Yuxu

Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir

2493
(Yenilənib 17:42 02.06.2017)
Əgər gecələr dəhşətli yuxular görürsünüzsə, bu yazını mütləq oxuyun

BAKI, 2 iyun — Sputnik. Kanadalı tədqiqatçılar müəyyən ediblər ki, dəhşətli yuxular görmək baş beyində gedən degenerativ proseslərin xəbərçisidir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə eksperimentlərin nəticələrini Toronto Universitetinin əməkdaşı Con Piver, Monrealda keçirilən neyrobioloqların konfransında açıqlayıb.

Neyrofizioloqun fikrincə, tez yuxuya getmə mərhələsinin pozulması ağır və dəhşətli yuxuların görülməsi ilə nəticələnir. Beyin neyronlarında yuxunun pozulması ilə nəticələnən proseslər ona gətirib çıxarır ki, insan yuxuda təkcə tamamilə real təsvirləri görmür, həm də qışqırır, dalaşır, əzələ spazmı, qıcolma, hətta çarpayıdan yıxılma kimi hallar baş verir.

Kanadalı tədqiqatçı bununla bağlı siçanlar üzərində eksperiment aparıb. Universitetin saytında yayımlanan eksperimentdən də göründüyü kimi, beyin xəstəliklərinin inkişafına maksimal dərəcədə dəqiqliklə şərait yaradan xüsusi preparat yeridiləndən sonra, təcrübə gəmiricisində yuxunun pozulması və narahatlıqlar baş verir.

Hələlik gecələr baş verən dəhşətlərin beyin xəstəlikləri ilə bağlı olmasının dəqiq diaqnostikasını aparmaq mümkün deyil. Həm də hansı beyin xəstəliyinin yuxularda necə inikas doğurduğunu demək də çətindir. Bu, xüsusi geniş tədqiqatlar tələb edən məsələdir.

Lakin gələcək tədqiqatlarda kanadalı neyrofizioloqlar bu məsələyə başqa prizmalardan yanaşmağa çalışacaqlar və insanlarda beynin ağır degenerativ xəstəlikləri ilə bağlı xəbərdarlıqla çıxış edəcəklər. Buna qədər isə potensial xəstələri yuxu zamanı nəzarətə götürərək müşahidə edəcəklər.

2493
Teqlər:
qorxulu yuxu, Toronto Universiteti, tədqiqat, Kanada, yuxu, xəstəlik
Əlaqədar
Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun
Gözlərini sevgisinə qurban verən gənc: "Yuxuda görə bilirəm"
Direktorun təcavüz etdiyi qız: "Meyvə şirəsinə yuxu dərmanı qatıbmış..."
Pilotlar təyyarədə yuxuladılar
Koronavirus testləri, arxiv şəkli

Koronavirus cəbhəsində bu gün vəziyyət necədir? Bu günün statistikası

461
(Yenilənib 16:42 15.06.2021)
İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

461
Namiq Qaraçuxurlu, arxiv şəkli

Tanınmış meyxanaçı da bəladan qurtula bilmədi

788
Bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

BAKI, 14 iyun — Sputnik. Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında məlumat yayıb:

"Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm"

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub. Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Qeyd edək ki, Namiq Qaraçuxurlu Azərbaycanda meyxana sənətinə bir çox yeniliklər gətirib. Uzun illər meyxana sənəti ilə məşğul olan sənətçi "Rəvayət" adlı meyxansı ilə tamaşaçıların qəlbinə yol tapıb. Həmin meyxanadan sonra gündəmdən düşməyən meyxanaçı səhnəmizin bir çox müğənniləri ilə duet ortağı olub.

788
Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə

Ekspert Azərbaycan qaz ixracatındakı artımın səbəblərini açıqlayır

0
(Yenilənib 16:51 16.06.2021)
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyir ki, bütün bunlar hasilatın artımı ilə yanaşı ixracın artmasına da səbəb ola bilər
Emin Axundzadə: “Hasilatın ildən-ilə artdığını müşahidə edirik”

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib. Bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Sputnik Azərbaycan-a deyir ki, qaz ixracında artımın səbəbi 2020-ci ilin sonunda TAP boru kəmərinin istismara verilməsi və bu çərçivədə Azərbaycan qazının Avropa bazarına nəqlinə başlanmasıdır: “Digər tərəfdən Şahdəniz-2 layihəsi vasitəsilə 2018-ci ilin iyunundan kommersiya məqsədli təbii qazın nəqlinə başlandı. Hazırda bu layihə çərçivəsində hasilatın ildən-ilə artdığını müşahidə edirik. Digər tərəfdən 2020-ci ilin mayından Ümid yatağında iki quyunun qazılmasına başlandı. Bununla həmin yataqda hasilatın 50 faiz artacağı gözlənilir. Bütün bunlar hasilatın artması ilə yanaşı ixracın artması ilə də nəticələnə bilər”.

Emin Axundzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0