Arı

Onların aqressiv dövrü başladı: ehtiyatlı olun

997
(Yenilənib 17:47 06.06.2017)
Əgər təhlükə yaranarsa, asanlıqla qarşılarındakını sancıb həyatlarından keçirlər

BAKI, 6 iyun — Sputnik. Ötən həftə Oğuz rayon sakini, 67 yaşlı Şamil Əmrahov arı sancmasından dünyasını dəyişib. Mərkəzi Bazarda qeydə alınan hadisə zamanı Şamil Əmrahov arıları toplandıqları yerdən qovmağa çalışıb. Bu zaman arıların hücumuna məruz qalan rayon sakini, bir müddət sonra yol kənarında yıxılmış vəziyyətdə tapılıb.

Reanimasiya şöbəsində həkimlər, arxiv şəkli
© Sputnik / Vladimir Smirnov

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan Şamil Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.

Oğuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Şamil Əmrahov xəstəxanaya gətirilərkən, artıq onda heç bir həyat əlaməti və reaksiya olmayıb. Həkimlər təcili müdaxilə etsələr də, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayıb.

Arıçılıq təsərrüfatı üzrə mütəxəssis Elvin Bayramlının Sputnik Azərbaycan-a açıqlamasına görə, arılar başqa canlıları ancaq özünümüdafiə üçün sancır: "Əgər sancmasaydılar, çox müdafiəsiz vəziyyətdə qalardılar. İşçi arı sancdıqdan sonra ölür. Bununla belə, əgər təhlükə yaranarsa, yaxud arılar təhlükə olduğuna qərar verərsə, asanlıqla sancıb həyatlarından keçirlər".

"Bal arısı ailəsində ana arı, erkək arı, işçi arı olur. Bunlardan yalnız işçi arı sancır. Ailənin müdafiəsi də işçi arıların üzərindədir" — mütəxəssis bildirir.

Bayramlı deyir ki, cinsinə görə bəzi arılar daha mülayim, az sancan olur: "Elə cinslər də var ki, daha aqressiv olur. Ümumiyyətlə, arı yaxşı nektar toplaya bildikdə, daha az sancır. Toplaya bilmədikdə, hava yağışlı, soyuq olanda sancmalar artır".

Onun sözlərinə görə, arı sancmasından apiterapiyada (arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə — red.) geniş istifadə olunur: "Arı zəhəri bir çox xəstəliklərin sağalmasında güclü təsirə malikdir. Zəhər toplandıqda isə çox bahalı məhsuldur. Təbabətdə istifadə edilir".

"Bununla belə, bəzi insanlarda arı zəhərinə, arıçılıq məhsullarına qarşı həssaslıq olur. Bu, elə də böyük faiz deyil. Ancaq insanların diqqətli olması vacibdir. Əks halda həyatları üçün ciddi təhlükə yarana bilər" — ekspert əlavə edir.

Həkim-terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a deyir ki, bəzi həşəratların, o cümlədən arının sancması şok yarada bilər: "Belə hallar daha çox allergik insanlarda müşahidə edilir. Allergik insanlar həşəratların sancmasına qarşı da həssas olurlar. Eyni zamanda, adamı bir deyil, onlarla arı sancarsa da ölümə səbəb ola bilər".

"İnsan yaşlıdırsa, uşaqdırsa, müqaviməti zəifdirsə, bədən onlarla arının zəhərinə dözə bilmir. Və bu da ölümlə nəticələnir. Əgər sizi arı sancandan sonra özünüzü narahat hiss edirsinizsə, həkimə müraciət edin" — Abbasova vurğulayır.

Qeyd edək ki, soyuq, yağışlı, küləkli havalarda yuvalarından çıxmamağa üstünlük verən arılar, havalar isindikcə, şirə toplamağa başlayır. Yəni, arı sezonu başlayıb, diqqətli olun!

997
Teqlər:
Elvin Bayramlı, Şamil Əmrahov, arı sancması, Məlahət Abbasova, Oğuz rayonu, həkim-terapevt, arı, Sputnik Azərbaycan, zəhər, xəstə, hücum
Əlaqədar
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb
Arı zəhərinin sehri
Şamaxıda 14 yaşlı qızı həşərat sancdı və o, öldü
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

14
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

14
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

37
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

37

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə