Həkim, arxiv şəkli

On dörd əsrlik qoruyucu: hər il 3 milyon uşağı xilas edir

2555
O, tibb aləmində 7-ci əsrdən tətbiq olunur və hələ bu günə qədər alternativi tapılmayıb

BAKI, 5 may — Sputnik. Azərbaycanda doğulan uşaqların hər birinə müxtəlif xəstəliklərə qarşı peyvənd vurulur. Bu peyvəndlər insanları ağır xəstəliklərin fəsadlarından qorumaq üçündür. Amma bəzi valideynlər uşaqlara vurulan peyvəndlərdən sonra fəsadların baş verdiyini bildirirlər. Bəziləri isə ümumiyyətlə peyvənd vurdurmaqdan imtina edirlər.

Bəs, peyvənddən imtina nə dərəcədə doğrudur və hansı fəsadlara səbəb ola bilər? Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı mütəxəssislərdən münasibət alıb.

Səhiyyə Nazirliyinin (SN) baş pediatrı, K. Fərəcov adına Pediatriya Elmi-Tədqiqat İnstitutunun direktoru Nəsib Quliyev bildirib ki, peyvənd tibb aləmində 7-ci əsrdən tətbiq olunur: "Hələ bu günə qədər peyvəndə alternativ olan heç bir kəşf yoxdur. Peyvənd uşaqları xəstəliklərdən qorumaq üçün dünyada ən əlverişli, ən uğurlu tibbi prosedurdur. Tibb kitablarında yazılıb ki, peyvənddən istifadə etməklə hər il 3 milyon uşağın həyatı xilas olunur".

Həkim qeyd edib ki, valideyn uşağını risk altına atmamalıdır: "İstənilən tibbi prosedurda olduğu kimi peyvənd vurulanda da uşağın bədəni reaksiya verə bilər. Peyvəndin yeri şişə, qızartı verə, temperatur arta bilər. Bu da normal haldır. Uşağın bədəni peyvəndə reaksiya verir. Bundan qorxmaq lazım deyil".

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycan Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd təqvimi var. Bu gün uşaqlara 11 yoluxucu xəstəliyə qarşı peyvənd vurulur. Bu da uşaqların inkişafı və gələcəkdə sağlam olmaları üçün mütləqdir" — deyə pediator əlavə edib.

Pediator Fazil Rəcəbov da deyib ki, bütün dünyada bu peyvəndlər qəbul edilib və hər yeni doğulan uşağa vurulur: "Peyvənd xəstəliklərə qarşı immunitet yaradır. Peyvəndin özü də xəstəliklərin yüngülləşdirilmiş versiyasıdır. Peyvənd uşağın bədəninə yeridilərək onda immunitet yaradır. Qızdırma, qızartı və bu kimi əlamətlərin olması normaldır. Hətta bəzi uşaqlarda allergik reaksiyalar da ola bilər".

"Peyvəndlərin vurulması uşağın sonrakı həyatında həmin infeksiyalardan və xəstəliklərdən qorumağa kömək edir. Səhiyyə işçiləri peyvənd vasitəsilə bir sıra xəstəliklərin qarşısını almasa, uşaqlar gələcəkdə bu xəstəliyə yoluxa bilər. Məsələn, Hepatit B və ya göy öskürək kimi bəzi xəstəliklər uşaqlar üçün qorxulu fəsadlara səbəb olar" – deyə Fazil Rəcəbov qeyd edib.

Pediator onu da bildirib ki, valideynlərin əksəriyyəti peyvənddən imtina edir, uşaqları xəstəliyə yoluxduqdan sonra həkimə müraciət edirlər: "Xüsusilə də, uşaqlar göy öskürəyə, hepatit B və qızılca kimi xəstəliklərə yoluxduqdan sonra valideynlər pediatorlara müraciət edirlər. Bu xəstəliklərə yoluxan uşaqlar zamanında müalicə olunmazsa, xəstəlik faciəyə səbəb ola bilər".

Həkim Rasif Bağırovun sözlərinə görə, peyvəndsiz yaşamaq çox təhlükəlidir: "Ona görə ki, peyvəndlər bir çox ağır xəstəliklərə qarşı hazırlanıb və kütləvi ölümlərin qarşısı alınır. İnsanlar hər gün bu xəstəliklərin viruslari ilə qarşılaşır, məhz peyvəndlər vasitəsi ilə bu infeksiyalardan qoruna bilirlər".

"Hepatit B xəstəliyinin 2000-ci ilə kimi peyvəndi yox idi. Çox uşaqlar bu xəstəliyə yoluxurdu və bu xəstəlik sağalmırdı. 2000-ci ildən sonra Hepatit B-nin peyvəndi Azərbaycana da gətirildi və uşaqlar dünyaya gələn kimi vurulmağa başladı. Bununla da minlərlə uşaq Hepatit B xəstəliyindən qurtulmuş oldu" – deyə həkim əlavə edib.

Rasif Bağırov valideynləri diqqətli olmağa və uşaqlara peyvənd vurdurmağa çağırıb.

2555
Teqlər:
Fazil Rəcəbov, pediator, fəsad, Ümumdünya Səhiyyə Təşkilatı, valideyn, Nəsib Quliyev, peyvənd, Rasif Bağırov, həkim, xəstəlik, Azərbaycan, uşaq
Əlaqədar
Yazda xəstələnmək istəmirsinizsə, bunları edin
Xərçəng xəstəliyinin dərmanı 20 min dollara satılır
Tələbələrə şəkər xəstəliyindən danışıldı
Planetdə 400 milyondan artıq insan bu xəstəlikdən əziyyət çəkir
Gündəlik ondan istifadə edən xəstələnməz
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

6
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

6
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Kəçəl qadın və uşağı, arxiv şəkli

Xərçəng xəstələrində COVID-19 ən azı iki ay qalır

14
(Yenilənib 23:39 02.12.2020)
Araşdırma zamanı yeni zamanda COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

BAKI, 2 dekabr — Sputnik. COVID-19 xərçəng xəstələrində ən azı 2 ay qalır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.

Bildirilib ki, belə xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.

Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

14
Teqlər:
xərçəng xəstəliyi, xərçəng riski, xərçəng, Xərçəng, Koronavirus, epidemiya, COVID-19