Şaftalı

Hər gün bu meyvəni yemək üçün yeddi səbəb var

1077
(Yenilənib 15:04 24.06.2017)
Şaftalı sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, stressi azaldır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır

BAKI, 24 iyun — Sputnik. Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir.

Sputnik Azərbaycan-ın saglamolun.az-a istinadən verdiyi məlumata görə, zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir.

1. Kaliumla zəngin olan şaftalı ürək üçün çox faydalıdır — ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndən artıq mayeni çıxardaraq ürəyə düşən gərginliyi azaldır, "pis" xolesterolun səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

2. Şaftalı sinir sistemi üçün də çox faydalıdır — sakitləşdirir, stressi azaldır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır.

3. Həzm olunmayan qidalı liflərlə zəngin olan şaftalı bağırsaqların fəaliyyətini stimullaşdırır, yüngül işlədici təsir edir.

4. Şaftalı dəri üçün ən faydalı meyvələrdən biridir.

5. Sinklə zəngin olan şaftalı kişi sağlamlığı üçün də çox faydalı sayılır.

6. Şaftalının tərkibində olan karotin (orqanizmdə A vitamininə çevrilir) görməni yaxşılaşdırır, qocalmanı ləngidir.

7. Şaftalı oynaq və sümüklərin sağlamlığını qoruyur, artrit, podaqra, osteoxondroz, revmatizm zamanı faydalıdır.

1077
Teqlər:
bağırsaqlar, karotin, sinir sistemi, şaftalı, kalium, meyvə, Sağlamlıq
Əlaqədar
Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər
Güclü küləyin insan sağlamlığına mənfi təsirləri
Bu məhsullar körpələrin sağlamlığına zərbə vurur
Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

60
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

60
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

21
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

21
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC