Laboratoriya

Müayinə başa çatdı: təhlükə xəbərdarlığı

148
(Yenilənib 22:26 12.06.2017)
Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib

BAKI, 12 iyun — Sputnik. Bakı şəhərində və Xaçmaz rayonunda aşkar edilən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ətlərin müayinəsi başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəlinin bildirdiyinə görə, öncədən də xəbər verildiyi kimi iyunun 9-da Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Merscedes-Benz" markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin antisanitar vəziyyətdə, daşıma üçün heç bir şəraiti olmayan yük yerində İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at əti aşkar edilib. 

Binəqədi Rayon Polis İdarəsinin müraciətinə əsasən, Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən "Merscedes-Benz" markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilin yük yerində antisanitar şəraitdə yığılıb, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 2 baş atın sümüksüz ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Həmin salmonella abortus equi ilə çirklənmış ətlər, hətta, emal edildikdən sonra insan sağlamlığına, səhhətinə zərər yetirir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib.

Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrinə müvafiq tədbirlər görüləcək.

İyunun 9-da qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus "PEKAP" markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

Avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (Bağırsaq Çöpləri Qrupu Bakteriyalar) aşkar edilib. Biokimyəvi müayinənın nəticəsinə əsasən həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən edilib. Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənib.

Laboratoriya müayinələrinin nəticələrinə əsasən Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus "PEKAP" markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobildə aşkar edilən ətlər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir.

148
Teqlər:
Bakı Şəhər Baytarlıq İdarəsi, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Binəqədi Rayon Polis İdarəsi, Daxili İşlər Nazirliyi, Yolçu Xanvəli, Xaçmaz rayonu
Əlaqədar
"Azərsu" Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinə aydınlıq gətirdi
Uşaqların kütləvi zəhərlənməsinin səbəbi rəsmən açıqlandı
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0