Göz

Dünyada 50 yaşından sonra hər 4-cü insanın fobiyası

1406
(Yenilənib 11:10 19.05.2017)
Tahir Cəfərli: "ABŞ-da hər hansı bir ailədə genetik göz problemləri varsa, uşaq dünyaya gələn kimi onun hüceyrələrindən buynuz qişası becərilir"

BAKI, 18 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 50 yaşından sonra hər 4-cü insan korluq fobiyası ilə yaşayır. Müasir dövrdə göz xəstəlikləri hər ailədə tez-tez rast gəlinən kəskin problemə çevrilib. Ancaq təəssüflər olsun ki, insanlar göz xəstəliklərinin müalicəsinə məsuliyyətsiz yanaşırlar. Belə ki, xəstələrin 40 faizi həkimlərin tövsiyəsinə əməl etmir.

Oftalmoloq-cərrah Tahir Cəfərli
© Sputnik / Irade JELIL
Oftalmoloq-cərrah Tahir Cəfərli

Sputnik Azərbaycan-ın əməkdaşı, oftalmoloq-cərrah, tibb elmləri doktoru Tahir Cəfərli ilə bu və digər mövzularda həmsöhbət olub. Müsahibəsini təqdim edirik:

- Doktor, Siz həm Rusiyada, həm də Azərbaycanda çalışmısınız. İki ölkə arasında tibbin bu sahəsində hansı fərqlər var?

— Rusiya da, Azərbaycan da keçmiş sovetlər dövründə bir ölkə olub, göz elminin inkişafı da o dövrdən gəlir. Ona görə də, bizim məktəbimizdə elə də böyük fərq yoxdur. Mən 30 il Moskvada yaşayıb, onun 20 ilini göz həkimi kimi işləmişəm. Deyə bilmərəm ki, Moskvada olan avadanlıq, ləvazimat Azərbaycandan yüksəkdir. Çünki mənim Azərbaycanda işlədiyim klinikalarda olan vasitələr, avadanlıqlar dünyada ən yüksək və müasir standartlara uyğundur. Amma təəssüf ki, təcrübəli mütəxəssislər azdır. Ona görə də, göz həkimlərinin çoxu cəmi bir əməliyyatın cərrahı olurlar. Məsələn, "mirvari suyu" əməliyyatı üzrə cərrah olub, özünü göz həkimi hesab edən həkimlər Moskvada da, Azərbaycanda da çoxdur. Dünyada oftalmologiya üzrə iki tanınmış elmi məktəb olub. XX əsrdə yaranan sovet məktəbi və XIX-XX əsrdə inkişaf etmiş ABŞ məktəbi. Bu iki məktəbin məzunları İsrailə də yönəlib. Azərbaycandan, Ukraynadan, Belarusdan, Rusiyadan gedən həkimlər İsraildə məktəb yaradıblar. Ona görə də, deyə bilərəm ki, Azərbaycanın gözəl elmi məktəbi və həmin məktəbin Zərifə Əliyeva, Namiq Əfəndiyev kimi nümayəndələri olub. Azərbaycanda göz elminə hər zaman ciddi yanaşıblar. Bizdə ötən əsrin 90-cı illərinin əvvəlində böyük təlatümlər yaşandı, həmin dövrdə müxtəlif tanınmış insanlar kimi göz həkimləri də Azərbaycanı tərk etdilər. İndi dünyanın hər yerində tanınmış azərbaycanlı göz həkimləri yaşayır və fəaliyyət göstərirlər.

- Azərbaycanda göz bankının yaradılması, buynuz qişasının köçürülməsi barədə müzakirələr gedir. Sizin buna münasibətiniz necədir?

— Mən buynuz qişası üzrə mütəxəssis olduğumdan, bu sahə mənim üçün çox önəmlidir. Buynuz qışası bankı yaradılması sovet vaxtında da çox vacib məsələ idi. 70-ci illərdə belə bir bankın yaradılmasına ehtiyac yarandı. Amma həmin bankın bəzi hüquqi problemləri vardı. Təəssüf ki, SSRİ-də etik və hüquqi məsələlər tam şəkildə inkişaf etməmişdi. İnsanın sağlamlığı hər şeydən önəmlidir. Mən bununla çox razıyam. Buynuz qışası bankı inkişaf etmiş ölkələrin çoxunda yaradılıb. Azərbaycanda da gec də olsa, yaranır. Bunun üçün qanunlar olmalıdır. Buynuz qişasını canlı insandan götürmək mümkün olmadığına, qohumlar, ata-ana verə bilmədiyinə görə, bunun becərilməsi lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində buynuz qişası becərilir. Azərbaycana hələ belə texnologiya gəlib çatmayıb. Amma ABŞ-da hər hansı bir ailədə genetik göz problemləri varsa, uşaq dünyaya gələn kimi onun hüceyrələrindən buynuz qişası becərilir. Yəni, arxayın olursunuz ki, nə olursa olsun, uşağın üçüncü buynuz qişası var. Buynuz qişası bankı çox vacib məsələdir. Zəif görmənin, korluğun bir neçə səbəbi var. Bunların arasında buynuz qişası korluğu böyük bir yer tutur. Buynuz qişası bankı həm buynuz qişasının dəyişməsinə, yəni keratoplastika əməliyyatına imkan verəcək, həm də artıq bizim xəstələrimiz müalicə üçün başqa ölkələrə getməyəcək. Buynuz qişasını dəyişmək bütün dünyada qəbul edilib. Hətta İslam dünyasında da. 1980-cı ildən İranda bu əməliyyatlar keçirilir. Bu da xarici ölkələrə maliyyə axını deməkdir. Onu da qeyd etməliyəm ki, buynuz qişasının dəyişməsi ən böyük maliyyə tələb edən əməliyyatlardan biridir. Mən ümid edirəm ki, tezliklə göz bankı yaradılacaq. Buynuz qişası korluğu gənc yaşlarından başladığı üçün bunun qarşısını tez almaq lazımdır. Biz əvvəllər buynuz qişası problemi olan uşaqların təkcə buynuz qişasını dəyişməklə görə biləcəyini düşünürdüksə, hazırda müasir şüa, implant texnologiyaları imkan yaradır ki, belə xəstələri müalicə edə bilək. Mən öz təcrübələrimə əsasən deyə bilərəm ki, bu günə qədər 30 mindən çox şüa (lazer) əməliyyatlarını və 2 mindən artıq buynuz qişası dəyişməsi əməliyyatlarını həyata keçirmişik. Yəni, əvvəl bizim buynuz qişasını dəyişməkdən başqa çarəmiz yox idi. İndi isə bəzi xəstələrimizə müasir şüa texnologiyaları yardım edir və ya keratoplastikanın vaxtı uzanır. Yəni, bu insan 10 il görəcək, 10 ildən sonra lazım olarsa, əməliyyat ediləcək və ya başqa müalicəyə yönəldiləcək.

- Xəstələr ən çox hansı göz problemləri ilə müraciət edirlər? Ən çox yayılan göz xəstəlikləri hansıdır?

— Bu gün ən çox katarakta — mirvari suyu, qlaukoma (qara su), şəkərli diabetin gözdə fəsadı, göz iltihabı, yaşla bağlı göz damarlarının zəifliyi yayılıb. Göz xəstəliklərinin çoxu əlacsız deyil. Amma göz xəstələrinə uyğun eynək yazmaq böyük bir problemə çevrilib. Bu gün mürəkkəb astiqmatizm, yüksək refraksiya anomaliyaları olan insanlara eynək yazmaq, onları eynəyə öyrətmək çətindir. Buna görə də müasir şüa texnologiyaları (MŞT) böyük bir addım atdı. Bu gün müasir klinikalarda gözün "kökü" (göz dibi və ya torlu qişa) salamatdırsa, ancaq optik çatışmazlıqlar varsa, optik problemlərin dərəcəsindən asılı olmayaraq bütün xəstələrimizə yardım edə bilərik. Etibarlılıq, təhlükəsizlik, geniş tətbiq sahəsi və çox az müddətli bərpası MŞT-nin üstünlükləridir. Bu gün elə imkanlar və elə nəticələr alırıq ki, nə vaxtsa biz onları xəyalımıza gətirməzdik. Lazer korreksiyaları uyğun şəraitdə, uyğun insanlara edilməlidir. Hər göz xəstəsinə lazer korreksiyası etmək mümkün deyil. Bizim problemlərimizdən biri də budur ki, şəkərli diabet xəstəliklərindən əziyyət çəkən xəstələr göz həkiminə müraciət etmirlər. Dünyada korluğun əsas səbəblərindən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, korluğunun səbəblərindən 90 faizinin kökündə şəkərli diabet durur.

Korluqla cəmiyyət olaraq mübarizə aparmalıyıq. Dünyada korluğun səbəblərindən birinci yerdə korreksiya olunmamış optik anomaliyalar (mürəkkəb ametropiyalar), ikinci yerdə əməliyyat edilməmiş mirvari suyu, üçüncü yerdə isə qlaukoma gəlir. Bu gün gecikməmiş katarakt əməliyyatı 10-15 dəqiqəyə ağrısız və narkozsuz həyata keçirilir. Bu əməliyyat xəstənin yaşına, xəstəlikərinə, ürək-damar sisteminə heç bir təsir göstərmir. Qlaukoma dünyada korluğun və zəif görmənin aktual səbəblərindədir. Dünyada kor, zəif görən insan çoxdur. Bütün zəif görənlərin 80 faizi vaxtında həkimə müraciət etsəydi, müalicə və bərpa mümkün idi. 7 yaşına qədər uşağa ildə bir dəfə göz həkim müayinəsi vacibdir. Ailədə genetik, irsi göz xəstəlikləri varsa, uşaqlara hər il baxılmalıdır. Ancaq bu gün valideynlər uşağı çox vaxt gözü çəpləşəndə həkimə aparır. Biz xəstəliklərin yaranma səbəblərini əvvəlcədən aradan qaldıra bilsək, təbii ki, xəstəlik ağırlaşmış formada üzə çıxmaz. Bunun üçün də bütün xəstəliklər kimi göz xəstəlikləri üçün də profilaktik tədbirlərə ehtiyac var və zəruridir. Uşaqlara ən azı bağça illərinin sonunda bir dəfə, məktəb dövründə 3 dəfə mütləq göz müayinəsi edilməlidir. Valideyn bilməlidir ki, uşaq hansı görmə qabiliyyəti ilə məktəbə başlayıb və hansı görmə qabiliyyəti ilə təhsilini başa vurub. Onlar ancaq bundan sonra "kitablar gözü zəiflədir" deyə bilərlər. XXI əsrdə yaşayırıq. Amma valideynlər nəzərə almalıdır ki, uşaqlar saatlarla telefon, planşet və başqa qadcetlərlə oynamamalıdır. Televizora da saatlarla baxmaq olmaz.

- Kontakt linza xəstəyə nə zaman məsləhət görülür?

— Dünyada ən köhnə üsul eynəklərdir. Eynəyin təxminən 2 min il yaşı var. Bu gün eynəklərin çeşidi çox və fərqlidir. Eynək bu gün böyük bir sənayedir. Ancaq 70 il əvvəl kontakt linzalar ortaya çıxdı və insanlar çalışdılar ki, daha eynək daşımasınlar. Kontakt linzaları pediatrlar kəşf edib. Bu, körpə uşaqların gözləri üçün vacib idi. Bəzi uşaqlara məcburi kontakt linzalar yazırdıq. Bu gün kontakt linzalar taxmaq üçün təmiz əllər və məsuliyyətli valideyn bəs edir. Bu gün kontakt linzalar olmasa, bir çox göz xəstəliklərinin effektiv müalicəsi çətindir.

- Hazırda bir çox mağazalarda optik eynəklər satırlar. Optik eynəkləri adi mağazadan almaq olarmı?

— Bu, onu sübut edir ki, hazırda göz xəstəlikləri geniş yayılıb. Bu hal Moskvada da var. Optik eynəkləri həkim məsləhəti olmadan birbaşa mağazadan almaq düzgün deyil. 10 il əvvəl USM Moskva metrosunda həyata keçirilirdi. Bu, çox gülünc bir proses idi. Eləcə də mağazalarda optik eynəklərin satılması gülünc və qorxuludur. Hər bir insan bilməlidir ki, onun gözü üçün hazır optik eynək satılmır. Optik eynəklər hər bir insanın gözünə uyğun olmalı, göz həkimi (optometrist) tərəfindən yazılmalıdır. Ancaq eynək alan insan bilməlidir ki, onun gözü nə vəziyyətdədir. Məsələn, kitabda yazılıb ki, 45 yaşında +1, 50 yaşda +2 və 60 yaşında +3 eynək taxılmalıdır. Sağlam insansınızsa, bütün ömrü boyu uzağı yaxşı görmüsünüzsə, təbii ki, 45 yaşından sonra yaxını zəif görəcəksiniz və eynək taxmaq məcburiyyətindəsiniz. Bu sağlam insanlara aiddir. Təbii ki, kiminsə gözündə çatışmazlıq varsa, o, həkim məsləhəti ilə eynək almalıdır. Moskva kimi şəhərdə belə mağazalar azaldı və yaxud göz mərkəzlərinə çevrildi. Onu da vurğulamaq istəyirəm ki, uşaqlara belə mağazalardan eynək almaq qadağandır.

- Doktor, qlaukoma xəstəliyini nə yaradır və müalicəsi varmı?

— Qlaukoma korluğun əsas səbəblərindən biridir. Qlaukoma dünyada ən çox yayılmış göz problemidir. Qlaukoma Azərbaycanda görmə itkisinə səbəb olan (göz üzrə əlilliyin) ilk səbəblərdəndir. Bütün nəslin gözdən əlilliyinin səbəbi ola bilər. Bu gün gözdən əlillərin 36-38 faizi qlaukomanın hansısa növündən əziyyət çəkirlər. Qlaukoma xəstəliyində genetik meyllilik 20 faizi aşır. 50 yaşında riski iki dəfə, 70 yaşından sonra isə 10 dəfə artır. Deməli, bu, yaşlı insanların xəstəliyidir.

Qlaukoma – "qara su" xəstəliyinin aşkar olunmuş, sübut olunmuş səbəbləri tibb aləminə tam məlum deyil. Yəni, göz elmində ən böyük boşluq qlaukoma xəstəliyinin (ən yayılmış formasının) səbəblərinin tam məlum olmamasıdır. Mənim müəllimim akademik Arkadiy Pavlovic Nestrov SSRİ-də "qlaukomanın atası" sayılan bir həkim idi. Bu insan uzun ömür yaşadı və ömrünü qlaukomaya həsr etmişdi. Mən bir gün ondan soruşdum ki, "müəllim, qlaukomanın səbəbi tapılacaqmı?" Dedi, "yəqin ki, tapılacaq, ancaq biz o günü görməyəcəyik".

Qlaukomanın müalicə addımlarını bilirik, amma o, hələ də problem olaraq qalır. Qlaukomanın 90 faizi birincili açıq bucaqlı qlaukoma forması kimi keçir. Yəni, səbəbsiz (səbəbi aşkar olunmayan) qlaukoma. Təəssüf ki, müayinə tam şəkildə həyata keçirilmir, aşkar olunanda 3-4-cü dərəcə qalmış olur. Azərbaycan və Rusiyada həkimlər qlaukomalı xəstələrə 78 faiz, xəstə 3-4-cü dərəcədə olanda diaqnoz qoyur. Deməli, xəstələr gec müraciət edirlər. Qlaukomanın digər adı isə "səssiz göz ölümüdür". Qlaukoma zamanı göz "səssiz şəkildə ölür", görmə zəifləyir və göz sönür. Müalicə zamanı ancaq olan görməni qoruyub saxlamaq, görmənin itməsinin qarşısını almaq mümkün olur. Gözün görməsini tam bərpa etmək mümkün deyil. Məqsəd gözü bərpa etməkdir, amma imkanımız olanı qoruyub saxlayırıq.

Təəssüf ki, bu gün qlaukoma xəstələrinin 35-40 faizi həkim tövsiyələrinə əməl etmir. Qlaukoma çox zaman göz təzyiqinin qalxması ilə müşayiət olunur. Qlaukomaya vaxtında müdaxilə edilməsə, göz tamamilə tutula bilər. Qlaukomanın qarşısını almaq üçün əsas 4 mərhələ var. Bunlar gözdaxili təzyiqi məqsədləşdirmək (tolerantlaşdırmaq), göz sinirinin müdafiəsi, göz və beyin damarlarının bərpası və əlavə xroniki xəstəliklərin müalicəsidir. Qlaukomadan əziyyət çəkən yaşlı xəstələrin əlavə xroniki xəstəlikləri olur və onlar eyni zamanda 3-4 dərman qəbul edirlər. Dərmanlar bir-birinə təsir edə bilər.

Bizi oxuyan insanlar bilsinlər ki, qlaukoma zamanı inadkar və mətanətli olmalıdırlar. Göz damcılarını vaxtında tökməlidirlər. Dərmanlar kifayət qədər bahadır. Dərmanın qiymətinə görə bəzi insanlar müalicədən imtina edirlər. Amma sonrasını düşünmürlər. Müalicə qlaukomanı tam sağaltmır. Müalicə sadəcə olaraq olan görməni qoruyub saxlamağa kömək edir. Dahilərdən biri deyib ki, "baş insanın tacıdır, göz isə tacın ən qiymətli daşıdır". Müxtəlif göz problemlərinin həlli yalnız müasir avadanlıqla tez, dəqiq, mükəmməl və ilkin müayinələrdən sonra mümkündür. Gözlərinizi qoruyun. Yaxşı görmək uğurlu və xoşbəxt gələcəyin açarıdır.

1406
Teqlər:
ABŞ, Azərbaycan, Rusiya, həkim, cərrah, Ümumdünya Səhiyyə Təşkilatı, tibb, Tahir Cəfərli, göz, oftalmoloq, doktor, qlaukoma, katarakta, linza, kontakt
Əlaqədar
Gözdən əlil kişi intihar etdi
Gözlər bərəlir, boynu qatlanır, ətrafındakıları dişləyir - film deyil, reallıqdır
"Kaş gözlərim açılaydı, anamın üzünü bircə dəfə görəydim..."
Bu 7 əlamət böyrək xəstəliyinə işarədir
Qorxulu xəstəliklər mənbəyini "şəfa mənbəyi" kimi turistlərə sırıyıblar
Özünüzü bu xəstəlikdən qoruyun!
Yazda xəstələnmək istəmirsinizsə, bunları edin
Sputnik peyvəndi, arxiv şəkli

"AstraZeneca" "Sputnik Light" kombinasiyası üzrə tədqiqat haqda ilkin məlumat açıqlandı

19
(Yenilənib 22:41 27.09.2021)
Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanda birgə tədqiqat çərçivəsində koronavirusa qarşı "AstraZeneca" və "Sputnik Light" peyvəndlərinin  kombinasiyası S-zülalına qarşı antitellərin yüksək artımını göstərib. Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) məlumat verib.

"Rusiya Birbaşa İnvestisiya Fondu... "AstraZeneca" və "R-Farm" şirkətləri Azərbaycan Respublikasında klinik tədqiqat çərçivəsində "AstraZeneca" şirkətinin peyvəndi ilə (Oksford Universiteti ilə birlikdə hazırlanıb) koronavirusa qarşı "Sputnik V" vaksinin ilk komponentinin birgə istifadəsinin virusneytrallaşdırıcı aktivliyi ilə bağlı ilkin məlumatları açıqlayıb", - deyə məlumatda bildirilib.

"Aralıq təhlillərin nəticələrinə görə, 57-ci müşahidə günündə könüllülərin 85%-də "SARS-CoV-2" virusunun "tikanvari" zülalına (S-zülalına) qarşı neytrallaşdırıcı antitellərin dörd və ya daha çox dərəcədə artması müşahidə olunub", - deyə fond əlavə edib.

Məlumatlar tədqiqatın kombinasiyanın hər iki komponentinin vurulduğu ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsaslanır. Birinci komponent kimi "AstraZeneca" peyvəndi, ikincisi kimi isə "Sputnik Light" istifadə olunub. Dozalar arasındakı interval 29 gün təşkil edib.

Azərbaycanda tədqiqatlar 2021-ci ilin fevral ayında başlanıb. Bu günə qədər tədqiqatlarda 100 könüllü iştirak edir.

Azərbaycandan əlavə, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada da qlobal proqram çərçivəsində vaksinlərin kombinasiyasının klinik tədqiqatı həyata keçirilib. Belarusda tədqiqat aparmaq üçün tənzimləyicilərdən icazə alınıb.

İlk dəfə olaraq koronavirusa qarşı "Sputnik V" peyvəndi əsasında heterogen busterləşdirmə yanaşması (birinci komponent olaraq insanın 26-cı, ikinci komponent olaraq 5-ci serotip adenovirusunun istifadə olunduğu "peyvənd kokteyli") tətbiq edilib. RBİF "Sputnik V"nin ilk komponentinin xarici dərmanlarla kombinasiyasının birgə araşdırılması təşəbbüsü ilə dünyada ilk olub.

2020-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə RBİF, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, "R-Pharm" şirkətlər qrupu və "AstraZeneca" şirkəti "AstraZeneca"vaksini və "Sputnik V" peyvəndinin birinci komponentinin immunogen kombinasiyası və təhlükəsizliyi ilə bağlı birgə klinik tədqiqatlar aparmaq üçün əməkdaşlıq memorandumu imzalayıblar.

 

19
Koronavirus testləri, arxiv şəkli

Azərbaycanda COVID-19: yoluxma sayı yenə artıb, ölənlərin sayı isə azalıb

14196
(Yenilənib 16:45 27.09.2021)
İndiyədək ölkədə ümumilikdə 481401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6684, ötən müddət ərzində isə ümumilikdə 4830338 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8350575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4713775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636800 təşkil edir.

26 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1029 yeni yoluxma faktı qeydə alınıb, 2680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451727 nəfər müalicə olunaraq sağalıb, 6457 nəfər vəfat edib, aktiv xəstə sayı 22659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9151, ötən müddət ərzində isə ümumilikdə 4823654 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 56355 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42701 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8349945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4713750, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636195 təşkil edir.

25 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.

Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 218 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 293 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 700 096, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 593 494 təşkil edir.

24 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 256 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 544 276 təşkil edir.

23 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1178 yeni yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444053 nəfər müalicə olunaraq sağalıb, 6394 nəfər vəfat edib, aktiv xəstə sayı 27140 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12331, ötən müddət ərzində isə ümumilikdə 4790724 test aparılıb.

bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46072 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8169473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4668637, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3500836 təşkil edir.

22 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441731 nəfər müalicə olunaraq sağalıb, 6370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 462 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 920 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 454 764 təşkil edir.

21 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.

Azərbaycanda bu gün 65 849 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 112 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 406 844 nəfər təşkil edir.

20 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7977574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4619842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3357732 təşkil edir.

19 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.

Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 51 300 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.

18 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430717 nəfər müalicə olunaraq sağalıb, 6280 nəfər vəfat edib, aktiv xəstə sayı 33988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15666, ötən müddət ərzində isə ümumilikdə 4731381 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61657 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44431 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7925249, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4605958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3319291 təşkil edir.

17 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 437 nəfərdir. Vaksinlərin ümumi sayı 7 863 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 588 732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 274 860 təşkil edir.

16 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60384 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41073 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7806235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4570812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 təşkil edir.

15 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3194350 təşkil edir.

14 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6167 nəfər vəfat edib, aktiv xəstə sayı 40 965 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, ötən müddət ərzində isə ümumilikdə 4 675 110 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.

13 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 461249 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 412469 nəfər müalicə olunaraq sağalıb, 6134 nəfər vəfat edib, aktiv xəstə sayı 42646 nəfərdir. Ölkədə son sutka ərzində 8123 hazırkı dövrədək isə 4661119 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir.

12 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutkada Azərbaycandakoronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Son sutkada ölkədə koronavirus əleyhinə 52 386 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

11 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405511 nəfər müalicə olunaraq sağalıb, 6065 nəfər vəfat edib, aktiv xəstə sayı 45840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16215, ötən müddət ərzində isə ümumilikdə 4639460 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64520 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7557554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4488930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3068624 təşkil edir.

10 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

Son sutka ərzində koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.

9 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59268 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4442484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 təşkil edir.

8 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 2557 nəfər COVID-19-a yoluxub, 39 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Koronavirus (COVID-19) infeksiyasından 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 64033 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7371182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4418214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 təşkil edir.

7 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70768 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7307149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4391664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2915485 təşkil edir.

6 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 1 107 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir. Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.

5 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 442 872 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, aktiv xəstə sayı 53 348 nəfərdir.

Ölkədə son sutka ərzində 15 614 , hazırkı dövrədək isə 4 551 520 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.

4 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

3 sentyabr 2021-ci il tarixə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 436 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib. 53 210 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19017, bu günə qədər isə ümumilikdə 4 517 734 test icra olunub.

2 sentyabr 2021-ci il tarixə olan statistika

Son sutka ərzində Azərbaycanda 3759 nəfər COVID-19-a yoluxub, 45 nəfər vəfat edib. Analiz nümunələri müsbət çıxan 3473 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

1 sentyabr 2021-ci il tarixə olan statistika 

Son sutka ərzində Azərbaycanda 3876 nəfər COVID-19-dan sağalıb, 3845 nəfər yoluxub, 41 nəfər isə dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.

14196
Teqlər:
COVID-19, Koronavirus

Bakıda şəhidlərinin xatirəsinə səmaya işıq fənərləri buraxılıb

0
"Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Bu gün vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilib. Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir.

Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb. Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər sakinləri, hərbçilər və rəsmilər İkinci Fəxri Xiyabanda uyuyan şəhidlərimizin məzarlarına baş çəkərək şəhidlərin xatirələrini yad ediblər.

Paytaxtda Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirilib. Yürüş iştirakçıları əllərində Vətən müharibəsində qəhrəmancasına şəhid olanların şəkilləri əks olunan plakatlar daşıyıblar.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.

  • © Sputnik / Murad Orujov

    Bakıda şəhidlərin xatirəsinə səmaya işıq fənərləri buraxılıb.