Lazer epilyasiyası

Əsrin böyük icadı, yoxsa bəlası?!

484
(Yenilənib 22:09 14.05.2017)
"Qaydalar ondan ibarətdir ki, lazer epilyasiyasına getməmişdən öncə dermatoloqun rəyi olmalıdır"

BAKI, 14 may — Sputnik. Bu gün qadınların böyük əksəriyyətinin (son zamanlar isə kişilərin də) istifadə etdiyi lazer epilyasiyası tibb elminin ən böyük icadlarından sayıla bilər. Dünyanın hər yerində milyonlarla insan sürətlə yayılan bu üsul vasitəsilə arzuolunmaz tüklərdən azad olmaq üçün istifadə edir. Amma lazer aparatlarının da insan orqanizmi üçün tam ziyansız olmasını demək mümkün deyil. Belə ki, bu aparatlardan ziyan çəkən insanlar da az olmayıb. Sputnik Azərbaycan-a danışan mütəxəssislər lazer epilyasiyasının orqanizm, xüsusilə insan dərisi üçün yaratdığı problemlərdən bəhs ediblər.

Dermatoloq Mahir Məmmədli bildirib ki, lazer epilyasiyalarından 21-ci əsrdə istifadə olunmağa başlanılıb. Bu aparatdan qaydasında və düzgün istifadə edilərsə, heç bir problem olmaz: "Qaydalar ondan ibarətdir ki, lazer epilyasiyasına getməmişdən öncə həkim dermatoloqun rəyi olmalıdır. Dermatoloq müəyyən etməlidir ki, xəstənin işığa həssaslığı hansı vəziyyətdədir. Eyni zamanda, elə dərman preparatları var ki, xəstə onları qəbul edib lazer epilyasiyasına gedərsə, bu zaman lazer ona əks-təsir edə bilər. Bəzi qrup antibiotiklər və bir sıra digər qruplara aid dərmanlar var ki, onlar lazer epilyasiyası zamanı insan orqanizminə əks-təsir göstərə bilər. Xüsusilə, dərisi həddən açıq ağ olan insanların dəriləri çox həssas olur və onların əksəriyyətinə epilyasiya olmaz. Digər hallarda isə epilyasiyanın bədənə mənfi təsiri yoxdur". 

"Təəssüflər olsun ki, bizdə epilyasiya mərkəzlərində həkim nəzarəti yoxdur və bu prosedur həkim rəyi olmadan həyata keçirilir. Ona görə də, insanlar müxtəlif problemlərlə qarşılaşırlar. Amma digər ölkələrdə buna mütləq şəkildə həkim nəzarəti var və həkim rəyindən sonra epilyasiya həyata keçirilir" – deyə həkim-dermatoloq əlavə edib.

O qeyd edib ki, bəzi hallarda düzgün epilyasiya edilmədikdə dəridə yanıqlar ola bilir: "Aparatın temperatur dozasını düzgün seçmədikdə dəri yana bilir və uzun müddət bu yara sağalmır. Yanıqlar dermatoloq köməyi ilə aradan qaldırılır".

Digər dermatoloq Elçin Sadiqov isə deyib ki, lazer epilyasiyasının doğru müayinə üsulu olub-olmadığına qərar vermək üçün bir çox faktorlar var: "Bunlardan ən önəmlisi prosedur sonrası yarana biləcək yan təsirlərin riskini anlamanızdir. Hansısa tibbi müalicədən sonra baş verə biləcəklərlə bağlı qarantiya olmadığı kimi, lazer epilyasiyasından sonra baş verə biləcəklərə də təminat yoxdur. Bu təsirlər qalıcı və keçici ola bilər". 

"Lazer epilyasiya sonrasında ağrı, şişkinlik, qızarma, dərinin qabarması, dəri ləkələri kimi keçici yan təsirlər göründüyü kimi, dəridə solma, yanıqlar kimi qalıcı təsirlərə də rast gəlinə bilər" – deyə həkim bildirib.

O əlavə edib ki, ən böyük risk günəş şüasıdır: "Lazer epilyasiyasına başlamadan əvvəlki 30 gün ərzində günəş şüasına məruz qalmamaq məsləhət görülür. Pasientlərimdən 2 nəfərinin üzünə epilyasiya etdikdən sonra ləkə düşüb. Bu tip ləkələri heç bir lazerlə, pilinglə aparmaq mümkün deyil. Lakin etdiyim müalicələr sayəsində hər iki xəstə də gözəl effekt almışam".

484
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

19
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

19
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

52
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

52
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi

0
(Yenilənib 15:08 28.11.2020)
Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

21-ci əsrdə hərbi əməliyyatlar "ucuz" və "qəzəbli başla alınan qərarlar" əsasında təşkil oluna bilməz. Qarabağda baş verən son hadisələr bunu bir daha təsdiqlədi. Hər nə qədər müharibənin gedişatına Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA-lar) mühüm töhfə versə də, Azərbaycanın qələbə qazanmasında bu dövlətin bütövlükdə hərbi təşkilat sistemi, o cümlədən, müdafiə sənayesi potensialı, silah ehtiyatları və logistik imkanları həlledici rol oynadı. Beləliklə, Qarabağ münaqişəsi Türkiyənin "Bayraktar TB2" dronlarının havada qazandığıı uğrurla yanaşı, erməni tərəfinin yerdəki müdafiəsinin zəif təşkilini də ortaya qoydu.

Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından sonra media məkanında müharibənin yekunları ilə bağlə bir sıra məqalələr yer aldı. Bu məqalələrdə əksini tapan fikirləri iki cümlə ilə ümumiləşdirmək mümkündür:

- Azərbaycan ona görə qalib gəldi ki, onun Türkiyə istehsalı olan PUA-ları var idi, Ermənistan isə belə texnikaya sahib deyildi.
- Rusiyanın ağır hava hücumundan müdafiə sistemləri müasir "dron döyüşlərində" qətiyyən işə yaramır.

Bu cür sadələşdirilmiş yanaşma mütəxəssislərin nisbətən mücərrəd hərbi-texniki bilikləri ilə yanaşı, erməni hərbi texnikasının və döyüş heyətinin məhv edildiyini göstərən kadrların çoxluğu ilə də izah olunur. Üstəlik, həm "Bayraktar", həm də Azərbaycan Ordusunun Qarabağdakı istifadə etdiyi digər PUA-lar tərəfindən lentə alınmış videolar düyüşlərin lap əvvəlindən etibarən düşmənə sarsıdıcı mənəvi zərbə vurmağı bacardı.

Ancaq hər bir halda, döyüş sahəsindəki canlı qüvvə və texnikanın məhv edilməsində reaktiv yaylım atəşi sislemləri (RYAS) və artilleriya hissələri daha mühüm rol oynayır və artilleriyanın döyüş gücü PUA-larla müqayisədə dəfələrlə çoxdur. Məsələn, Pentaqon uzun illərdən bəri Əfqanıstan səmalarına hakim olsa da, hələ də yerdəki Talibana qalib gələ bilmir.

Ermənistanın 60-ci illərdən qalma texnikası

Düzgün təşkil edilmiş hava hücumundan müdafiə sistemi qarşı tərəfin pilotsuz təyyarələrini zərərsizləşdirməyə qadirdir və radielektron kəşfiyyat vasitələri bir neçə saniyə ərzində hərbi sursatların döyüş nəzarət nöqtələrinin koordinatlarını əldə etməyə (atəşi susdurmaq üçün) imkan verir. Bununla belə, Qarabağda adda-budda yerləşdirilən erməni qoşunlarının vahid hava hücumundan müdafiə sistemlərinin etibarlı müdafiəni təşkil edə bilməməsi yalnız həmin sistemin "köhnəlmiş" xüsusiyyətləri ilə deyil, həm də təşkilati səviyyədə yol verilən nöqsanlarla izah olunmalıdır. Qeyd edək ki, Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdə "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi. Daha müasir komplekslər olan "Tor-M2KM" (qısa mənzilli) və "Buk-M2E" (orta mənzilli) isə yalnız İrəvanı və Metsamor atom elektrik stansiyasının müdafiəsinə cəlb olunmuşdu.

Ermənistan tərəfinin daha bir problemi – kamuflyaj vasitələrinə etinasızlıqla bağlı idi, ayrı-ayrı obyektlər, sanki "Gəl məni vur" deyə bağırırdılar. Qeyd edək ki, qərargah çadırının birbaşa vurulması bir neçə döyüş vahidini idarəolunmaz vəziyyətə düşməsinə gətirib çıxara bilər ki, bu da döyüş meydanında yüzlərlə, hətta minlərlə əsgərin itirilməsinə bərabərdir.

Digər tərəfdən, 1990-cı illərdə qazanılan qələbə Qarabağda erməni ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdı. Araz çayından Murovdağ silsiləsinə qədər 100 kilometrlik cəbhə xəttində ermənilərin ciddi mühəndis qurğularının olmamasını yalnız bununla izah etmək mümkündür. Açıq səngərlər, atəş nöqtələri, ayrı-ayrı blindajlar – keçən əsrin əvvələrindən qalma istehkam nümunələridir.

Erməni tərəfi uzunmüddətli atəş nöqtələrinə (dəmir betondan hazırlanmış) və yeraltı rabitə şəbəkəsinə də qətiyyən əhəmiyyət verməyib, halbuki bunun üçün kifayət qədər – təxminən 30 il vaxtı var idi. Özü də bu iş çox böyük vəsait tələb etmir. Bu məqamda Suriyada minimum texniki imkanlarla uzun tunellər tikildiyini yada salmaq olar. Elə isə sual olunur: baş nazir Nikol Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi? Yaxud müdafiə naziri David Tonayanın "Yeni müharibə vəziyyətində yeni ərazilər" konsepsiyası hansı hərbi gücə əsaslanırdı?

Dağlıq Qarabağda döyüşlərin yenidən qızışdığı 27 sentyabrda Ermənistanın hərbi potensialı Azərbaycan tərəfinin hərbi gücündən bir neçə dəfə aşağı idi.

Suriya və Liviya təcrübəsi

Rusya Hava Hücumundan Müdafiə sistemlərinin türk PUA-ları ilə müqayisə mövzusuna qayıtsaq, Suriya və Liviyanın hava məkanında "Tor-M2KM", "Buk-M2E" və "Sosna" Zenit Raket Komplekslərindən (ZRK) yüksək peşəkarlıqla istifadəsini yada salmaq lazımdır.

"Tor-M2KM" kompleksi atəş məsafəsi 15 km-ə qədər və tutub-saxlama hündürlüyü 10 km-ə qədər olan gizli hədəfləri (Elektron paramaqnit rezonansı 0,02 kvadrat metrə qədər olan) aşkar edib vurmaq qabiliyyətinə malik səkkiz raketlə təchiz edilib. Bu sistem eyni anda 48 hədəfi müəyyənləşdirə, 10 hədəfi izləyə və 4 hədəfi sıradan çıxara bilir.

"Buk-M2E" kompleksinin maksimum atəş məsafəsi 45 kilometrdir. Sistem 15 metrdən 25 kilometrə qədər hünüdürlükdəki hədəfi tutub-saxlaya bilir. 2,5 Maxa qədər sürətlə aerodinamik hədəfləri və 4 Maxa qədər sürətlə ballistik hədəfləri vurmağa qadirdir. Eyni anda 24 hədəfə (o cümlədən, Elektron Paramaqnit Rezonansı 0,05 kvadrat metrə qədər olan və çətinliklə seçilən obyektlərə) atəş aça bilir.

"Sosna" zenit-raket kompleksi qanadlı raketləri və pilotsuz təyyarələri 12 km-ə qədər məsafədə görür. Ttəminatlı məğlubiyyət zonası: mənzili – 1,3-10 km, hündürlüyü – 2 metrdən 5 km-ə qədərdir. Atəşin idarə olunması sistemi optik-elektronikdir və kompleks özünü hər hansı bir radiasiya ilə büruzə vermir. ZRK günün istənilən vaxtında, istənilən havada, heyət üzvlərinin iştirakı olmadan avtomatik rejimdə işləyə bilir.

Sülhməramlı əməliyyat çərçivəsində Rusiya radielektron müharibəsində ən yeni kompleks hesab olunan "Leer-3" sistemini Dağlıq Qarabağa göndərib. Bu sistemin əsas vəzifəsi 3G və 4G şəbəkələrinin GSM mobil siqnallarını kəsməkdir. Kompleks bir KaMaz avtomobili və 120 kilometr radiusa malik iki-üç "Orlan"-10 PUA-sından ibarətdir. Pilotsuz uçuş aparatı telefonları, planşetləri aşkarlaya, kəşfiyyat apara, məlumatı rəqəmsal xəritəyə qeyd edərək atəş açılması üçün artilleriya qruplarına ötürə bilir.

Qarabağ münaqişəsi həll edilmədi, yenidən donduruldu, bu isə o deməkdir ki, müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri əhəmiyyətini qətiyyən itirməyib.

0