Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Süni mayalanma klinikasında sperma qalmaqalı

© Sputnik / Aleksandr Polyakov / Mediabanka keçidЕмкость с донорской спермой
Емкость с донорской спермой - Sputnik Azərbaycan
Abunə olmaq
Süni mayalanma klinikasında donorlar yerinə öz spermalarını istifadə etməklə ittiham edilən və ən az 19 uşağın bioloji atası olduğu bildirilən həkimə DNA testi edilməsinə qərar verilib

BAKI, 4 iyun — Sputnik. Hollandiyada məhkəmə sahibi olduğu süni mayalanma klinikasında donorlar yerinə öz spermalarını istifadə etməklə ittiham edilən və ən az 19 uşağın bioloji atası olduğu bildirilən həkimə DNA testi edilməsinə qərar verib.

Sputnik Azərbaycan haber3-ə istinadla xəbər verir ki, məhkəmə bu qərarını uşaqların öz mənşələrini bilmə haqqını zəmanət altına alan Beynəlxalq İnsan Hüquqları haqqında Konvensiyanın 7. maddəsinə dayandırıb.

Keçən ay 89 yaşında ölən həkim Jan Karbaatın məhkəmə qərarı ilə əl qoyulan diş fırçası, üz qırxanı və corabları araşdırılacaq.

Jan Karbaat Rotterdam şəhərində 1980-ci ildə açdığı süni mayalanma klinikasının sahibi idi.

Niderland məhkəməsinə görə, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların gerçək ana və atalarının kim olduğunu bilmək istəməsi təməl bir haqqıdır.

DNT nəticələri məhkəmə icazəsi olmadan ictimaiyyətə açıqlanmayacaq.

Xəbər lenti
0