Hamburqer, arxiv şəkli

Amerika bəşəriyyətin bəlasına qarşı mübarizəyə başladı - bütün ölkələrə çağırış

473
Ümumdünya Səhiyyə Təşkilatından xəbərdarlıq: "Bütün dövlətləri qida təhlükəsizliyi proqramlarına trans yağlardan istifadə qadağasını daxil etməyə çağırırıq"

BAKI, 14 apr — Sputnik. ABŞ-ın Yel Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində trans yağların yüksək olduğu ərzaqların istifadəsindən imtina insult və infarkt riskini azaldır. Sputnik Azərbaycan Yel Universitetinin saytına istinadla xəbər verir ki, tədqiqatçılar 2002-2013-cü illər ərzində Nyu-York ştatında xəstəxanalarda qeydiyyatda olanların statistik məlumatlarını araşdıraraq bu nəticəyə gəliblər. Nyu-York xəstəxanalarında pasientlər arasında trans yağlardan istifadəni məhdudlaşdırıblar. Nəticədə infarkt və insultu 6 faiz ixtisar etmək mümkün olub.

"Qida rasionundan trans yağların çıxarılması infarkt və insult riskini nəzərəçarpacaq dərəcədə azaldır. Trans yağların dövlət səviyyəsində qadağan edilməsi milyonlarla insan üçün əsl qələbə olardı" — deyə tədqiqat müəlliflərindən biri bildirib.

Çipslərin, krekerlərin, qızardılmış məhsulların və çörək məmulatlarının tərkibindəki trans yağlar daha təhlükəli sayılır. Buna görə də, başda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olmaqla bir çox səhiyyə təşkilatları, tərkibində trans yağlar olan qidalardan birdəfəlik imtinanı tövsiyə edir.

"Trans yağlar təkcə ziyanlı deyil, həm də normal tərkibli yağların da faydalarını sıfıra endirir. Onların insan orqanizminə zərərləri, insanın erkən ölümünə səbəb olan bir çox xəstəliklərin səbəbkarı olduğu artıq aksiomdur. Biz bütün dövlətləri qida təhlükəsizliyi proqramlarına trans yağlardan istifadə qadağasını daxil etməyə çağırırıq" — deyə ÜST-ün qida və ərzaq təhlükəsizliyinə həsr olunmuş konfransında qəbul olunmuş tövsiyə sənədində bildirilir.

Amerika hökuməti əhalinin, tərkibində trans yağlar olan qidalardan istifadəsini ixtisar etmək üçün bütün mümkün cəhdləri edir. Yaxın iki il müddətində Birləşmiş Ştatlar əhaliyə trans yağların təqdim edilməsini tamamilə qadağan etməyi planlaşdırır.

Bəs trans yağ nə deməkdir və o, niyə zərərlidir?

Qarğıdalı, günəbaxan, zeytun, soya kimi bitki əsaslı yağlar "hidrogenləşdirmə" deyilən bir prosesdən keçirilir. Yəni onların molekul birləşmələrinə hidrogen əlavə edilərək qarışdırılır və marqarinə çevrilir.

Marqarin əldə etmək üçün duru yağ təzyiq altında qaynadılır. Bu prosesdən keçən yağın molekulyar quruluşu pozulur. Məhz bu yağlara trans yağ adı verilir. Trans yağlar insan orqanizminə heyvan mənşəli və ya doymuş yağlardan daha çox zərərlidir.

Trans yağların (marqarinlərin) orqanizmə heç bir faydası yoxdur. Onlar hətta orqanizmin digər yağlardan faydalanmasının da qarşısını alır. Orqanizmdəki LDL (pis xolestrol) səviyyəsini yüksəltdiyi kimi HDL-in (yaxşı xolestrol) səviyyəsini də aşağı salır.

Bundan başqa, xərçəng riskini (özəlliklə də süd vəzi xərçəngini) də artırır. Sarı və qırmızı rənglərlə işarələnmiş doymuş və trans yağlar həkimlər tərəfindən tövsiyə edilmir.

Marqarinlər trans yağlar qrupuna daxildir. Buna görə də, yağ satın alarkən paketin üzərini mütləq oxuyun. Üzərində "hidrogenləşdirilmiş bitki yağı" yazılanları almayın.

Marqarin plastik yağlardan yalnız 1 molekul fərqlidir. Sadə bir təcrübə ilə marqarinin plastikə yaxın bir məhsul olduğunu anlayacaqsınız. Bir paket marqarin alın və kölgəyə qoyun. İki gün müddətində onu müşahidə edin. Üzərində bir dənə də olsun həşərat görməyəcəksiniz.

Bundan əlavə, pis qoxu verməyəcək. Çünki onun heç bir qida dəyəri yoxdur. Bu səbəbdən də üzərinə heç bir şey, hətta mikroorqanizmlər belə, qonmaz. Bunun səbəbi o yağın sintetik olmasıdır.

473
Teqlər:
molekul, xərçəng riski, trans yağlar, ziyan, istifadə, insult, Yel Universiteti, imtina, infarkt, alim, ABŞ
Əlaqədar
Marqarin yağının ziyanı
Bitki çayları doğru istifadə olunmadıqda zərər verir
İnsan sağlamlığı üçün zərərli olan 206 kilo balıq satışdan yığışdırılıb
Azərbaycanda 1 tona yaxın zərərli kartof aşkarlandı
O, 24 saat yaşayır, sonra öldürür
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

30
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

30
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

18
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

18
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər

Dünya futbolunun əfsanəsi FOTOlarda

0
(Yenilənib 00:47 26.11.2020)
Dieqo Maradonanın oyunu dedikdə yəqin ki, öncə göz önünə onun sinəsini qabağa verərək rəqib oyunçuları aldadaraq bütün meydançanı keçməsi göz önünə gələcək.

Xəbər verildiyi kimi, dünya futbolunun əfsanəsi argentinalı Dieqo Armando Maradona dünyasını dəyişib. Maradona 60 yaşında infarktdan həyatını itirib. 

Əfsanəvi hücumçu azrkeçlərin yadında yalnız fenomenal oyunu ilə deyil, həm də qalmaqallarla yadda qalıb. 

Məsələn, 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə isə İtaliya çempionatının oyunundan sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb.

Bütün bunlara baxmayaraq, futbolla maraqlanan hər kəs Dieqo Maradonanı futbol dahisi, təkbaşına oyunun taleyini həll edə bilən oyunçu kimi xatırlayacaq.

Sputnik Azərbaycan əfsanənin müxtəlif görüntülərini təqdim edir. 

 

0
  • © REUTERS / Carlos Barria

    Argentinalı futbolçu Dieqo Maradona müsahibə zamanı, 2010-cu il.

  • © REUTERS / Action Images / Juha Tamminen

    Argentinanın hücumçusu Maradona DÇ-1986-nın dörddəbir final matçında İngiltərə yığmasına qarşı oyunda.

  • © AP Photo / Carlo Fumagalli, file

    Dieqo Armando Maradona DÇ-1986-ın finalında AFR üzərində qələbədən sonra kuboku başı üzərinə qaldırır.

  • © REUTERS / Stringer

    Dieqo Maradona həyat yoldaşı Klaudiya və anası ilə toyda, 1989-cu il.

  • © Sputnik / Vladimir Rodionov

    İtaliyanın "Napoli" klubunun futbolçusu Dieqo Maradona Moskvanın "Spartak" komandası ilə oyundan sonra, 1990-cı il.

  • © AFP 2020 / Daniel Garcia

    Argentina millisinin kapitanı Dieqo Maradona DÇ-1994-də Yunanıstan komandasının qapısına vurduğu qolu qeyd edir.

  • © REUTERS / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona və Kuba lideri Fidel Kastro, 2001-ci il.

  • © REUTERS / Marcos Brindicci

    Maradona Kuba siqarı və Çe Qevaranın tatusu ilə, 2006-cı il.

  • © AFP 2020 / Stringer

    Futbol əfsanəsi Dieqo Maradona kolumbiyalı futbolçu Karlos Valderamanın karyerasını başa vurması ilə əlaqədar təşkil olunan şənlikdə rəqs edir, 2004-cü il.

  • © AP Photo / Matt Sayles

    Futbol əfsanəsi Diyeqo Maradona Kannda özünə dair sənədli filmin nümayişi zamanı, 2008-ci il.

  • © AFP 2020 / Valery Hache

    Dieqo Maradona qızları ilə birgə 61-ci Kann kinofestivalında "Maradona" sənədli filminin premyerasından əvvəl, 2008-ci il.

  • © REUTERS / Eddie Keogh


    Futbol məşqçisi Maradona komandasının DÇ-2010-da Nigeriya millisinə vurduğu qolu qeyd edir.

  • © Sputnik / Sergey Guneev

    Rusiya Prezidenti Vladimir Putin, braziliyalı futbolçular Pele və Dieqo Maradona FİFA-2018 futbol üzrə dünya çempionatının püşkatmasından əvvəl.

  • © REUTERS / Marcos Brindicci

    Argentinalı futbol ulduzu Dieqo Maradona sevgilisi ilə, 2017-ci il.

  • © REUTERS / Grigory Dukor

    Futbol əfsanəsi Dieqo Maradona Kremldə, 2017-ci il.

Teqlər:
Argentina, braziliyalı futbolçu Pele, futbol, Dieqo Maradona