Epidemiyaya qarşı mübarizə

Öldürücü epidemiya sürətlə yayılır

1423
Artıq bu bəladan ölənlərin sayı 1028 nəfərə çatıb

BAKI, 17 iyun — Sputnik. Yəməndə "Xolera" epidemiyasından ölənlərin sayı 1028 nəfərə çatıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 27 apreldən bu günə qədər Yəmənin 20 vilayətində yayılan epidemiya səbəbilə ilə ölənlərin sayı hər gün artır.

ÜST-nin məlumatına görə, ölkədə 140 min nəfərin "Xolera" epidemiyasına yoluxduğu ehtimal edilir. Epdemiyanın daha çox paytaxt Sana, Hudey və Haccə vilayətlərində yayıldığı bildirilir.

Xatırladaq ki, ötən gün ÜST Yəmən ofisinin açıqlamasına görə, ölənlərin sayı 974 nəfər idi. Bu gün isə bu rəqəm 1028 olub. Yəməndə iki ildən artıq davam edən qarşudurmalar nəticəsində ev-eşiyindən didərgin düşmüş 3 milyon insan, təmiz suyun tapılmaması və zibillərin daşınmaması nəticəsində hər gün "Xoleraya" yaxalanma riski ilə qarşı qarşıyadır.

1423
Teqlər:
ÜST, ölən, "Xolera" epidemiyası, Yəmən
Əlaqədar
Milyonlarla insanı öldürən epidemiya dünyanı təhdid edir
Alimlərdən həyəcan siqnalı: Dünyanı dəhşətli epidemiya təhdid edir
"Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanuna dəyişikliklər edildi
"Azərbaycanda epidemioloji vəziyyət tamamilə nəzarət altındadır"
Ölkədəki cari epidemioloji situasiya haqqında
Səhiyyə Nazirliyi: ölkədə epidemioloji sabitlik qorunur
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

16
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

16
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0