Qan analizi, arxiv şəkli

Amerikalı alim beyin xərçəngi ilə bağlı xəbərdarlıq etdi

3977
(Yenilənib 22:41 04.05.2017)
Cudit Şvartsbaum: "Beyin xərçənginin yaranması və inkişafına bəhanə verməmək üçün qanda şəkərin miqdarına diqqət edin, qidalanarkən C vitamini və digər antioksidantları ixtisar etməməyə çalışın"

BAKI, 4 may — Sputnik. ABŞ alimləri bəyan ediblər ki, onlar şəkərlə baş beyin və onurğa beyni xərçəngi arasındakı əlaqəni tapıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, onlar öz kəşfləri barədə Scientific Reports saytına açıqlama veriblər.

Tədqiqatı Ohayo Universitetinin əməkdaşları aparıblar. Tədqiqata Kompleks Xərçəng Mərkəzinin nümayəndəsi, professor Cudit Şvartsbaum rəhbərlik edib.

"Diabet və qanda qlükozanın yüksək səviyyəsi xərçəngin dərhal bir neçə orqanda və toxumalarda, xüsusilə də düz bağırsaqda, süd vəzində və sidik kisəsində inkişafı ehtimalını artırır. Lakin xərçəngə qanında şəkərin miqdarı az və ya normal olan insanlarda diabet xəstələrinə və qanında qlükoza artıq olan insanlara nisbətən daha tez-tez rast gəlinir" – deyə Cudit Şvartsbaum (Judith Schwartzbaum) bildirib.

Onun sözlərinə görə, şəkərin səviyyəsinin yüksəlməsi beyin xərçəngi olan – qlioma riskini azaldır.


Qlioma geniş yayılmış baş beyin və onurğa beyni xərçəngidir. Onun ilkin başlanğıcı sinir toxumaları yox, beyin toxumalarını birləşdirən, neyronları zədələnmədən, infeksiyalardan qoruyan və onları qida ilə təmin edən qliyada müşahidə edilir.

Xərçəngin bu forması müalicə olunmur. Faktiki olaraq qlioma daşıyıcıları şişin peyda olmasından maksimum 2 il sonra ölürlər.

Elmi dairələrdə belə bir fikir var ki, başdakı xərçəngin yaranmasına C vitamini və digər antioksidantların dietası səbəb ola bilər. Eyni zamanda beyin xərçənglərinin yaranmasına genetik proseslər, sitomeqalovirusa (herpes viruslar qrupuna aiddir) yoluxma da səbəb ola bilər

Tədqiqat müəllifinin sözlərinə görə, qanda və beyin toxumalarında şəkərin miqdarının az olması qliomanın — sinir toxumalarının bədxassəli şişlərinin yaranmasına səbəb ola bilər. Tədqiqatçılar bu nəticəyə İsveç və Avstraliyanın tibbi xəritəsini öyrənəndən sonra gəliblər. Həmin tədqiqat 15 ilə qədər uzanıb.


Mütəxəssislər qeyd edirlər ki, şəkərin səviyyəsinin dəyişməsi təkcə o demək deyil ki, insanda diabet inkişaf edir. Bu, onkoloji xəstəliklərin də inkişafına səbəb ola bilər. İnsan orqanizmində şişlərin erkən inkişaf dövrü qanda şəkərin miqdarının çatışmamasından irəli gəlir. Bu xəstəlik inkişaf etdikcə, pasientlərin qanında şəkər dərhal yüksəlməyə başlayır. Müşahidələr zamanı bu təzad alimlərin təəccübünə səbəb olub.

Şvartsbaum bildirib ki, onun rəhbərlik etdiyi tədqiqatın nəticəsi onkoloji xəstəliklərin erkən dövrdə inkişafını təyin etməyə kömək edəcək. Bu isə onun uğurlu müalicəsi üçün vacibdir.

Alim beyin xərçənginin yaranması və inkişafına bəhanə verməmək üçün insanları qanda şəkərin miqdarına diqqət etməyə, qidalanarkən C vitamini və digər antioksidantları ixtisar etməməyə çağırıb.

3977
Teqlər:
herpes, şəkər, Ohayo Universiteti, diabet, beyin, xərçəng, Xərçəng xəstəliyi, professor Cudit Şvartsbaum, ABŞ
Əlaqədar
Xərçəng xəstəliyinin dərmanı 20 min dollara satılır
Azərbaycanda xərçəng xəstələri ilə bağlı qorxulu rəqəmlər
İlanlar xərçəng xəstəliyini müalicə edir
Bu içki xərçəng hüceyrələrini qorxuya salır
Göbələkdən alınan maddəni xərçəng xəstələrinə vurdular və görün nə baş verdi
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

39
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

39
Koronavirus testi, arxiv şəkli

Yoluxma azalsa da, ölənlərin sayı artdı

20
(Yenilənib 17:48 19.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

20
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0