Dodaq, arxiv şəkli

Dünyada qadağan olunan bəla: Azərbaycanda qramı 200 manatdır

6361
O bədənə vurulduqda bədən onun ətrafında çəpər hörməyə çalışır və çox sərt çapıq toxuması əmələ gəlir

BAKI, 11 may — Sputnik. Bir neçə gün öncə Türkiyə mətbuatında estetik əməliyyat qurbanı olmuş Mərvə Keleş adlı qadın müzakirə edilirdi. Qadının iddiasına görə, özünü həkim kimi təqdim edən, əslində saç ustası olan Söner G.-yə 500 lirə verərək, dodaqlarına silikon vurdurub.

Amma dodağındakı silikon bir həftəyə əridiyi üçün, Mərvə bu dəfə 1000 lirə verərək dodaqlarına yenidən silikon vurdurur. Bir müddət sonra isə qadının dodaqları, üzü şişib və qızarıb. Həkimlər qadının dodağına vurulan mayenin tərkibini müəyyən edə bilmədiyi üçün hazırda Mərvə dodaqlarını itirmək təhlükəsi altındadır.

Azərbaycanda da tibb müəssisələrindən kənarda, gözəllik salonlarında dodaqların böyüdülməsi, qırışların açılması əməliyyatları həyata keçirilir. Və risk edərək bu əməliyyatlara gedən qadınların heç birinin sağlamlığına zəmanət yoxdur. Yəni, "ucuzdur" deyib, tibb müəssisələri əvəzinə gözəllik salonlarına üz tutan qadınlar bunu edərkən iki dəfə düşünməlidirlər. Çünki…

Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadə
© Sputnik / Irade JELIL
Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadə

Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, silikon anlayışı çox səhv bir anlayışdır, amma təəssüf ki, dilimizə sirayət edib: "1950-ci illərdə Amerikada maye silikondan istifadə pik həddə çatmışdı və hər yerdə istifadə edilirdi. 1960-cı illərdə bunun bir çox fəsadları ortaya çıxdı. Bundan sonra həm Amerikada, həm də Avropada maye silikon qadağan edildi".

Həkim bildirir ki, qabaqcıl ölkələrdə qadağan edilən maye silikonlar bu dəfə Rusiyanın kəndlərinə ayaq açır və geniş istifadə edilir. Təəssüf ki, zamanla Azərbaycanda da özünə müştəri tapır.

Hazırda maye silikon müxtəlif adlarla, ən çox da biopolimer adı ilə çox ucuz qiymətə satılır. Buna görə də xanımlar dodaqlarını böyütmək və qırışları açmaq üçün maye silikondan istifadə edirlər. Baxmayaraq ki, bütün ölkələrdə ondan istifadə, onun dəri altına yeridilməsi qadağan edilib.

İ. Axundzadə qeyd edir ki, dodaqları böyütmək və qırışıqları açmaq üçün xüsusi dolğu maddələrindən də istifadə edilir. Bunlardan ən məşhuru bütün ölkələr tərəfindən bəyənilmiş hialuron turşusu əsasında olan dolğu maddələridir.

"Bu maddələr müxtəlif adlarla satışa çıxarılır. Bu dolğu maddələri nazik və qalın qırışıqları aradan qaldırmaq və dodaqları şişirtmək üçün istifadə edilir. Bunlar xüsusi iynələrlə vurulur, vurulduqdan sonra təxminən 6-12 ay ərzində bədən tərəfindən sovrulur" — həkim bildirir.

Onun sözlərinə görə, hialuron turşusu bizim qidalarımıza uyğun tərkibdə olduğu üçün bədən buna xüsusi reaksiya göstərmir: "Və bu dolğu səhv vurulsa, xəstənin xoşuna gəlməsə belə, 6 aya çəkildiyi üçün böyük problemlərə səbəb olmur".

Mütəxəssisin dediyinə görə, hialuron turşusundan başqa polilaktik və hidroksiapatit əsasında olan dolğu maddələri də var: "Amma bu maddələr ölkəmizə az gətirilir və xüsusi göstərişlərlə xəstələrə vurulur. Məsələn, QİÇS xəstəliyinə yoluxmuş insanlarda belə dolğu maddələrindən istifadə edilir. Bu kimi xəstələrin üzü tez solduğu üçün üzü canlandırmaq məqsədilə bu maddələrdən istifadə edilir".

İ. Axundzadənin sözlərinə görə, əvvəllər kallogen dolğu maddələri olsa da, artıq bu maddədən istifadə edilmir: "Ancaq bəzi gözəllik salonlarında qiymət baxımından ucuz olduğu üçün biopolimer və s. dolğu maddələrindən istifadə edilir. Bu da bir çox problemlərin ortaya çıxmasına səbəb olur".

"Silikon yad maddədir və o, bədənə vurulduqda, bədən onun ətrafında çəpər hörməyə çalışır və çox sərt çapıq toxuması əmələ gəlir. Bu nahiyəyə kifayət qədər qan gələ bilmədiyi üçün burada müqavimət azalır, hər cür infeksiya, hər cür mikrob bura daxil olub iltihab yarada bilir. Nəticədə, silikonun vurulduğu nahiyədə deformasiya yaranır. Əyilmə əmələ gəlir, irinləyir, axıntı verir. Nəticədə xəstə özünə gözəllik əvəzinə yeni bir problem qazanmış olur" — müsahibimiz vurğulayır.

Təzə köhnə arvad
© Karikatura
Təzə köhnə arvad

Həkim qeyd edir ki, silikonun müxtəlif növləri var: "Maye silikon, sərt silikon və yarımsərt silikonlar. Maye silikon təbabətdə dəri altına vurulmaq üçün qadağan edilib. Sərt silikonun içinə maye silikonu doldurub, yəni onun ətrafla əlaqəsini tamamilə kəsərək, silkon implantlar kimi istifadə edilir".

"Belə silikonlardan süd vəzilərini, sağrıları, ayaqları böyütmək üçün istifadə edilir. Bildiyimiz kimi, silikon qapı, pəncərə və s. tikinti işlərində istifadə olunan maddədir. Təbabətdə isə daha çox təmizlənmiş və sərt silikonun içinə doldurulmuş maye silikondan istifadə edilir. Maye silikonun tək istifadəsi qadağandır" — Axundzadə əlavə edir.

O bildirir ki, dolğu vurulması cərrah, dermatoloq və ya bunun xüsusi təhsilini almış insan tərəfindən aparılmalıdır: "Dolğu vurulması çox asan bir proses kimi görünsə də, bunun çox böyük fəsadları ola bilər. Maye silikon, biopolimer və buna bənzər maddələr birmənalı olaraq vurulmamalıdır və vurularsa, problemlərə yol açır. Təbii dolğu vurulsa belə, vuran insan bunun qaydalarını bilmirsə, müxtəlif problemlərə yol aça bilər".

Son olaraq qeyd edək ki, biopolimerin qramı 40-50 manat, təbii dolğunun qramı isə 200 manat və daha baha qiymətə vurulur.

6361
Teqlər:
İlyas Axundzadə, silikon, dodaqların böyüdülməsi, Mərvə Keleş, estetik əməliyyat, gözəllik salonu, lirə, həkim, Amerika, Avropa, Türkiyə, Azərbaycan, qadın
Əlaqədar
Qorxulu xəstəliklər mənbəyini "şəfa mənbəyi" kimi turistlərə sırıyıblar
Özünüzü bu xəstəlikdən qoruyun!
Bu bitkini yesəz, bütün xəstəliklərdən xilas olacaqsız
Gündəlik ondan istifadə edən xəstələnməz
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi
Daha bir sağalmaz xəstəliyin dərmanı tapılıb
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

5
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

5
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
 Koronavirus testi, arxiv şəkli

COVID-19 taym-aut götürüb: Azərbaycanda günün statistikası

46
Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir. Ötən müddət ərzində 1728577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.

46
Teqlər:
ölənlər, yoluxma, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən