tibb bacısı, Liya Bayramova, Adil Qeybulla, həkim, Səhiyyə Nazirliyi, xəstəxana
Əlaqədar
Səhiyyə Nazirliyi cərrahiyyə əməliyyatı zamanı videoçəkilişlərə münasibət bildirdi
Azərbaycan səhiyyəsi Qarabağ əlillərinə necə xidmət göstərir?
Səhiyyə naziri vəfat etdi
Tibb bacısı azı 60 uşağın qətlində şübhəli bilinir
"Tibbi xidmətlərdə bahalaşma davam edəcək"
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

25
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

25
Mövzu:
Dünyanı cənginə almış bəla
Ciyerlərin rentqeni, arxiv şəkli

Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?

835
(Yenilənib 14:29 11.07.2020)
"Koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır. Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son günlər koronavirusa yoluxma şübhəsi ilə kompüter tomoqrafiyasına (KT) üz tutanların sayı kəsin artıb. Məlumatlara görə, test zamanı koronavirusa yoluxduğu aşkarlanmayanların KT zamanı bu virusa yoluxduğu müəyyən edilir. Əsas əlamət isə ağciyərdə “buzlu şüşə” effektinin yaranmasıdır.

Amma bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa Diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın "buzlu şüşə”nin mahiyyətini açıqlaması müəyyən suallara yol açıb. Radioloq deyib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” effekti əsasən koronavirusun fəsadıdır: "Belə halda ağciyərdə qan dövranında durğunluq əmələ gəlir. Bu da infeksiyanın öz təsirini göstərməsi ilə bağlıdır. Çünki koronavirus nəticəsində qanda durğunluq yaranır".

E.Məmmədbəyovun sözlərinə görə, ağciyərdə “buzlu şüşə” düzgün müalicə apardıqda tez aradan qalxır: "Əsas odur ki, vaxtında müraciət edib, vaxtında aşkarlamaq lazımdır. Əgər çox gec müraciət edilsə ağciyər üçün böyük fəsad verə bilər".

Baş fitiziatr bildirir ki, KT-ni kor-koranə etdirmək olmaz: "Xəstə KT-ni həkim göndərişi əsasında etdirməlidir. İlk növbədə həkim ağciyərlərə qulaq asmalı, xəstəni müayinə etməlidir. Xəstədən məlumat toplayıb qərar çıxartmalıdır ki, KT lazımdır, yoxsa yox. Bundan sonra ehtiyac olarsa xəstəyə KT etdirmək tövsiyə olunur".

E. Məmmədbəyov bildirir ki, rentgen ağciyərdə “buzlu şüşə” effekti ilə bağlı düzgün cavab verməyə bilər.

Elmi-Tədqiqat Ağciyər İnstitutunun İkinci Pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva isə əks fikir söyləyir. S. Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” digər pnevmoniyalarda da qeydə alına bilər. Amma S. Mustafayeva ağciyərdə “buzlu şüşə” effektinin koronaviruslu xəstələrdə fərqləndiyini söyləyir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır: "Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox. Bu həkimin KT müayinəsi ilə aşkarlanır. Həmin kompüter tomoqrafiyaya baxan həkim bunu asanlıqla müəyyən edir".

835
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0