Xəzər dənizi

Xəzər dənizi ilə bağlı həyəcan siqnalı: "Artıq etiraf etməliyik..."

3208
"Bu problem xeyli sayda insanın məhv olmasına səbəb ola bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. İyun ayı başa çatır, amma hələ də bütün ölkə ərazisində yay havasına keçildiyini söyləyə bilmərik. Qış ərzində də kifayət qədər donan insanlar, dənizə gedib istirahət etmək üçün havaların daha çox qızmasını gözləyirlər. Amma dəniz sahillərinin natəmiz, sahil sularının isə çirkli olması bu ərazilərdə insan orqanizmi üçün zərərli bakteriyaların və bir çox xəstəliklərin mənbəyi olması riskini artırır.

Tibb elmləri doktoru Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin göl olaraq, okeana çıxışı olmasa da, ərazisi böyük olduğu üçün burada qabarma və çəkilmə prosesləri gedir: "Dəniz suyu da daima özünü təmizləməyə meyllidir. Dəniz suyu xeyli duzlu olduğundan özü bir bakteritit təsir göstərir və mikrobların burada çoxalmasına imkan vermir".

Bununla yanaşı, mütəxəssisin sözlərinə görə, müvafiq qurumlar çimərlikləri mütəmadi yoxlamalıdırlar ki, bəzi bakteriyaların olub-olmadığı bəlli olsun: "Dəniz suyunda bağırsaq çöplərinin miqdarını aidiyyəti qurumlar təyin edir. Bu yoxlamadan sonra bilmək olur ki, burada insanlar çimə bilər, ya yox. Eyni zamanda, suyun çirkləndirilməsinin qarşısı alınmalıdır və müvafiq qurumlar buna nəzarət etməlidir".

"O ki qaldı Xəzər dənizinin Azərbaycana aid olan hissəsinə, bura daima nəzarətdə olmalıdır. Amma buranın xəstəlik mənbəyi olması barədə deyilənlər doğru deyil. Əksinə, şirin su hövzələrinə diqqət daha çox olmalıdır. Çünki şirin su hövzələrinə bir mikrobun düşməsi xeyli sayda insanın məhv olmasına və ya xəstəliyə yoluxmasına səbəb ola bilər" – deyə professor əlavə edib.

Tibbi ekspert Rasif Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında iddia edib ki, bu gün Xəzər dənizinin suyu çox çirklidir və çimməyə yararsızdır: "Bu, fakt etiraf edilməlidir. Ən azından kanalizasiya xətlərinin Xəzərə axıdılması və dənizin sahil qumunun suya yaxın hissəsinin çirkli olması dənizin suyunu daha da çirkləndirir".

"Sahil suları da mikroorqanizmlərin yaranmasına səbəb olur. Bura mədə-bağırsaq və dəri xəstəlikləri kimi xəstəliklərin mənbəyidir. Bəzən insanların immunitetinin möhkəm olması, onları infeksiyaya yoluxmaqdan qoruyur. Amma dəniz suyunda belə infeksion xəstəlikləri kifayət qədərdir" — R. Bağırov vurğulayıb.

3208
Teqlər:
çimmək, yay havası, bakteriya, Xəzər dənizi, Sputnik Azərbaycan, Rasif Bağırov, su, Adil Qeybulla
Əlaqədar
Xəzərin sahilində yeni çimərliklər salınacaq
Sumqayıtın kanalizasiya suları Xəzərə axıdıldı
Kürün Xəzərə qovuşduğu hissədə adam batdı
Xəzərdə tapılan neftçini qardaşı tanıdı
Xəzərdə qalan canlar
ABŞ-da epdimioloji vəziyyət

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb

10
Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib.

BAKI, 9 avqust - Sputnik. ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

10
Xəstəxanada qadın və uşaq, arxiv şəkli

Xərçəngin yaranmasında yaş həyat tərzinin rolu varmış

11
(Yenilənib 21:01 09.08.2020)
Həkimin sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

BAKI, 9 avqust — Sputnik. Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəng xəstəliyinin inkişafına təsir edən faktorlar barədə danışıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssin fikrincə, xərçəngin inkişafında genetikanın cəmi 15 faiz rolu var.

Xəstəliyin yaranmasına isə yaş və həyat tərzi ilə bağlı mutasiyalar səbəb olur.

Kaprinin sözlərinə görə, siqaret çəkmə bir neçə xərçəng növünün meydana gəlmə riskini 30 dəfə, alkoqollu içkilərə aludəçilik isə daha çox artırır.

"Müayinə zamanı baxırsan ki, ailə genetik baxımdan sağlamdır. Ancaq sonra ağciyər xərçəngi, sidik kisəsi xərçəngi meydana gəlir. Məlum olur ki, burada zərərli vərdişlər var", - deyə həkim bildirib.

Onun sözlərinə görə, insan zərərli vərdişlərdən uzaqlaşandan ancaq 10 il sonra orqanizm özünə gələ bilir.

Xərçəngin meydana gəlməsində yaşın roluna gəldikdə isə həkim qeyd edib ki, 65 yaşından sonra hər 5 ildə immuniteti gücləndirən hüceyrələrin mutasiyası 10 faiz artır.

Daha əvvəl isə transyağların yumurtalıq xərçəngi riskini 34 faiz artırdığı açıqlanmışdı.

11
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0