Xərçəng hüceyrələri

Xərçəngin müalicəsi tapıldı, bir şərtlə...

4626
(Yenilənib 13:29 14.06.2017)
Bu qaydaya əməl olunmayacağı təqdirdə, yeni terapiyanın heç bir faydası olmayacaq

BAKI, 14 iyun — Sputnik. "Onkoloji xəstəliklərdən dünyasını dəyişənlərin 30 faizi siqaret çəkənlərdir". APA-nın xəbərinə görə, bunu ABŞ-ın Şimali Karolina Universitetinin professoru, 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı Aziz Sancar "Universitetlərdə elmi fəaliyyətini müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransda bildirib.

Nobel mükafatçısı insanlara siqareti tərgitməyi məsləhət görüb. O, özünün elmi kəşfi ilə xərçəng xəstəliyinin müalicə edilə biləcəyini ifadə edib: "Biz özümüz tütün əleyhinə geniş kompaniya aparırıq. Zədələnmiş hüceyrələr bərpa oluna bilər. Lakin siqaret çəkiləcəyi təqdirdə bizim hazırladığımı terapiyanın heç bir faydası olmayacaq".

4626
Teqlər:
Nobel mükafatçısı, Aziz Sancar, onkoloji xəstəlik, xərçəng, siqaret
Əlaqədar
Xərçəngdən əziyyət çəkənlərə xoş xəbər
Amerikalı alim beyin xərçəngi ilə bağlı xəbərdarlıq etdi
Xərçəng xəstəliyinin dərmanı 20 min dollara satılır
Şok iddia: Azərbaycan mağazaları xərçəng xəstəliyi yayır
Bu vasitə həm də xərçəngdən qoruyur
Xərçəngə qarşı savaşacaq "əsgərlər" hazırlanır
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda koronavirus: rəqəmlər azalır

9
(Yenilənib 17:05 20.01.2021)
İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, ötən müddət ərzində isə ümumilikdə 2 336 498 test aparılıb.

9
Teqlər:
statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

8
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni