Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda kişilər arasında qorxulu tendensiya başlayıb

Abunə olmaq
Androloq: "Kişi sağlamdırsa, heç bir xəstəliyi yoxdursa, 80 yaşında belə, cinsi aktivliyi artıran dərmanlardan istifadə edə bilər"

BAKI, 24 aprel — Sputnik. Hazırda müxtəlif saytlarda kişilərdə cinsi aktivliyi artırdığı, penis böyüdülməsinə kömək etdiyi iddia edilən cinsi aktivliklə bağlı dərmanlar reklam edilir. Bu reklamların əsas məqsədi dərmanların satışı olduğu üçün, onların insanlara nə kimi zərər verdiyi, qəbul edilmə qaydaları, əks təsirləri barədə məlumat verilmir. Bu gün gənclərin əksəriyyəti reklamlara aldanaraq bu dərmanların istifadəçisinə, aludəçisinə və qurbanına çevrilir.

© Sputnik / Irade JELILAndroloq Ağa Ağazadə
Androloq Ağa Ağazadə - Sputnik Azərbaycan
Androloq Ağa Ağazadə

Həkim androloq Ağa Ağazadə Sputnik Azərbayacan-a açıqlamasında bildirib ki, bu gün pupertat yaşdan (15 yaşdan) sonra hər bir yeniyetmə internetdə hansısa dərmanla bağlı məlumat əldə edə, onu aptekdən ala, həkim nəzarəti və məsləhəti olmadan qəbul edə bilir. Həkimin sözlərinə görə, dərmanları qəbul edən zaman heç kim onun əks təsirləri barədə düşünmür: "Hər bir dərmanın xeyri olduğu kimi zərərləri də var. Baxır xəstəyə hansı hallarda hansı dərman təyin edilir. Buna da ancaq həkim qərar verə bilər. Bu gün normal halda cinsi aktivlik üçün penis tam bərkiyirsə, cinsi aktivliyi gücləndiriən dərmanlara ehtiyac yoxdur".

Cinsi aktivliyi artıran dərmanlar fosfordiestaraz-5 inqivitorları hesab edilir. Həkim bildirir ki, müəyyən şirkətlər bu kimi dərmanlar istehsal edərək gənclərə satmaqla böyük pullar qazanırlar: "Çünki cinsi zəiflik, erkən boşalma, penis böyütmə və s. bu kimi problemlər kişilərin zəif nöqtəsidir. Kişilər də bu məlumatları internetdə oxuyur, problemlərinin həll ediləcəyini düşünərək, bu dərmanlardan alır və istifadə edirlər. Fəsadlar isə sonradan başlayır. Gənclərin çoxu elə bilir ki, cinsi aktivliyi artıran dərmanlar həm də erkən boşalma əleyhinə olan dərmanlardır. Bu, tamamilə səhv fikirdir. Erkən boşalma tamam başqa bir xəstəliyin, psixoloji vəziyyətin nəticəsi ola bilər. Buna görə də, həkim məsləhəti olmadan belə dərmanlardan istifadə yolverilməzdir. Əgər seks zamanı kişinin penisi tam bərkimirsə, yumşaq qalırsa, o, mütləq həkimə müraciət etməlidir".

"Əksər həkimlər bu dərmanların təzyiq qaldırdığını düşünürlər. Əslində isə cinsi aktivliyi artıran dərmanlar təzyiqi salır. Dərmanların istifadəsindən sonra üz qızarması, bel ağrısı, baş gicəllənmə müşahidə edilir. Çünki bu dərmanlar qanı aşağı yönləndirir və təzyiq düşür" — androloq vurğulayır.

A. Ağazadənin sözlərinə görə, bir çox dünya ulduzları məhz bu dərmanların əks təsiri nəticəsində dünyasını dəyişib: "Məsələn, Barış Manço viaqradan ölüb. Viaqradan hansı hallarda istifadə etməməklə bağlı məsləhətlər var. Amma kişilər çox zaman bu qaydalarla maraqlanmırlar. Məsələn, miokard infarkt keçirən xəstələr, daimi təzyiqsalıcı dərman qəbul edən xəstələr, nitritlər qəbul edən xəstələr, stenokardiyalı xəstələr sildenafil qəbul edə bilməz. Tutaq ki, davamlı təzyiqsalıcı dərmanlar qəbul edən xəstə viaqra qəbul etdi. Təzyiq hər iki dərmanın təsiri ilə 0-a düşürsə, xəstəni geri qaytarmaq mümkün olmur".

Cinsi aktivliyi artıran dərmanlar təhlükəli dərmanlardır. Bir çox kişilər bunu bilsə də, qorxa-qorxa olsa da, o dərmanlardan alıb istifadə edirlər: "Mənə xəstələr bir çox problemlərlə bağlı müraciət edirlər. Araşdırıram ki, xəstənin başqa xəstəlikləri və ya qəbul etdiyi dərmanlar varmı. Lazım olarsa, cinsi aktivliyi artıran dərmanlar təyin edirəm. Elə xəstələr olur ki, onun heç belə dərmanlara ehtiyacı yoxdur. Belə xəstələrə yüngül bioloji aktiv əlavələr – bitki tərkibli dərmanlar təyin edirik".

"Kişi sağlamdırsa, heç bir xəstəliyi yoxdursa, 80 yaşında belə, cinsi aktivliyi artıran dərmanlardan istifadə edə bilər. Amma bu, mütləq həkim məsləhəti ilə olmalıdır. Əgər kişi xəstədirsə, elə yataqda qalacaq. Yəni, belə dərmanların istifadəsi üçün yaşın fərqi yoxdur. Məsələn, kişi var ki, 25 yaşında şəkər xəstəsidir. Onun şəkərdən qaynaqlanan cinsi zəifliyi var. Şəkər damarlarda tıxanaqlıq yaradır. Biz belə xəstələrə cinsi aktivliyi artıran dərmanlar təyin edə bilirik. Amma xəstəliyin səviyyəsini də nəzərə almaq lazımdır. Elə ola bilər ki, damarlar tam tıxanıb, yəni dərmanla aktivliyi artırmaq mümkün deyil" — Ağazadə qeyd edir.

Androloqun sözlərinə görə, cinsi aktivliyi artıran dərmanlardan çox istifadə etmək olmaz: "Belə dərmanları həftədə iki dəfədən artıq qəbul etmək məsləhət deyil. Elə insanlar var ki, dərmanı qəbul etdikdən sonra nə baş verəcəyini, dərmanı nə zaman qəbul edəcəyini bilmirlər Bəzən deyirlər ki, "bu dərmanı qəbul etdik, heç bir faydası olmadı". Çünki dərmanın qəbul edilməsi düzgün olmayıb".

Balıqçılıq edən uşaqlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Övladınızı o şeytandan uzaq tutmasanız, ömür boyu özünüzü bağışlamayacaqsınız

Hazırda dərman bazarında sildenafil, vardanafil, tadalafil və udenafil var. A. Ağazadənin sözlərinə görə, bu dərmanlar FDA təsdiqi almış dərmanlardır: "Məsələn, vardanafil daha güclüdür və dil altı dərmandır. Köhnə nəsil sildenafil dərmanlarda müəyyən çatışmazlıqlar vardı. Amma yeni nəsil dərmanlar daha güclüdür".

Hazırda internet məkanında penis böyüdən dərmanların da aktiv reklamı gedir. Həkim bildirir ki, hələlik dünyanın heç bir ölkəsində penisin böyüdülməsi üçün dərman ixtira edilməyib: "Yəni satılan gellər, kremlər, həblər bu effektə malik deyil. Sadəcə, dərman şirkətləri bu dərmanlardan yaxşı pul qazanır".

"Kişilər çox zaman başa düşmürlər ki, penisin böyük və ya kiçik olması onun anatomik quruluşu ilə bağlıdır. Elə adam var ki, penisi 10 sm, elə adam var ki, 15 sm-dir. Hər bir kişi bilməlidir ki, minimum 8 sm olan penis normal sayılır. Bundan kiçikdirsə, şəxs narahat ola bilər. Hər gün gellərlə, kremlərlə bağlı mesajlar, suallar alıram. Bu gellər ereksiya yaradır, amma böyütmür. Kişilər arasında bir psixologiya var: onlar bir-birinin qarşısında seksual baxımdan öyünürlər. Amma penis nə qədərdirsə, o qədərdir" — androloq vurğulayır.

Həkim qeyd edir ki, yaşından asılı olmayaraq cinsi problemi olmayan hər bir kişi həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməməlidir: "Əks halda bu onun sağlamlığı, həyatı bahasına başa gələ bilər".

Xəbər lenti
0