Qırmızı gözlər, arxiv şəkli

Gözlər bərəlir, boynu qatlanır, ətrafındakıları dişləyir - film deyil, reallıqdır

4573
Temperatur 42 dərəcəyə qalxır. 20 saat davam edən bu haldan sonra xəstə ürək iflicindən ölür.

BAKI, 12 may — Sputnik. Sahibsiz heyvanlarla müəyyən qaydalar çərçivəsində müvafiq icra hakimiyyəti orqanları mübarizə aparmalıdır. Amma təəssüf ki, icra qurumları bu vəzifələrini layiqincə yerinə yetirmir. Olan isə sakinlərə olur.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)
© Photo : VET.GOV
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)

Bu günlərdə belə bir hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan şosesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənar qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev, binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum edib. İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ilin 4 ayı ərzində qeydiyyata alınmış 80 min baş itə quduzluq əleyhinə peyvənd edilib. Amma sahibsiz heyvanlar, yəni küçə itlərinə qarşı quduzluğa qarşı peyvənd vurulması, qısırlaşdırılması və onlara qarşı mübarizə xidmətin vəzifələri çərçivəsində deyil.

"Əgər heyvanlar üçün xüsusi sığınacaqlar ayrılarsa, biz o heyvanlar üçün həkim ayırıb, onların peyvəndlənməsi ilə məşğul ola bilərik. Hazırda bir neçə sığınacaq var ki, həmin sığınacaqlardakı heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi aparılır" — qurum rəsmisi bildirib.

Xanvəlinin sözlərinə görə, xidmətə nümunələr daxil olur, müayinə edilir və lazımi tədbirlər görülür: "Quduzluq daha çox meşə zonalarında yaşayan heyvanlarda, əsasən də sahibsiz heyvanlarda aşkar edilir".

Həkim-terapevt Mətanət Cəfərova Sputnik Azərbaycan-a bildirib ki, quduzluq sürətli inkişaf edən infeksion xəstəlik olub, ensefalomielit və polinevrit simptomokompleksi ilə səciyyələnir: "Quduzluğun qarşısı zamanında alınmasa, həyat üçün böyük təhlükə yaradır".

Həkim bildirir ki, quduzluq xəstəliyi, əsasən ət yeyən heyvanlar – canavar, tülkü, çaqqal, it, pişik tərəfindən yayılır: "Heyvanlardan yoluxma, əsasən dişləmə və yaxud zədələnmiş dəri səthinə heyvanların ağız suyunun bulaşması ilə baş verir. İnsan həssas varlıq olduğu üçün bu xəstəlik özünü daha tez biruzə verir və həyat üçün təhlükəli sayılır".

M. Cəfərova hesab edir ki, quduzluğa yoluxma hallarına yaz-yay mövsümlərində, əsasən kənd yerlərində rast gəlinir: "Virus daha çox dişləmə və ya zədəli yerə quduz heyvanın ağız suyunun təmas etməsi ilə keçir. Quduzluq zamanı tənəffüs və udma əzələlərinin qıc olması, dil, udlaq sinirlərinin zədələnməsi, sinir sistemində simparik şöbənin qıcıqlanması ilə ağız suyunun axması, güclü tər ifrazı, damarlarda qan çoxluğu, beyinə qan sızmalar baş verir".

"Xəstəliyin inkubasiya dövrü 12 gündən 90 günə qədər davam edə bilir. İnkubasiya dövrünün dəyişkənliyi yoluxan, dişlənilən şəxsin yaşından, dişlənmiş nahiyənin yerindən, yaranın ölçü və dərinliyindən, eləcə də orqanizmə düşən virusun miqdarından asılıdır. Uşaqlarda inkubasiya dövrü daha qısa olur" — müsahibimiz qeyd edir.

Onun sözlərinə görə, xəstəlik, əsasən 3 dövrə bölünür: "Xəbərdarlıq dövrü yoluxmadan 2-3 gün sonra başlayır. Halsızlıq, baş ağrıları, hərarətin qalxıb enməsi ilə özünü biruzə verir. Yara iltihablaşır, şişir, qızarır və kəskin ağrılar meydana gəlir. Quduzluq xəstəliyi insanın psixikasına da birbaşa təsir edir. Belə ki, xəstədə qorxu, həyəcan, titrəmə, soyuq tərləmə başlayır. İştahsızlıq, yuxusuzluq, udma problem və döş sıxıntısı meydana çıxır. Sudan qorxma halları özünü biruzə verir. Xəstə ilk öncə su içərkən, daha sonra su görərkən, suyun səsini eşidərkən son mərhələdə isə adını eşidərkən əsəb tutması yaşayır".

Belə tutmalar eyni zamanda havanın hərəkəti, külək zamanı, parlaq işığa qarşı və güclü səsə qarşı da baş verir: "Əsəb tutmaları həyəcan, narahatlıq, qorxu, ağrılı spazm, nəfəs alma problem ilə başlayır. Xəstə qışqırır, boynunu yanlara dartır, bədənini geriyə irəliyə əyir, qıcolmalar baş verir, üz forması dəyişir, göyərir, göz bəbəkləri genəlir, baxışlar bir nöqtəyə dikilir. Təngnəfəslik əmələ gəlir, xəstə ağır nəfəs alır, yardım istəyir və qusmağa başlayır".

Həkimin sözlərinə görə, belə hallarda ürək dayanmaları da baş verə bilər: "Xəstənin davranışları, qəzəbli hərəkətləri, ətrafdakıları cırmaqlamaq, dişləmək istəyi, tüpürmələri quduzluq adlanır. Oyanma dövrünün kuliminasiyasında görmə və eşitmə qabiliyyəti pozulur. Bu dövr 6 gün davam edir və ürək dayanmırsa, xəstəlik üçüncü mərhələyə keçir. Xəstədə ağız suyu axmağa və kəskin arıqlama başlayır. Gün keçdikcə, xəstə sakitləşir. Qorxu-həyəcan aradan qalxır və sağalma ümidi artır. Amma bununla yanaşı halsızlıq, süstlük, iflic, çanaq oynaqlarının funksiyasını itirmə əmələ gəlir. Temperatur 42 dərəcəyə qalxır. 20 saat davam edən bu haldan sonra xəstə ürək iflicindən ölür.

Xəstəlik ümumiyyətlə 3-7 gün və ya 2 həftə davam edir. Cəfərova bildirir ki, quduzluğu ilk saatlarda müəyyən etmək mümkün olmadığı üçün müayinə edən həkim şübhəli hallarda mütləq bu sahənin mütəxəssisinə müraciət etməyin önəmli olduğunu bildirir: "Heyvanlarla əlaqə, onların dişləməsi və ya ağız suyunun üzərinizə axması sizdə şübhə yarada bilər. Şübhələndiyiniz andaca həkimə müraciət edin. Quduzluğa diaqnoz qoyulmadığı üçün insan ancaq öldükdən sonra diaqnoz qoyula bilər. Quduzluq xəstəliyi özünü biruzə verməsindən öncə müalicəyə başlanılmalıdır. Xəstəlik özünü biruzə verdikdən sonra sağalma şansı azalır. İnsan orqanizmi bu xəstəliyə çox az hallarda dözə bilir. Bu səbəbdən də xəstəlik törədicilərinə qarşı diqqətli olmaq lazımdır".

Həkim məsləhət görür ki, xəstəliyin qarşısının alınması üçün sanitariya-baytarlıq sistemləri müvafiq formada həyata keçirilməli, itlərin saxlanması, sahibsiz heyvanların məhv edilməsi, ev heyvanlarına qarşı vaksinasiyanın vaxtında həyata keçirilməsi vacibdir: "Əgər sizi it-pişik dişləyibsə, yaranıza bu kimi heyvanların ağız suyu toxunubsa, yaranı sabunla yuduqdan sonra dərhal həkimə müraciət edin. Yaranın təmizlənməsi inkubasiya dövrünü uzadır. Həkim müayinəsindən sonra isə vaksinasiya dövrü başlanılır".

Hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" var. Bu qaydalara əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir.

"Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilməlidir" — Həmidli əlavə edib.

Hüquqşünas Fərid Həmidli
© Fərid Həmidlinin şəxsi arxivindən
Hüquqşünas Fərid Həmidli

Bununla yanaşı şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri yaşayış sahələrində şəxslərin öhdəsində olan heyvanların (it, pişik və s.) baytarlıq qeydiyyatında olmasını nəzarətdə saxlayır, daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir, baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanların (it, pişik və s.) uçota alınmasını, onlarda təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında dövlət baytarlıq nəzarətini təmin edir.

Hüquqşünas bildirir ki, əgər sahibsiz it hansısa bir şəxsə zərər vurarsa, zərərin əvəzi müvafiq icra qurumları tərəfindən ödənilməlidir. Bu da Mülki Məcəllənin 1100-cü maddəsində öz əksi tapıb: "Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Yəni, sahibsiz heyvanların hücumuna məruz qaldığınız təqdirdə müvafiq icra qurumunu, bələdiyyəni və yaxud MİS-i məhkəmə verib, təzminat istəyə bilərsiniz".

Xatırladaq ki, sahibsiz heyvanlara qarşı mübarizə Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi tərəfindən aparılmalıdır. Amma təəssüflə qeyd etməliyik ki, nə Bakı Şəhər İcra Hakimiyyəti nə də adı çəkilən qurumla əlaqə yaratmaq mümkün olmadı.

4573
Teqlər:
tutmalar, Yolçu Xanvəli, dişləmək, sahibsiz heyvan, Fərid Həmidli, Mətanət Cəfərova, hüquqşünas, quduz it, quduzluq xəstəliyi, Sputnik Azərbaycan, həkim
Əlaqədar
Zaqatalada qadın quduzluq xəstəliyindən ölüb
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub
Bir sürü it qıza hücum etdi: prokurorluq istintaqa başladı
İsmayıllıda it öz sahibini parçalayıb
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda bir gündə 29 nəfər koronavirusdan öldü

7
(Yenilənib 16:50 01.12.2020)
Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub.

BAKI, 1 dekabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 135967-ə çatıb. Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 843 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2193 -ə çatıb. Xəstəlikdən sağalanların sayı 110365 nəfər olub. Hazırda bu ölkədə 23976 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 63,2 milyonu keçib, 1,47 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
yoluxma, COVID-19, Koronavirus, Ermənistan
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-dan daha 41 nəfər vəfat edib

23
(Yenilənib 15:06 01.12.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

23
Teqlər:
Koronavirus, COVID-19, yoluxma, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0